Ağstafada 81 yaşlı nənə nəvənin aldığı dönərdən zəhərləndi - Yenilənib
Ağstafada 8 nəfər dönərdən zəhərlənib. Mediaxeberleri.Az xəbər verir ki, hadisə rayonun özündə yerləşən dönərxanaların birində qeydə alınıb. İlkin məlumata görə, 8 nəfər zəhərlənmə diaqnozu ilə Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda həmin şəxslərin şəxsiyyəti dəqiqləşdirilir. *** Zəhərlənən şəxslərin kimliyi məlum olub: 1-Abbasov Ömər Elvin oğlu (2021) 2-Abbasova Nərmin Elvin qızı (2006) 3-Məmmədli Mahirə Yavər qızı (1997) 4-Məmmədli Zəhra Hüseyin qızı (2020) 5-Rəhimova Mehriban Vasif qızı(1971) 6-Sadıqzadə Həsən Cəfər oğlu (2008) 7-Sadıqzadə Gülər Cəfər qızı(2015) 8-Yolçuyeva Fidan Vüqar qızı (2013) 9- Rəhimova Həmayə Əbülfət qızı (1944) 10- Əsədli Zaman Mehman oğlu (2004) Qeyd edək ki, zəhərlənənlərdən birinin 81 yaşı var. Əldə etdiyimiz məlumata görə, 1944-cü il təvəllüdlü Rəhimova Həmayə Əbülfət qızına dönəri nəvəsi alıbmış.