Ağstafada qoruqda baş verən yanğın söndürülüb
Ağstafada qoruq ərazisində baş vermiş yanğın söndürülüb. Bu barədə Mediaxeberleri.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, yanğın Qarayazı Dövlət Təbiət Qoruğunun Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisinə düşən hissəsinin 10 hektar ərazisində həmçinin yaxınlıqdakı 50 hektar otlaq sahədə baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Ağstafa rayon Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlər tərəfindən yanan kol-kos və quru ot sahəsi söndürülüb. Hadisənin başvermə səbəbləri araşdırılır.
Oxunub: 117
Xəbəri paylaş
Paylaş: