Mediaxeberleri.az
    
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video

Son xəbərlər :
  • Bu il Azərbaycan millilərinə hansı əcnəbi idmançılar cəlb olunub?
  • Elnarə belə arıqlayır
  • "Ucuz dönər"ə görə kütləvi iğtişaşlar başladı
  • Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb - FOTO
  • Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
  • Füzuli Rzaquliyev vəfat edib
  • Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb- FOTO
  • Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
  • Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb
  • Mətanət Əliverdiyevanın sevinc göz yaşları - VİDEO
  • Ağac qaz borusunun üzərinə aşdı, avtomobil yararsız hala düşdü.
  • "Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz"
  • Prezident sərəncam imzaladı
  • İki nəfərin öldüyü qəzada sağ qalan şəxsin vəziyyəti açıqlandı
  • Bakıda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilib - FOTO - YENİLƏNİB
  • Azərbaycanda qarın hündürlüyü 29 sm-ə çatıb
  • Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev vəfat edib
  • Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
  • Alınmaz hesab edilən mövqelər necə ələ keçirildi? - Video
  • Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışları Rusiya mediasında - Foto
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“Uşaqlar bundan daha da qəzəbləniblər” - Binəqədidə sürücünü döyənlərdən birinin vəkili danışdı - MÜSAHİBƏ

  • Tarix: 11-03-2025, 20:47

Martın 11-də sosial şəbəkələrin Azərbaycan seqmetində yayılan bir video böyük rezonans doğurdu. Görüntülərdən məlum olur ki, dörd nəfər əli dəyənəkli şəxs bir avtomobilə hücum edir, şüşələrini sındırır və sürücünü döyürlər.

 

Bir qədər sonra Daxili İşlər Nazirliyi olaya aydınlıq gətirdi. Qurumun Mətbuat xidmətinin yaydığı informasiyadan məlum olur ki, hadisə bu il fevralın 5-də Bakının Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində baş verib. Qeyd olunub ki, bir qrup şəxs aralarında yaranan mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları ilə “Chevrolet” markalı avtomobili qəsdən vuraraq yararsız hala salıblar və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində xuliqanlıq maddəsilə cinayət işi başlanılıb.

 

Polis əməli törətməkdə şübhəli bilinən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidlini saxlayaraq istintaqa cəlb edib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə N.Mustafakamalov, V.Cavadov və N.Rəhmanovun hər biri barəsində 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. A.Zahidli isə sərbəst buraxılıb. İstintaq getdiyinə görə hadisənin təfərrüatları tam açıqlanmır. Teleqraf-ın əməkdaşı sürücünü döyənlərdən biri - təqsirləndirilən Natiq Mustafakamalovun vəkili Emil Aslanovla söhbətləşib. Amma vəkil də suallara tam deyil, qismən cavab verib. Onunla müsahibəni təqdim edirik.

 

- Hadisənin xanıma sataşmaq üstündə olduğu məlumatı doğrudur?

 

- Bu barədə heç nə deyə bilmərəm, çünki istintaq sirridir.

 

- Amma təkzib də etmirsiniz?

 

- Bəli, nə təsdiq, nə təkzib edirəm.

 

- Xanım təqsirləndirilən şəxslərdən hansının həyat yoldaşıdır?

 

- İstintaq sirridir, heç nə deyə bilmərəm.

 

- Cinayət işi Cinayət Məcəlləsinin hansı maddəsi ilə başlanılıb?

 

- Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə.

 

- Hüquqlarını müdafiə etdiyiniz Natiq Mustafakamalov da daxil olmaqla təqsirləndirilən şəxslər özlərini günahkar sayırlar?

 

- Qismən günahkar bilirlər.

 

- Hadisə fevralın 6-da baş verib. Bəs bu mübahisə nə vaxtdan davam edirmiş?

 

- Bəli, olay qeyd etdiyiniz tarixdə baş verib. Amma mübahisənin nə vaxtdan başladığını deyə bilməyəcəm. Çoxdan olan bir söhbətin indi niyə yayıldığını da anlamıram.

 

- Vahid, Nazim və Azər Natiqin dostlarıdır, yoxsa qohumları?

 

- Hadisə ictimai qaydanın pozulmasıdır. Burada da istintaq sirri var. İstintaq sirrinin yayılmaması ilə bağlı sənədə qol çəkmişik. Ona görə də təqsirləndirilən şəxslərin dost, qohum olub-olmamaları barədə heç nə deməyəcəyəm.

 

- Apellyasiyaya vermək fikriniz var?

 

- Mən təqsirləndirilən şəxsin vəkiliyəm və o həbs oluna bilərdi. Biz onun həbs olunmamağını və ev dustaqlığına çıxmağını istədik. Bundan sonra niyə apellyasiyaya verim ki? Bu qərar təbii ki, bizi qane edir.

 

- Bu adamlar işə gedib-gələ bilirlər, yoxsa necə?

 

- Məhkəmə qərarından asılı olaraq müəyyən vaxtlarda evdə, müəyyən vaxtlarda çöldə olurlar.

 

- Azər Zahidli ilə bağlı niyə başqa cür qərar verildi?

 

- O, hadisədə az iştirak edib. Bu səbəbdən onunla bağlı ümumiyyətlə həbs qərarı seçilmədi.

 

- Zərərçəkənin ad və soyadı nədir?

 

- Bilmirəm.

 

- İstintaq hərəkətləri hazırda hansı mərhələdədir?

 

- İstintaq davam edir.

 

- Gedişat sizi qane edir?

 

- Həmin adamların məndən başqa, müqavilə ilə vəkilləri də var. İstintaqın gedişatından narazılığımız yoxdur.

 

- Siz dövlət tərəfindən tutulan vəkilsiniz?

 

- Bəli, hadisə Binəqədi ərazisində olub. Mən də bu rayonda fəaliyyət göstərirəm. Ona görə ilk mərhələdə təyinatla Natiq Mustafakamalovun hüquqlarını mən müdafiə etdim. Onu ev dustaqlığına mən çıxartmışam.

 

- Bəs Natiq Mustafakamalov sizinlə istintaq dövrü üçün müqavilə bağlamadı?

 

- Xeyr, bağlamadı. Buna baxmayaraq, istintaq sirrini qorumalıyam. Biz özümüz imza çəkmişik ki, istintaq məlumatı yayılmasın.

 

- Bəs sizinlə müqavilə bağlamayanda münasibətiniz necə oldu?

 

- Mənim müqavilə ilə işlərim çoxdur, ona görə də mənə elə də maraqlı deyil. Maraqlı olan hissəsi odur ki, mən bunu bacardım və onu ev dustaqlığına çıxartdım.

 

- Natiqin peşəsi nədir?

 

- Deyə bilmərəm, dövlət qurumunda işləməyən, vəzifəsi olmayan adi bir şəxsdir. Şəxsi münasibətlər zəminində belə bir hadisə baş verib. Natiq məsələni həll etmək üçün döyülən şəxslə görüşüb söhbət etmək istəyib. Amma ora tək getməyib. Qarşı tərəf də məsələnin ciddiləşdiyini və Natiqgilin çox olduğunu gördükdə döyülməmək üçün hadisə yerindən uzaqlaşmaq istəyib. O, avtomobili sürüb Natiqgilin maşınlarından birini vurub keçib və qaçmaq istəyib. Onlar da sürücünün arxasınca gedərək tıxacda onun avtomobilini vurub əziblər və sürücünü döyüblər. Bunlar da videoya düşüb.

 

- Belə çıxır ki, söhbət sonradan davaya çevrilib?

 

- Xeyr, söhbət olmayıb. Adamı çağırıblar ki, gəl söhbət edək. Amma döyülən şəxs görüb ki, söhbətə gələnlər çoxdur, ona görə də qaçmaq istəyib. Natiqgil də avtomobili onun maşının qarşısında saxlamışımışlar, hərəkət etməsin deyə. Belə olanda sürücü avtomobili ilə o uşaqlardan birinin maşınını vurub əzib. Hadisəyə görə təqsirləndirilən şəxslər də bundan daha da qəzəbləniblər və düşüblər arxasıca.

 

- Onlar bir-birlərini əvvəldən tanıyırlar?

 

- Tanıyırlar, amma görüşləri olmayıb. Necə tanıdıqları barədə məlumat verə bilmərəm.

 

- Döyülənin vəziyyəti necədir?

 

-Yaxşıdır, 2 gün sonra zərərçəkən qismində məhkəməyə də gəlmişdi.

 

- Xəstəxanada müalicə alıb?

 

- Bəli, xəsarətləri yüngül olub deyə tez çıxıb.

 

- Dalaşanları kim ayırıb?

 

- Camaat yəqin ki.

 

- Əsas təqsirləndirilən, səbəbkar kimdir?

 

- Əsas Natiqdir. Biz də onun ev dustaqlığına çıxarılmasına nail olduğumuza görə məhkəmə digər şəxslər üçün də ev dustaqlığı qətimkan tədbiri seçdi. Burada başçı Natiqdir.


Oxunub: 3 284
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 16:29 | Bu il Azərbaycan millilərinə hansı əcnəbi idmançılar cəlb olunub?
    Bu gün, 16:25 | Elnarə belə arıqlayır
    Bu gün, 16:19 | "Ucuz dönər"ə görə kütləvi iğtişaşlar başladı
    Bu gün, 16:15 | Güclü qar səbəbindən Xınalıq yolu müvəqqəti bağlanıb - FOTO
    Bu gün, 16:11 | Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
    Bu gün, 16:06 | Füzuli Rzaquliyev vəfat edib
    Bu gün, 16:00 | Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatıb- FOTO
    Bu gün, 15:52 | Özgür Özəl Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
    Bu gün, 15:48 | Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb
    Bu gün, 14:55 | Mətanət Əliverdiyevanın sevinc göz yaşları - VİDEO
    Bu gün, 14:51 | Ağac qaz borusunun üzərinə aşdı, avtomobil yararsız hala düşdü.
    Bu gün, 14:46 | "Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz"
    Bu gün, 14:40 | Prezident sərəncam imzaladı
    Bu gün, 14:15 | İki nəfərin öldüyü qəzada sağ qalan şəxsin vəziyyəti açıqlandı
    Bu gün, 14:10 | Bakıda 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilib - FOTO - YENİLƏNİB
    Bu gün, 13:59 | Azərbaycanda qarın hündürlüyü 29 sm-ə çatıb
    Bu gün, 13:43 | Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev vəfat edib
    Bu gün, 10:13 | Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
    Bu gün, 09:04 | Alınmaz hesab edilən mövqelər necə ələ keçirildi? - Video
    Bu gün, 01:32 | Prezident İlham Əliyevin Xankəndi və Şuşada çıxışları Rusiya mediasında - Foto
    Bu gün, 01:00 | "Euronews" Azərbaycanda Zəfər Günü və Ərdoğanın səfəri barədə məqalə dərc edib
    Bu gün, 00:00 | Azərbaycanda Dövlət Bayrağı Günüdür
    Dünən, 20:36 | Ərdoğan Şuşada Bəxtiyar Vahabzadənin şeirini səsləndirib
    Dünən, 20:22 | İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
    Dünən, 20:13 | Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar
    Dünən, 19:59 | Zəfər Günü İzmirdə də qeyd edildi
    Dünən, 19:56 | Ərdoğanın sevdiyi mahnı Xankəndidə səsləndirildi - Video
    Dünən, 19:54 | Onlar Ermənistanın düşmənidir - Rubinyan
    Dünən, 19:50 | Əliyevlə Ərdoğanın görüşü ilə bağlı daha bir paylaşım...
    Dünən, 19:48 | Fransanın orada olacağı şübhəsizdir - Barro
    Dünən, 19:46 | Yük avtomobilinin sürücüsü sükan arxasında öldü
    Dünən, 16:34 | "Ağstafa Gəncləri" “Şəmkir” səfərindən üç xalla qayıdır
    Dünən, 11:35 | Mehriban Əliyeva 8 Noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib
    Dünən, 11:28 | Tovuzun icra başçıları niyə həmişə tovuzlu olur? – 35 illik maraqlı ənənənin sirri
    Dünən, 11:26 | Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - Foto
    Dünən, 10:40 | "Zəfər turu": "İmişli" "Sumqayıt"ı, "Sabah" "Şamaxı"nı qəbul edəcək
    Dünən, 10:37 | "Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub - Video
    Dünən, 10:36 | "Haber Global": 44 gündə yazılan dastan - Video
    Dünən, 10:34 | Zəfərdən sonra 132 min nəfərə sosial dəstək - Altı ilin rəqəmləri açıqlandı
    Dünən, 10:33 | Zəfərdən Böyük Qayıdışa: Qalib xalqın qürur dastanı - Foto
    Dünən, 10:31 | Mətbuat Şurası: " Zəfərin qazanılmasında Azərbaycan jurnalistləri özünəməxsus rol oynayıblar"
    Dünən, 00:03 | Tarixi qələbənin altıncı ili - Azərbaycanda Zəfər Günüdür!
    7-11-2026, 23:40 | Yaxın gələcəkdə şanslı olacaq BÜRCLƏR
    7-11-2026, 23:36 | Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox
    7-11-2026, 23:34 | Ronaldonun Messiyə jestləri cavabsız qaldı
    7-11-2026, 23:31 | Almaniyanı rekord sayda insan tərk etdi - Bu ölkələr liderdir
    7-11-2026, 22:40 | 7 qol vuruldu, "Qalatasaray" liderliyini möhkəmləndirdi
    7-11-2026, 21:06 | “Əmək” ordeni alan jurnalistlər hansı üstünlükləri qazandılar?
    7-11-2026, 21:05 | "Xan qızı Xurşidbanu Natəvan" adlı sənədli filmin nümayişi keçirilib - FOTOLAR
    7-11-2026, 21:02 | Prezidentdən Qarabağa səfərlə bağlı - Video
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.