Həmyerlisinə 4 bıçaq zərbəsi vuraraq öldürən şəxsə AĞIR CƏZA
Şirvan Apellyasiya Məhkəməsində qəsdən adam öldürmədə təqsirləndirilən Tural Əhmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib. İttihama görə, hadisə 11 may 2024-cü il tarixdə, saat 22:30 radələrində Ağcabədi şəhəri, M.Aranlı küçəsində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Tural Əhmədov şəxsi münasibətlər zəminində həmyerlisi, 1984-cü il təvəllüdlü Həsənov Rauf Azər oğlunun bədəninin müxtəlif nahiyələrinə ov bıçağı ilə dörd dəfə zərbə vuraraq qətlə yetirib. Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tural Əhmədov Ağcabədi şəhəri, M.Aranlı küçəsində saxlanılıb. Onun üstünün yoxlanılması zamanı cinayətin törədilməsində istifadə edilmiş ov bıçağı aşkar edilib götürülüb. Tural Əhmədovun barəsində inayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silah saxlama) maddələri ilə ittiham irəli sürülüb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti vermişdi.