İtkin düşən tanınmış hüquq müdafiəçisi tapıldı - Foto
- 8-03-2025, 11:10
- 1 133
1990-2000-ci illərdə Azərbaycan Respublikası Əsgər Anaları Komitəsinin sədr müavini olmuş, tanınmış azərbaycanlı hüquq müdafiəçisi Taisiya Qordeyeva itkin düşəndən bir neçə saat sonra tapılıb.
Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Oxu.Az-a məlumat daxil olub.
Xatırladaq ki, ailə üzvləri ötən gün Taisiya Mixaylovna Qordeyevanın (1947-ci il təvəllüdlü) Əhməd Rəcəbli küçəsi, 184 ünvanında yerləşən "Omid" mağazasından çıxaraq evinə qayıtmaması ilə əlaqədar paylaşım etmişdi.
Комментарии (0)