Mediaxeberleri.az
    
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • 
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı

Son xəbərlər :
  • TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı - FOTO
  • Badamdarda evin həyəti ikiyə ayrıldı - VİDEO
  • İnsan orqanizmini qocaldan və ölümə yaxınlaşdıran 3 ən vacib faktor açıqlandı
  • Maşın almaq üçün kredit götürən şəxsin pulu oğurlandı
  • Bu şəxslər 700 manatadək cərimələnəcək
  • Millimiz Bədaviyə görə ilk texniki məğlubiyyətini ala bilər
  • Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü - Foto
  • İsa Qəmbər ölkədən çıxa bilmədi
  • Sumqayıtda bu yol yenə çökdü - Foto
  • Neft həftəni bu qiymətlə yekunlaşdırdı
  • Bu ölkədə 6,7 bal gücündə zəlzələ oldu
  • İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi
  • İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər
  • "Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
  • “İdman Paytaxtı” Qazax şəhərində V İdman Festivalının açılış mərasimi keçirilib
  • "Qələbələr Partiyası – 34 illik Zəfər və İnkişaf Yolu” - FOTOLAR
  • "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirildi
  • Naftalanda 3 məktəblini maşın vurdu
  • Metroda texniki xəta: Qatarların hərəkəti yubandı
  • İşçilər üçün saathesabı maaş: Yeni sistem necə işləyəcək?
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Azərbaycan-Türkiyə qardaşlığı: Tarixi dostluqdan strateji müttəfiqliyə gedən yol

  • Tarix: 5-03-2025, 17:48

Azərbaycan və Türkiyə "Bir millət, iki dövlət" prinsipi ilə dünyaya örnək olan, qardaşlıq və birlik ruhunu əks etdirən, qədim tarixə, dərin köklərə malik ölkələrdir. Bu qardaşlıq münasibətləri iki ölkənin mədəni, tarixi və dil əlaqələrinə əsaslanır. Həmçinin Azərbaycan və Türkiyə geosiyasi baxımdan strateji tərəfdaşlar olaraq, regional və qlobal səviyyədə mühüm əhəmiyyət kəsb edirlər. Bu əlaqələr, həmçinin Türk dünyası çərçivəsində birliyin və əməkdaşlığın təmin edilməsi istiqamətində bir model kimi çıxış edir.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə AZƏRTAC Azərbaycan-Türkiyə münasibətlərinin strateji əhəmiyyətinə, Türk dünyasının daha da güclənməsində bu əlaqələrin roluna nəzər salır.

Azərbaycan-Türkiyə qardaşlığı və strateji əməkdaşlıq

Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətləri XX əsrin əvvəllərindən etibarən inkişaf etməyə başlayıb. İki ölkənin ortaq tarixi, mədəniyyət və dil bağları bu əlaqələri daha da möhkəmləndirib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqda Osmanlı İmperiyasının varisi olan Türkiyə bu müstəqil dövləti dəstəkləyərək, diplomatik əlaqələrini genişləndirmişdi. Lakin Sovet İttifaqı dövründə iki ölkə arasında əlaqələr əsasən qeyri-rəsmi şəkildə mövcud olub. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə münasibətlər daha da yaxınlaşmağa başlayıb. Türkiyə bu müstəqilliyi tanıyan ilk ölkə olub. Həmin dövrdən etibarən ölkələrimiz arasında siyasi və iqtisadi sahədə dərin əməkdaşlıq qurulub. 1990-cı illərin sonlarından başlayaraq, xüsusən də müstəqilliyin ilk illərində Türkiyə Azərbaycana siyasi və diplomatik dəstək göstərib, həmçinin iqtisadi inkişaf sahəsində bir çox layihələrdə iştirak edib. Türkiyə ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə olan dəstəyini, xüsusilə keçmiş Qarabağ münaqişəsi zamanı açıq şəkildə nümayiş etdirib.

İki ölkə arasında ticarət əlaqələri, enerji və nəqliyyat sahələrində əməkdaşlıq da kifayət qədər genişdir. 2000-ci illərdə xüsusilə enerji və infrastruktur layihələri ölkəmizin iqtisadi inkişafını dəstəkləmək və Türkiyə ilə əlaqələri daha da möhkəmləndirmək baxımından mühüm əhəmiyyət kəsb edib. Azərbaycan enerji ixracatı sahəsində Türkiyə vasitəsilə Avropaya açılan yeni yollar əldə edib, bu da hər iki ölkə üçün strateji baxımdan əhəmiyyətli olub.

Ölkələrimizin hərbi sahədəki əməkdaşlığı da hər zaman böyük önəm daşıyıb. Azərbaycanın müdafiə qabiliyyətinin artırılması istiqamətində Türkiyənin verdiyi dəstək, xüsusilə hərbi təlimlər və silah tədarükü sahələrində davam edir. Həmçinin hər iki ölkə beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir və regional təhlükəsizlik məsələlərində ortaq maraqlara malikdirlər. 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycanı siyasi və hərbi baxımdan dəstəkləməsi, bu əlaqələrin daha da möhkəmlənməsinə gətirib çıxarıb.

Bu əməkdaşlıq yalnız iqtisadi və hərbi sahələrdə deyil, mədəniyyət və təhsil sahələrində də inkişaf etməkdədir. Türkiyənin Azərbaycanda həyata keçirdiyi bir çox təhsil və mədəniyyət proqramları, iki xalq arasında daha da yaxınlaşmağa səbəb olub. Bu sahələrdəki fəaliyyətlər həm də gələcək nəsillər üçün təməl yaradaraq iki ölkə arasında mədəni inteqrasiyanı artırıb.

İqtisadi əməkdaşlıq və enerji sektorunda birgə layihələr

Ölkələrimiz arasındakı iqtisadi əlaqələr, xüsusilə enerji sahəsindəki əməkdaşlıqla daha da güclənib. 2023-cü ildə Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsi 8 milyard ABŞ dolları olub. Ötən il də artım dinamikası davam edib, Azərbaycanın Türkiyə iqtisadiyyatına etdiyi yatırımların həcmi isə 20 milyard dolları ötüb. Bu rəqəmin gələcəkdə daha da artacağı gözlənilir.

Azərbaycan Cənubi Qafqazın ən böyük enerji təchizatçısı olaraq Türkiyə vasitəsilə Avropaya enerji tədarükü edir. Bu sahədəki əməkdaşlıq xüsusilə 2006-cı ildə istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri ilə dərinləşib. Bu layihələr yalnız iqtisadi deyil, həm də siyasi və strateji əhəmiyyətə malikdir, çünki Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Həmçinin 2020-ci ildən tam fəaliyyətə başlayan TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) layihəsi də Azərbaycanın qazını Türkiyə vasitəsilə Avropaya ixrac etmək üçün mühüm bir imkan yaradıb. TANAP Cənubi Qafqazı Avropa bazarına bağlayan əsas enerji layihələrindən biridir və bu, yalnız iki ölkə arasındakı iqtisadi əlaqələri möhkəmləndirmir, həm də Azərbaycanın enerji ehtiyatlarını Avropaya çıxarmaq üçün geniş imkanlar təqdim edir. Bu layihələr, həm də Azərbaycanın və Türkiyənin regional enerji təhlükəsizliyini təmin etməsinə, Avropa bazarları ilə daha sıx əlaqə qurmasına şərait yaradır.

Hərbi və təhlükəsizlik sahələrində əməkdaşlıq

Türkiyə ilə Azərbaycanın hərbi və təhlükəsizlik sahəsindəki əməkdaşlığı bölgənin sabitliyi, təhlükəsizliyi baxımından olduqca əhəmiyyətlidir. Hər iki ölkə müxtəlif beynəlxalq təşkilatlarda birgə fəaliyyət göstərir və bu əməkdaşlıq da həm regional, həm də qlobal səviyyədə birgə təhlükəsizlik təşəbbüslərinə rəhbərlik edir. Azərbaycanın öz ərazilərini 30 illik işğaldan azad etməsi prosesində Türkiyənin siyasi dəstəyi də ölkələrimiz arasındakı münasibətlərin möhkəmlənməsinə səbəb olub. Həmçinin bu baxımdan ölkələrimiz arasında birgə hərbi təlimlərin keçirilməsi, silah tədarükü və müdafiə sənayesi sahəsindəki layihələr mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın müxtəlif bölgələrində keçirilən hərbi təlimlərdə Türkiyə Silahlı Qüvvələri və Azərbaycanın Silahlı Qüvvələri birgə iştirak edərək, hərbi hazırlıq səviyyələrini artırıb, regional təhlükəsizliyi təmin etmək üçün güclü təməl yaradıb. Bu təlimlər, həmçinin NATO ilə əməkdaşlıq çərçivəsindəki əlaqələri gücləndirir və qardaş ölkələrimizin beynəlxalq təhlükəsizlik məsələlərindəki həmrəyliklərini daha da möhkəmləndirir.

Türk dünyası və Azərbaycan-Türkiyə əlaqələri

Türk dünyası özündə 7 dövləti və bir neçə ərazini birləşdirir. Bu dövlətlər dil, mədəniyyət və tarix baxımından bir-biri ilə sıx əlaqəlidir. Türkiyə və Azərbaycan Türk dünyasında liderlik edən əsas ölkələrdir. 2009-cu ildə yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (sonradan Türk Dövlətləri Təşkilatına çevrilib) türk dövlətləri arasında əməkdaşlığın inkişafına və birliyin möhkəmlənməsinə xidmət edir.

Türk Dövlətləri Təşkilatı (TDT): Xatırladaq ki, 2021-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Türk Dövlətləri Təşkilatına çevrildi və bununla da təşkilatın beynəlxalq nüfuzu artırıldı. Bildiyimiz kimi, TDT türk dövlətləri arasında siyasi, iqtisadi və mədəni əlaqələri gücləndirərək, birgə maraqları müdafiə edir. Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il noyabrın 12-də İstanbulda keçirilən TDT-nin VIII Zirvə Görüşündə çıxış edərək Türk dünyasının birliyinin vacibliyini vurğulayıb və türk dövlətlərini qarşılıqlı dəstəyi artırmağa çağırıb: "Mən çox şadam ki, bu gün biz türk dövlətləri arasındakı birlikdən danışarkən gələcəyə baxırıq. Çünki bizim gələcəyimiz, birgə gələcəyimiz üçün çox möhkəm zəmin var, möhkəm təməl var. Bu, bizim ortaq köklərimizdir, dilimizdir, dinimizdir və ortaq maraqlarımızdır".

Azərbaycan Prezidenti İlham Əliyev TDT-nin digər zirvə toplantılarında da çıxışları zamanı Türk dünyasının vahid bir strategiya ilə birləşməsinin əhəmiyyətini qeyd edib. Dövlətimizin başçısı çıxışlarında xüsusilə iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın möhkəmləndirilməsi, ortaq maraqların müdafiə edilməsi və Türk dünyasının beynəlxalq səviyyədə daha da güclənməsi mövzularını gündəmə gətirib.

2021-ci ildə İstanbulda keçirilən zirvə toplantısında Prezident İlham Əliyev Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbədə və türk dövlətlərinin, xüsusilə Türkiyənin Azərbaycanın yanında durmasını xüsusi olaraq qeyd edib. O, həmçinin TDT çərçivəsində üzv dövlətlərin hərbi sahədə də birgə əməkdaşlıq etməsi zərurətini vurğulayıb.

Göründüyü kimi, Azərbaycanın və Türkiyənin TDT-dəki əsas rolu təşkilatın iqtisadi inkişafını və siyasi stabilliyini təmin etməkdir. Hər iki ölkə bir-birini dəstəkləyir və təşkilatın birgə layihələrində fəal iştirak edirlər.

Azərbaycan Prezidenti ötən il fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində də qeyd edib ki, bizim üçün əsas beynəlxalq əməkdaşlıq prioriteti Türk Dövlətləri Təşkilatıdır, çünki bu təşkilat Azərbaycanın mədəni və tarixi baxımdan aid olduğu ailəni - Türk dünyasını təmsil edir: "Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır".

Kahramanmaraş abidəsi və Türkiyənin qardaşlıq yardımları

Bildiyimiz kimi, 2023-cü ilin fevralında Türkiyədə baş verən zəlzələ ölkənin cənub-şərqində böyük fəlakətlərə yol açdı. Əsrin faciəsi adlandırılan bu zəlzələnin fəsadlarının aradan qaldırılması zamanı Azərbaycanın Türkiyəyə göstərdiyi yardım qardaşlıq və dostluq münasibətlərinin ən gözəl nümunəsidir. Azərbaycan zəlzələdən zərər çəkən əhaliyə dərhal humanitar yardım göndərdi, Fövqəladə Hallar Nazirliyi vasitəsilə axtarış-xilasetmə əməliyyatlarına qatıldı. Yalnız təcili yardımlarla kifayətlənməyən dövlətimiz bölgənin uzunmüddətli bərpasına da mühüm töhfələr verdi.

Bu dəstəyin ən mühüm nümunələrindən biri Kahramanmaraş vilayətində inşa edilən "Azərbaycan" məhəlləsi oldu. Bu məhəllənin tikintisi Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirilib və bütün xərclər Azərbaycan dövləti tərəfindən qarşılanıb. Məhəllədə Kahramanmaraşda zəlzələ səbəbindən evsiz qalan ailələr üçün 1000-dən çox mənzil inşa olunub. Layihə təkcə yaşayış və ticarət obyektləri ilə məhdudlaşmır. Burada, həmçinin məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi, məscid və digər sosial obyektlər də tikilir. Burada inşa edilən məktəbə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı verilib.

Yaşayış massivinə "Azərbaycan" məhəlləsi adının verilməsi isə iki qardaş ölkə arasında bağları daha da gücləndirir. Məhəllənin girişində Azərbaycan və Türkiyə bayraqları yanaşı dalğalanır və mərkəzdə Azərbaycan-Türkiyə dostluğunu simvolizə edən abidə ucaldılıb.

Azərbaycan təkcə Kahramanmaraşda deyil, Hatay və Adıyaman kimi zəlzələdən zərər çəkən digər bölgələrdə də tikinti işlərində Türkiyəyə dəstəyini davam etdirir.

"Azərbaycan" məhəlləsi təkcə bir yaşayış məkanı deyil, eyni zamanda, Azərbaycan və Türkiyənin qardaşlığının, sarsılmaz dostluğunun və fəlakət zamanı bir-birinə necə dayaq olduqlarının əyani sübutudur. Bu layihə bir daha göstərdi ki, Azərbaycan və Türkiyə təkcə dost və müttəfiq deyil, həm də eyni ruhu, eyni taleyi bölüşən "Bir millət, iki dövlət" anlayışına sahib qardaş ölkələrdir. Bu layihələr ölkələrimiz arasında dostluğun, əməkdaşlığın gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır və regionda sülhün, sabitliyin təminatına töhfə verir.

Sonda bir daha qeyd edək ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər iki ölkənin ortaq tarixindən, mədəniyyətindən və dilindən qaynaqlanaraq beynəlxalq səviyyədə güclü strateji əməkdaşlığa çevrilib. Türk dünyası daxilində ölkələrimiz arasında artan əməkdaşlıq yalnız iki dövlətin deyil, bütün Türk dünyasının birliyini və inkişafını dəstəkləyir.

Əminliklə söyləyə bilərik ki, gələcəkdə Azərbaycan-Türkiyə əməkdaşlığı daha da inkişaf edəcək və Türk dünyasının güclənməsinə töhfələr verəcək. Bu, yalnız regional deyil, qlobal təhlükəsizlik və iqtisadi inkişaf baxımından da mühüm əhəmiyyət kəsb edir.




Oxunub: 8 171
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 12:29 | TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı - FOTO
    Bu gün, 12:27 | Badamdarda evin həyəti ikiyə ayrıldı - VİDEO
    Bu gün, 12:24 | İnsan orqanizmini qocaldan və ölümə yaxınlaşdıran 3 ən vacib faktor açıqlandı
    Bu gün, 12:22 | Maşın almaq üçün kredit götürən şəxsin pulu oğurlandı
    Bu gün, 10:50 | Bu şəxslər 700 manatadək cərimələnəcək
    Bu gün, 10:49 | Millimiz Bədaviyə görə ilk texniki məğlubiyyətini ala bilər
    Bu gün, 10:48 | Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü - Foto
    Bu gün, 10:10 | İsa Qəmbər ölkədən çıxa bilmədi
    Bu gün, 10:09 | Sumqayıtda bu yol yenə çökdü - Foto
    Bu gün, 10:07 | Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    Bu gün, 09:33 | Bu ölkədə 6,7 bal gücündə zəlzələ oldu
    Bu gün, 09:32 | İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi
    Bu gün, 09:31 | İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər
    Dünən, 22:19 | "Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
    Dünən, 22:11 | “İdman Paytaxtı” Qazax şəhərində V İdman Festivalının açılış mərasimi keçirilib
    Dünən, 19:44 | "Qələbələr Partiyası – 34 illik Zəfər və İnkişaf Yolu” - FOTOLAR
    Dünən, 19:39 | "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirildi
    Dünən, 19:26 | Naftalanda 3 məktəblini maşın vurdu
    Dünən, 19:25 | Metroda texniki xəta: Qatarların hərəkəti yubandı
    Dünən, 18:30 | İşçilər üçün saathesabı maaş: Yeni sistem necə işləyəcək?
    Dünən, 18:27 | “Real” Kurtua ilə bağlı qərarını verdi
    Dünən, 18:25 | Vüqar Əhmədov Mingəçevirdə vətəndaşları qəbul etdi - Foto
    Dünən, 17:56 | Bu cəzaçəkmə müəssisəsində peşə hazırlığı mərkəzi istifadəyə verildi
    Dünən, 17:50 | DYP sürücülərə xəbərdarlıq etdi: Bu qaydalara əməl edin
    Dünən, 17:46 | Bu iki qidanı birlikdə yemək olar?
    Dünən, 17:03 | Evə başqa bir qadını gətirən atasını döyərək qabırğalarını sındırıb
    Dünən, 17:00 | Nərimanovda mənzil almaq istəyənlər üçün hansı imkanlar var?
    Dünən, 16:56 | Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atıldı
    Dünən, 16:46 | Elton qızına toy edir - VİDEO
    Dünən, 16:45 | Elçin Babayev dosentin ölümünə görə işdən çıxarılıb?
    Dünən, 16:43 | Bakıda yeni avtobus marşrutu yaradılır: Gediş haqqı...
    Dünən, 16:42 | Bakıya intensiv yağış yağacaq – Xəbərdarlıq
    Dünən, 15:32 | Badamdar sürüşmə: əhaliyə çağırış edildi - Tərk edin!
    Dünən, 15:31 | Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü
    Dünən, 14:42 | Şəmkirdə 41 yaşlı kişi faciəvi şəkildə öldü
    Dünən, 14:38 | Xərçəng əleyhinə yeni preparat klinik sınaqlardan keçdi
    Dünən, 14:35 | AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görüldü
    Dünən, 14:30 | Müavinət və təqaüd alanların nəzərinə!
    Dünən, 13:46 | “KİTAYSKİ YALTA” KONFRANSI... - Hərə öz sözünü dedi və “dağılışdılar”, bəs nəticə?
    Dünən, 13:39 | Uşağını peyvənd etdirməyən valideynlərin NƏZƏRİNƏ: Sağalmaz tetanus, göyöskürək, qızılca, difteriya qapıda...
    Dünən, 13:28 | Azərbaycan rekord göstəriciyə imza atdı: BMT-nin hesabatında 36 pillə yüksəldi
    Dünən, 13:04 | Məleykə Abbaszadənin yerinə Elnur Əliyev gəlir?
    Dünən, 12:46 | Putinin sərt bəyanatı Avropada təşviş yaratdı
    Dünən, 12:43 | Yeni direktor təmir adı altında PUL YIĞDIRIR? - İTTİHAM VAR...
    Dünən, 12:36 | 9 Milyonluq "Shaurma-№1" Sahibi Aqil Babayev İşinin Pərdəarxası - İLGİNC İDDİALAR
    Dünən, 12:34 | “Kubinka”da 300 milyonluq dəhşətli sxem: Əsabil Qasımovun adamları dövlətin 3 milyon vergisini necə uddu? - ŞOK iddialar
    Dünən, 12:30 | Orxanla birgə aptek müdiri də həbs edildi - DETALLAR
    Dünən, 12:27 | İcra başçısının birinci müavini ilə bağlı iki milyonluq qalmaqal - Prokurorluq araşdıracaq
    Dünən, 12:24 | Parataekvondoçumuz dünya çempionu oldu
    Dünən, 12:19 | Rövşanə Ağasəfqızı: "Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır” (Foto)
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.