Sumqayıtda qadın qadını bıçaqladı
Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. Mediaxeberleri.Az xəbər verir ki, hadisə şəhərin Betonzavod adlanan ərazisində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Çinarə İsmayıl qızı Nəbiyeva aralarında baş vermiş münaqişə zəminində qonşusu,1966-cı il təvəllüdlü Xırda Zərbala qızı Məmmədovaya bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 812
Xəbəri paylaş
Paylaş: