Heydərov işdən çıxardığı generalın yerinə onu təyin etdi
Fövqəladə Hallar Nazirliyində (FHN) struktur dəyişikliyi olub. Mediaxeberleri.Az Trend-ə istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini-qərargah rəisi polkovnik Asif Məmmədli tutduğu vəzifəsindən azad edilib. Digər əmrlə o, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi təyin edilib. Asif Məmmədli daha əvvəl FHN-in Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində də çalışıb. Qeyd edək ki, bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Hikmət Abbasov vəzifəsindən azad edilib.
Oxunub: 222
Xəbəri paylaş
Paylaş: