Tanınmış iş adamına - AĞIR İTKİ
Mediaxeberleri.Az xəbər verir ki, iş adamının anası Qumaş Kərimova dünyasını dəyişib. Allah rəhmət eləsin! Qeyd edək ki, dünyada geniş yayılmış koronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev tərəfindən vaxtında zəruri addımlar atılıraq, davamlı olaraq müvafiq tədbirlər görüldü. Cənab Prezidentin məlum – “Biz birlikdə güclüyük!” çağırışından sonra 11 aprel 2020-ci il tarixdə “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin onlayn iclası keçirildi. İclasdan sonra Qazax və Ağstafa rayonlarında yaşayan iş adamlarına “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri İlham Pirməmmədov çağırış etdi. Həmin çağırışa qoşulan "Qazax"Xeyriyyə İctimai Birliyinin üzvü iş adamı Elmar Hacı oğlu Kərimov Ağstafa rayonu ərazisində, karantin şəraitində ehtiyacı olan şəxslərə dəstək məqsədi ilə “Biz birlikdə güclüyük!” kampaniyası çərçivəsidə xeyriyyə tədbiri keçirmişdir. Ağstafa rayonunda həyata keçirilən həmin aksiya zamanı, karantin rejimi şəraitində əhalinin ən həssas təbəqəsi olan yaşlı və ehtiyacı olan 1000-ə qədər ailəyə ərzaq bağlamaları paylanılmışdır.Tanınmış iş adamı Elmar Kərimova ağır itki üz verib.