“Səsin mənəm, Xocalı!” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib – FOTOLAR
Fevralın 25-i saat 12:00-da Qazax Dövlət Dram Teatrında XX əsrin qanlı faciəsi – Xocalı soyqırımına həsr edilmiş “Səsin mənəm, Xocalı!” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Xocalı faciəsinə həsr edilmiş müxtəlif şeir nömrələrindən ibarət ədəbi-bədii kompozisiyanın ssenari müəllifi və quruluşçu rejissoru Ceyhun Vəlizadədir. Rolları Əməkdar artist Hacı Hacıyev, Rüfət Ömər, Ceyhun Vəlizadə, Xəyalə Eminalıyeva, Zəmanə Dərviş, Aysel Əliyeva, Nəzrin Sadıqzadə, Kamil Məmmədov ifa edirlər.
Oxunub: 85
Xəbəri paylaş
Paylaş: