Bəturə Adilqızı: "Bayatı ilə qarşılanan gəlin"
Vəli və Arzu sevgisindən təsirlənən şairə Bəturə Adilqızı Arzuya bayatı yazıb. Bayatı ilə qarşılanan gəlin: Xınalayıb əlini Gül qoxuyan telini Qazağımın gəlini Toysuz gəlinim gəlir. Yol verin gəlsin gəlin Tellərin hörsün gəlin Sevdiyi qan içində Son dəfə görsün gəlin. Gəlin yaralı gəlin Yardan aralı gəlin Qoyun, yara qovuşsun Bəxti qaralı gəlin. Gəlinə bax gəlinə Əlin qoyub belinə Yolunu yar gözləyir Gəlsin Qazax elinə. Arzusu solan gəlin Saçını yolan gəlin Bəyaz libas geymədin Yar deyib yanan gəlin. Solan çiçəyim gəlin Arzum diləyim gəlin Cənnətdə qovuşarsız Huri-Mələyim gəlin. Gəlin uzağa gəlir Soyuq, sazağa gəlir Bu toysuz gələn gəlin Bizim Qazağa gəlir.
Oxunub: 466
Xəbəri paylaş
Paylaş: