Mediaxeberleri.az
    
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • 
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
  • 
  • TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
    TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
  • 
  • PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
    PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
  • 
  • Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
    Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
  • 
  • Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
    Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub

Son xəbərlər :
  • Argentinalı məşhur futbolçu huşunu itirdi
  • ABŞ yeni kamikadze dronunu təqdim etdi
  • Azərbaycana qar yağıb
  • Astarada qəza: 5 kəndin qazı kəsildi
  • Qazaxda iki nəfər bıçaqlandı
  • Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi - Video
  • Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
  • Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat
  • Azərbaycan bu ölkəni təbrik etdi
  • Noyabrın sonunda üç BÜRCÜN həyatı yaxşılaşacaq
  • Rusiya taktikanı dəyişib - Hədəfi budur
  • “Qarabağ” “Kəpəz”, “Neftçi” isə “Araz” sınağında
  • Sahibsiz itlərin hücumundan şikayətçidirlər - VİDEO
  • İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib
  • Bakıda ağaclar kəsilərək yerində restoran tikilir? - VİDEO
  • İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - Siyahı
  • Qazaxda yerli sakin bıçaqlandı
  • Bakı sakini Qazaxda dəm qazından boğularaq ölüb
  • İranla belə bir saziş imzalayacağıq - Tramp
  • Sevinc Maniyeva vəfat etdi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Yeni məhəbbət dastanı: Vəli və Arzu bir-birinə Cənnətdə qovuşacaqlar

  • Tarix: 26-09-2023, 23:10


Bu gün Ağstafa rayonunun Qarahəsənli məzarlığında Vəli ilə Arzu yan-yana uyuyacaq.

 

Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərində xidməti döyüş tapşırığını şərəflə yerinə yetirən zaman şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu,  Ağstafa rayon Qarahəsənli kənd sakini Mustafayev Vəli Ceyhun oğlunun Şəhadət xəbərini eşidən istəklisi, 2006-cı il təvəllüdlü Oruczadə Arzu Camal qızı Xırdalanda hündürmərtəbəli binadan özünü ataraq intihar edib. 



Qəfil hadisənin təsirindən çaşqın qalan valideynlər Arzunu 22 sentyabrda Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yerləşən qəbristanlıqda dəfn ediblər. Vəlinin də valideynləri Arzunun intihar etməsindən bir gün sonra xəbər tutublar. Bu ağır xəbəri eşidən "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov Vəlinin valideynləri ilə əlaqə saxlayıb. Telefon danışığı zamanı Vəlinin atası Ceyhun Mustafayev İlham Pirməmmədovdan Arzunun valideynləri ilə danışıb, nəşinin Vəlinin məzarının yanında torpağa tapşırılmasına köməklik etməyi xahiş edib: "İlham müəllim, biz bilirdik ki, Vəli ilə Arzu istəklidir. Vəli əsgərlikdən qayıdandan sonra toy edəcəkdik.  Qismət belə imiş. Vəli Şəhid oldu. Arzu intihar etdi. Arzu intihar etməzdən öncə səhər saatlarında (09:13) yazıb ki, "Anana de, gəlnin də gedir oğlunun yanına. Tək qoyan deyiləm onu. Mən ancaq belə qurtula bilərəm." İlham müəllim, Qazax mahalının ağsaqqalı kimi siz bizə köməklik edin. Arzunun nəşinin Vəlinin məzarının yanında dəfn olunmasına görə valideynlərindən razılıq almaq üçün əlinizdən gələn köməyi əsirgəməyin". 


Şəhid atasının istəyini nəzərə alaraq İlham Pirməmmədov, İctimai Birliyin üzvləri ehtiyatda olan polis polkovniki Namiq İsmayılov, Şəhid leytenant Teymur Abbasovun anası Başxanım Abbaslı, Sultanxanım Nəsibova, Yeganə Tağıyeva, Səbinə Yusif Arzunun 3 mərasimində iştirak ediblər. Qazax mahalının ziyalıları Arzunun vəsiyyətinə əməl olunmasını, 7 mərasiminə kimi Arzunun nəşinin Ağstafa rayonunun Qarahəsənli kəndinə aparılmasını onun valideynlərindən, ailəsindən, doğmalarından xahiş ediblər. 

İlham Pirməmmədov və Namiq İsmayılov Arzunun atası ilə danışıqlar zamanı Arzunun Qarahəsənli kənd qəbristanlığında dəfn edilməsinə razılıq verilməsini xahiş ediblər. Ata Arzunun Vəlinin yanında dəfn olunmasına etiraz etmədiyini bildirib: "Mən sizin təklifinizə yox demirəm. Ancaq ana ürəyi başqadır. Anası razı olsa, Arzunu Vəlinin yanında dəfn etmək üçün Qarahəsənli kəndinə apara bilərsiniz". 


İlham Pirməmmədov Vəlinin valideynlərinin də xahiş üçün Bakıya gələcəyini bildirib.

Mərasimdə Başxanım Abbaslının çıxışından sonra oradakı bütün qadınlar Arzunun anası Sevda xanımdan Arzunun nəşinin çıxarılaraq Qarahəsənli kənd qəbristanlığında torpağa tapşırılmasının tərəfdarı olduqlarını bildiriblər: "Sevda xanım, bilirik, yaranız çox dərindir. Arzu Vəliyə görə həyatına qəsd edib. Onun son arzusu Vəlinin yanında dəfn olunmaq olub. Xahiş edirik, Arzunun son arzusunun gerçəkləşməsində siz bir ana olaraq öz razılığınızı bildirin". 


Başxanım Abbaslı deyib: 

"Siz Arzunun Qarahəsənli kənd qəbristanlığında sevdiyi oğlanın yanında torpağa tapşırılmasına icazə verin. Arzu Qazax mahalının toysuz gəlinidir. Biz Arzunun vəsiyyətinə görə sizdən xahiş edirik, onu Vəlidən ayırmayın". Üç mərasimində söhbət zamanı demək olar ki, Arzunun Vəlinin yanında dəfn olunmasına qismən razılıq olduğu hiss edilib. Yas məclisini idarə edən molla Arzunun Vəlinin yanında dəfn olunmasının vacib olduğunu bildirib: "Arzu Vəli üçün özünü öldürdü. Bu bizim tariximizdir. Qızlarımızın qorxmazlığının, əzmkarlığının, sədaqətinin göstəricisidir. Tarix təkrar olunur. 90-ci ildə İlham Fərizə sevgisi dillərə dastan oldu. 33  ildən sonra  Vəli Arzu sevgisi dillərə dastan olacaq.”


Mərasimdə iştirak edən qadınlardan biri böyük yanğı ilə qeyd edib: 


"Arzunu dəfn edəndə qəbrə sığışmadı. Bunu hamımız öz gözlərimizlə gördük. Nə qədər edirdilər, Arzu qəbrə sığışmırdı. Ona görə də ipəyi büküb başının altına qoydular ki, Arzu qəbrə sığışsın. Ancaq yenə sığışmadı. Nə qəbir Arzunu qəbul etdi. Nə də Arzu qəbiri qəbul etdi. Yenə də məsləhət, son söz Sevda xanımındır. Ancaq Arzunun rahat olmasını istəyirsə, Qarahəsənli kəndində dəfn olunmasına icazə verməyi məsləhətdir".


Yas məclisində eşitdiklərimizdən onu da bildik ki, Arzu məktəbdə nümunəvi şagird olub. Sınaq imtahanlarından 550-600 bal toplayan Arzu Polis Akademiyasına qəbul olmaq niyyətində olub. Müharibə çox gənclərin, sevənlərin arzusunu yarıda qoyduğu kimi Vəli və Arzunun də arzularını yarıda qoydu.


Arzunun Vəlinin yanında torpağa tapşırılması üçün 25 sentyabrda Ağstafa rayon Qarahəsənli kəndindən Vəlinin valideynləri Arzunun valideynləri ilə görüşmək üçün Bakı şəhərinə gəldilər.  İlham Pirməmmədov və Namiq İsmayılov Şəhidin ailə üzvlərini qarşılayıb Arzunun ailəsi ilə görüşdürdülər. 


Valideynlər Azrunun nəşinin Vəlinin məzarının yanında dəfn olunması üçün ailə ilə yenidən danışıq apardılar. Arzunun nəşinin Ağstafa rayonunun Qarahəsənli kənd qəbristanlığında torpağa tapşırılmasına Arzunun ailəsi razılıq verdi.


İlham Pirməmmədov Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin rəhbər işçiləri ilə əlaqə saxladı. Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən bildirildi ki, mövcud qaydalar gözlənilməklə Arzunun nəşi çıxarılıb Vəlinin məzarının yanında torpağa tapşırıla bilər. Sentyabrın 26-sı Arzunun nəşi çıxarılaraq Ağstafa rayonunun Qarahəsənli kəndinə göndərildi. 


"Qazax" Xeyriyyə İctimai Birliyi tərəfindən Arzunun valideynləri və qohumları dəfn mərasimində iştirak etmək üçün Ağstafa rayonunun Qarahəsənli kəndinə göndərildi.

Hal-hazırda İlham Pirməmmədov, İctimai Birliyin üzvləri dəfn mərasimində iştirak etmək üçün Ağstafa rayonu Qarahəsənli kəndinə gedirlər.


Arzunun nəşi 27 sentyabrda (sabah) Ağstafa rayonunun Qarahəsənli kəndində Vəlinin məzarının yanında torpağa tapşırılacaq.


Qorxmaz, sədaqətli, vəfalı gənclərə Uca Allahdan rəhmət diləyirik. Doğmalarına, yaxınlarına, əzizlərinə "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədovun, İctimai Birliyin üzvlərinin, Qazax mahalının ziyalılarının adından dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin.

 

P.S. Dəfn mərasimi sabah saat 13:00-da Ağstafa rayonunun Qarahəsənli kənd qəbristanlığında olacaq. Dəfn mərasimində "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin Bakı şəhərindən, eləcə də Qazax və Ağstafa rayonlarından olan üzvləri iştirak edəcəklər. Dəfn mərasimindən öncə İlham Pirməmmədov və İctimai Birliyin üzvləri 27 sentyabr Anım günü ilə əlaqədar olaraq Qazax və Ağstafa rayonlarında təşkil olunan Anım tədbirində iştirak edəcəklər. Dəfn mərasimindən sonra İlham Pirməmmədov və İctimai Birliyin üzvləri Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərində Şəhid olan hərbçilərin 7 mərasimində iştirak edəcəklər. Həmçinin sentyabr ayının 28-də Şəhidlərin 7 mərasimində iştirak edəcəklər.


Dəfnin bütün xərclərini "Qazax" Xeyriyyə İctimai Birliyi öz üzərinə götürüb.


Oxunub: 2 663
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 12:30 | Argentinalı məşhur futbolçu huşunu itirdi
    Bu gün, 12:13 | ABŞ yeni kamikadze dronunu təqdim etdi
    Bu gün, 11:55 | Azərbaycana qar yağıb
    Bu gün, 11:54 | Astarada qəza: 5 kəndin qazı kəsildi
    Bu gün, 11:51 | Qazaxda iki nəfər bıçaqlandı
    Bu gün, 10:54 | Gəzməkdə çətinlik çəkən qadının 23 illik əlillik pensiyası kəsildi - Video
    Bu gün, 10:48 | Diyetoloq ən faydalı çörək növlərini və gündəlik istehlak normasını açıqladı
    Bu gün, 10:46 | Yas mərasiminə gedən ehtiyatda olan zabit faciəli şəkildə öldü - Təfərrüat
    Bu gün, 10:42 | Azərbaycan bu ölkəni təbrik etdi
    Bu gün, 10:18 | Noyabrın sonunda üç BÜRCÜN həyatı yaxşılaşacaq
    Bu gün, 10:17 | Rusiya taktikanı dəyişib - Hədəfi budur
    Bu gün, 10:15 | “Qarabağ” “Kəpəz”, “Neftçi” isə “Araz” sınağında
    Bu gün, 09:56 | Sahibsiz itlərin hücumundan şikayətçidirlər - VİDEO
    Bu gün, 09:47 | İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib
    Bu gün, 09:47 | Bakıda ağaclar kəsilərək yerində restoran tikilir? - VİDEO
    Dünən, 23:02 | İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - Siyahı
    Dünən, 22:30 | Qazaxda yerli sakin bıçaqlandı
    Dünən, 21:50 | Bakı sakini Qazaxda dəm qazından boğularaq ölüb
    Dünən, 21:43 | İranla belə bir saziş imzalayacağıq - Tramp
    Dünən, 21:39 | Sevinc Maniyeva vəfat etdi
    Dünən, 21:38 | İşdən çıxarılan Elçin Babayevlə bağlı sensasion fakt
    Dünən, 21:36 | "Qalatasaray" qalib gəldi, baş məşqçisi qırmızı aldı
    Dünən, 19:34 | Ağdamın bunkerləri, erməni generalları və 5 müdafiə xətti - Video
    Dünən, 19:26 | “Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
    Dünən, 18:35 | Ağdamda itlər məktəbli qıza hücum edib - FOTO
    Dünən, 18:33 | Azərbaycanda ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatı keçiriləcək
    Dünən, 18:32 | Kartdan-karta köçürmələr risk mənbəyi kimi - Yeni təkliflər var...
    Dünən, 12:29 | TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı - FOTO
    Dünən, 12:27 | Badamdarda evin həyəti ikiyə ayrıldı - VİDEO
    Dünən, 12:24 | İnsan orqanizmini qocaldan və ölümə yaxınlaşdıran 3 ən vacib faktor açıqlandı
    Dünən, 12:22 | Maşın almaq üçün kredit götürən şəxsin pulu oğurlandı
    Dünən, 10:50 | Bu şəxslər 700 manatadək cərimələnəcək
    Dünən, 10:49 | Millimiz Bədaviyə görə ilk texniki məğlubiyyətini ala bilər
    Dünən, 10:48 | Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü - Foto
    Dünən, 10:10 | İsa Qəmbər ölkədən çıxa bilmədi
    Dünən, 10:09 | Sumqayıtda bu yol yenə çökdü - Foto
    Dünən, 10:07 | Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    Dünən, 09:33 | Bu ölkədə 6,7 bal gücündə zəlzələ oldu
    Dünən, 09:32 | İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi
    Dünən, 09:31 | İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər
    Dünən, 00:01 | Ölkənin ana təhsil ocağı da belə rüsvay oldu...
    20-11-2026, 22:19 | "Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
    20-11-2026, 22:11 | “İdman Paytaxtı” Qazax şəhərində V İdman Festivalının açılış mərasimi keçirilib
    20-11-2026, 19:44 | "Qələbələr Partiyası – 34 illik Zəfər və İnkişaf Yolu” - FOTOLAR
    20-11-2026, 19:39 | "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirildi
    20-11-2026, 19:26 | Naftalanda 3 məktəblini maşın vurdu
    20-11-2026, 19:25 | Metroda texniki xəta: Qatarların hərəkəti yubandı
    20-11-2026, 18:30 | İşçilər üçün saathesabı maaş: Yeni sistem necə işləyəcək?
    20-11-2026, 18:27 | “Real” Kurtua ilə bağlı qərarını verdi
    20-11-2026, 18:25 | Vüqar Əhmədov Mingəçevirdə vətəndaşları qəbul etdi - Foto
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.