Azərbaycan bu ölkə ilə quru sərhədləri açır
Aprel ayından etibarən Bakı-Tiflis-Bakı qatarı istifadəyə veriləcək. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə hökumətdəki mənbələrdən Gununsesi.info-ya bildirilib. Qeyd olunub ki, Azərbaycan və Gürcüstanın müvafiq qurumları arasında bununla bağlı razılıq əldə olunub. Məlumata görə, aprel ayından etibarən Bakı-Tiflis-Bakı qatarı yenidən fəaliyyətə başlayacaq. Sərnişindaşıma İsveçrənin “Stadler” qatarları vasitəsilə həyata keçiriləcək.
Oxunub: 365
Xəbəri paylaş
Paylaş: