Ədalət Verdiyevin MƏHKƏMƏSİ - Bir ittiham üzərindən götürüldü
Bir müddət əvvəl Baş Prokurorluq tərəfindən saxlanılan, barəsində həbs qərarı çıxarılmış, tanınmış hərbi ekspert Ədalət Verdiyevin cinayət işi məhkəməyə göndərilib. Mediaxeberleri.Az xəbər verir ki, Gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi məlumata görə, hərbi ekspertə qarşı irəli sürülmüş 308-ci maddə (Vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə elan olunan ittiham xitam olunub. Onun işi yalnız 284.1-ci maddə ilə (dövlət sirrini yayma) məhkəməyə göndərilib. Bu barədə məlumatı ekspertin vəkili Bəhruz Bayramov təsdiqləyib.
Oxunub: 205
Xəbəri paylaş
Paylaş: