Məşhur su markasına qarşı iddia: "Xərçəng yaradır"
Dünyaca məşhur su markası olan "Fiji" şirkətinin qablaşdırılmış sularında insan sağlamlığı üçün təhlükə yarada bilən mikroplastiklər və "bisfenol-A" maddəsi (BPA) olduğu iddia edilir. ABŞ-nin Los-Anceles şəhərində məsələ ilə bağlı məhkəmədə iddia qaldırılıb. İddia ərizəsində qeyd edilib ki, bu maddələr ürək-damar xəstəliklərinə, xərçəngə, autizmə və hətta ölüm kimi ciddi sağlamlıq risklərinə səbəb ola bilər. Bu səbəbdən şirkətin reklamlarının dayandırılması tələb olunub. "Fiji" şirkəti iddiaları qəti surətdə rədd edib: "İttihamlar əsassızdır və gülünc doğurur. Markanın etibarını qorumaq üçün qanuni tədbirlər görəcəyik".
Oxunub: 401
Xəbəri paylaş
Paylaş: