Bakıda ikimərtəbəli ev yandı
- 9-02-2025, 11:04
- 1 049
Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 200 m² (hər mərtəbəsi 100 m²) olan ikimərtəbəli 5 otaqlı evin girişində quraşdırılan elektrik lövhəsindəki qoruyucu açarlar və dolab 5 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Mediaxeberleri.Az-a bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər ev sakini xilas olunub.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Комментарии (0)