Hacı Əliyev HİDDƏTLƏNDİ: "İndi nəyə görə kimlərinsə gözünə girir?" - FOTO
"Ayıb olsun belə videoları paylaşan hər kəsə". Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri sərbəst güləş üzrə olimpiya mükafatçısı, dünya və Avropa çempionu Hacı Əliyev "Instagram" hesabının hekayə bölməsində yazıb. Sabiq güləşçi Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun ona 11-HA-111 avtomobil nömrəsi hədiyyə etməsini tənqid edənlərə sərt cavab verib: "Mənə bu nömrə 4 ildir verilib. İndi nəyə görə kimlərinsə gözünə girir? 2015-ci ildə Avropa Oyunlarında yer tutan bütün idmançılara cənab Prezidentimiz İlham Əliyev tərəfindən mükafatlar, ordenlər verildi. Eləcə də idmançılara maşın nömrələri hədiyyə olundu. Mən də o idmançılar kimi əziyyət çəkib öz əziyyətimlə bu yerlərə gəlmişəm. İndi qiyməti ucuz olan bu nömrəyə 100 min yazıb paylaşmaq kimə nə qazandırır? Bəli, nömrəni mənə cənab generalımız hədiyyə edib. Amma bunu belə paylaşan bəzi saytlar, ayıb olsun sizlərə. Başqa sözüm yoxdur!". Hüseyn İbadlı