Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
  • "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
  • Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
  • Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
  • İlham Əliyev dəyirmi masada iştirak etdi
  • Çox çay içənlərin diqqətinə!
  • ML: Türkiyə və Fransa məğlub oldu
  • İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
  • Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
  • Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?
  • Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı
  • ABŞ-da neft hasilatı rekord həddə çatdı
  • Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu
  • Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video
  • Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
  • KƏLƏMİN GİZLİ GÜCÜ: BAĞIRSAQLARDAN İMMUN SİSTEMİNƏ QƏDƏR NƏYƏ FAYDALIDIR?
  • Tramp Meksikanı hədələdi
  • Bilal Qurbanov tamblinq üzrə dünya çempionatında gümüş medal qazandı
  • Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşdü
  • İmran Əliyev və Elgiz Qəhrəmana hökm oxundu
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Dəhlizdə çəkilən foto, turistsayağı Ağ Ev gəzintisi - Paşinyanın ABŞ səfəri

  • Tarix: 8-02-2025, 20:03

Ermənistanın baş naziri Nikol Paşinyan 3-7 fevral tarixləri arasında ABŞ-də səfərdə olub. Əvvəlcədən planlaşdırılan və Beynəlxalq Dini Azadlıq Sammitində iştirakı ehtiva edən bu səfər əslində, Tramp Administrasiyasının nəbzini yoxlamaq, müəyyən görüşlərə nail olmaq, imkan daxilində dəstək almaq məqsədi güdsə də, deyəsən, Nikol bu dəfə də uğursuzluğa düçar olub.

İlk olaraq, qeyd edək ki, Nikol Paşinyanın dindar insan olmadığı və konkret olaraq erməni kilsəsinə qarşı mövqe tutduğu bilinir. Eyni zamanda, ateist kimi tanınan Arsen Torosyanı da özü ilə aparması bir daha sübut edir ki, baş nazirin səfər məqsədi başqadır, dini tədbir isə sadəcə bir bəhanədir.

Paşinyan bu səfərlə bir sıra mətləblərə aydınlıq gətirmək niyyətini güdüb. Onun üçün ABŞ Prezidenti Donald Trampın xarici siyasətinin hansı istiqamətdə formalaşacağını dəqiqləşdirmək həyati əhəmiyyət kəsb edir. Ermənistan hökumətinin başçısı Bayden tərəfindən aldığı iqtisadi, maliyyə və siyasi dəstəyi Tramp administrasiyasından da ala biləcəkmi? Zatən USAID-in bağlanması İrəvanda bəzi işləri dolaşığa salıb. Bu səbəbdən, sadalanan məsələləri bilmək erməni baş nazir üçün vacib olub.

Paşinyanı maraqlandıran digər məsələ Tramp Administrasiyasının Azərbaycan-Ermənistan sülh danışıqlarına münasibəti və vasitəçiliyə davam edib-etməyəcəyidir. Çünki son gedişat onu göstərir ki, tərəflər arasında vasitəçi olmadan danışıqlar aparmaq daha məqsədəuyğundur. Amma Nikol "dayday"sız və ağasız heç bir masaya əyləşə bilməmə mərəzindən qurtula bilmir. Eyni zamanda, yeni administrasiyanın "Sülhün kəsişməsi" layihəsi ilə nə dərəcədə maraqlandığı da Paşinyanı narahat edən məsələlərdən sayılır. Hələlik xəritə qoltuğunda Qərbin siyasi kuluarlarını gəzən baş nazirə "xala xətrin qalmasın" dəstəkdən başqa heç bir vəd verilməyib.


Qeyd etmək yerinə düşər ki, Trampın xarici siyasətinin İran və Rusiyaya qarşı yanaşması da erməni siyasətçini maraqlandıran məsələlərdəndir. Bu, ona bu ölkələrlə münasibətlərində nə qədər manevr imkanı olacağını və ya onlardan nə qədər uzaqlaşa biləcəyini anlamaq üçün lazımdır. Xarici siyasətini ölkə maraqları yox, kiminsə marağı işığında formalaşdıran bir dövlət başçısı üçün bu, anlaşılandır. Təbii ki, Paşinyanın bunlardan başqa məqsədləri də olub. Bu sualların cavabını tapmaq üçün isə baş nazir ya Tramp, ya dövlət katibi, ya prezidentin təhlükəsizlik üzrə müşaviri, ya da ən azı müdafiə naziri ilə rəsmi qaydada bir neçə saatlıq görüş keçirməli, məsələləri aydınlaşdırmalı idi.

Bir neçə konqresmen, senatorla ayaqüstü söhbət və vitse-prezidentlə dəhlizdə çəkilən fotonu nəzərə almasaq, onun Ağ Evi sadəcə turist kimi gəzdiyini söyləmək olar. Əslində, Ermənistan hakimiyyəti bütün mümkün kanallarla Trampla Paşinyan arasında görüş təşkil etməyə çalışıb. XİN-in bütün rıçaqları işə salınıb, Ermənistanın ABŞ-dəki səfirliyi nüfuzlu ermənilərə müraciət edərək, heç olmasa, yeni təyin olunmuş dövlət katibi Rubio ilə görüşün təşkil edilməsini istəsə də, bütün oxlar daşa dəyib.

Paşinyanı Vaşinqtonda tək qoymayan Anna Akopyan da fürsətdən istifadə edərək, "Təhsil dəbdir" kampaniyası çərçivəsində bir sıra insanları müzakirəyə dəvət edib. Kampaniya çərçivəsində 15 mart tarixində keçirilməsi nəzərdə tutulan müzakirə sırf Amerika formatıdır və məruzəçilər dinləyicilərlə tematik söhbətlər aparırlar. Bununla da Akopyan müəyyən dairələrə ABŞ dəstəkçisi olduğunu, onların üslubunda çalışmağı daha üstün tutduğu mesajını ötürüb.


Uzun cəhdlərdən sonra Nikol Paşinyan nəhayət, Ağ Evin dəhlizində vitse-prezident Ceyms Devid Venslə foto çəkdirə bilib. Hakimiyyətə məxsus media bu görüşü və fotonu eninə-boluna tirajlayaraq, təriflər yağdırmağa, görüşün çox uğurlu keçdiyi, Paşinyanın belə bir məmurla müzakirəsinin Ermənistan üçün faydaları barədə palaz-palaz yazılar yazmağa başlasa da, reallıq əslində çox acıdır. Birincisi, fotoları və yayılan xəbərləri diqqətlə analiz edəndə məlum olur ki, tərəflərin görüşü cəmi 7-8 dəqiqə çəkib.

Təbii ki, bu müddət ərzində hansısa ciddi bir müzakirənin aparıldığını düşünmək ən azı savadsızlıq olardı. Eyni zamanda, qəbul müvafiq protokol olmadan, ayaqüstü, tələsik formada keçirilib. Elə fotoların da ayaqüstü çəkilməsi, Paşinyanın özünü amerikalıya tərəf sıxması bir daha sübut edir ki, söhbət rəsmi yox, dəhliz görüşündən gedir. Amma Nikola bu foto hava və su kimi lazım idi ki, komandasını aldada bilsin və hər şeyin yaxşı olduğuna inandırsın.

Eyni zamanda, fotoların analizi, səliqəsiz masanın, otağın formasının görüntüləri sübut edir ki, bu otaq çox güman, ABŞ vitse-prezidentinin ofisi deyil. Fotonun özünün də peşəkar aparatla yox, telefonla çəkildiyi diqqətlə baxanda sezilir. Otaq o qədər dardır ki, qonaqla şəkil çəkdirmək üçün iş masasından başqa uyğun fon yoxdur. İşin maraqlı tərəfi də odur ki, masanın üzərində Ermənistan bayrağı yoxdur. Bu da görüşün rəsmi olmadığını, protokol qaydalarına uyğun keçirilmədiyini bildirir. Elə bil Ceyms Devid Vens hansısa ölkənin hökumət başçısı ilə yox, Ağ Evi turist kimi gəzən bir şəxslə foto çəkdirib.

Bu görüş bir daha sübut edir ki, Donald Trampın Administrasiyası Ermənistana əhəmiyyət vermir və maraq göstərmir. Çünki Ağ Evin rəsmi saytında da belə bir görüşün keçirilməsi barədə nə məlumat var, nə də Paşinyanın fotosu yerləşdirilib. Bu isə bir daha onu söyləməyə əsas verir ki, görüş ya dəhlizdə, ya da otaqların birində, ayaqüstü baş tutub. Fotonu isə ya baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan, ya da Ermənistanın ABŞ-dəki səfiri Lilit Makunts mobil telefon vasitəsilə çəkib. Bu foto və görüş bəlkə də, artıq Vensin yadından çıxıb. Odur ki, Paşinyanın bu fotodan eninə-boluna istifadə etmək, uğur kimi xalqa sırımaq cəhdi fiaskoya uğradı.

Son olaraq söyləmək yerinə düşər ki, Tramp Administrasiyasının Ermənistana ciddi maraq göstərəcəyini, problemlərinin həlli üçün səy göstərəcəyini düşünmək absurddur. Vaşinqton İran və Rusiyanın təsirini zəiflətmək üçün Ermənistandan istifadə edə bilər. Başqa heç bir göstərici ilə İrəvan ABŞ üçün maraq və əhəmiyyət kəsb etmir.

"Report" İnformasiya Agentliyi



Oxunub: 826
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 07:15 | Putin yalnız bu halda geri çəkiləcək - ABŞ-dan bəyanat
    Bu gün, 06:56 | "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - Video
    Bu gün, 06:50 | Xərçəngin dərmanı tapıldı: Satışına başlanılır
    Bu gün, 06:45 | Cümə, 13 noyabr: Təhlükəli tərəfi nədir və niyə "dünyanın sonu" adlanır?
    Bu gün, 06:43 | İlham Əliyev dəyirmi masada iştirak etdi
    Bu gün, 06:42 | Çox çay içənlərin diqqətinə!
    Bu gün, 06:40 | ML: Türkiyə və Fransa məğlub oldu
    Dünən, 23:34 | İlham Əliyev Kiriakos Miçotakislə görüşdü
    Dünən, 23:32 | Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş
    Dünən, 23:04 | Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir?
    Dünən, 23:02 | Türkiyəli "mafiya babası" Azərbaycanda saxlanıldı
    Dünən, 23:00 | ABŞ-da neft hasilatı rekord həddə çatdı
    Dünən, 21:26 | Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu
    Dünən, 21:25 | Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video
    Dünən, 21:22 | Nəvəsinin andiçməsindən sonra itkin düşmüşdü - Meyiti tapıldı
    Dünən, 19:58 | KƏLƏMİN GİZLİ GÜCÜ: BAĞIRSAQLARDAN İMMUN SİSTEMİNƏ QƏDƏR NƏYƏ FAYDALIDIR?
    Dünən, 19:53 | Tramp Meksikanı hədələdi
    Dünən, 19:51 | Bilal Qurbanov tamblinq üzrə dünya çempionatında gümüş medal qazandı
    Dünən, 19:49 | Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşdü
    Dünən, 19:08 | İmran Əliyev və Elgiz Qəhrəmana hökm oxundu
    Dünən, 19:05 | Sınaq başa çatdı: xoşbəxtlik və firavanlıq dövrünə qədəm qoyacaq BÜRC
    Dünən, 18:36 | Respublika üzrə 11 ədəd modul tipli məktəb binalarının quraşdırılması işlərinin 5.6 milyon xərclənəcək
    Dünən, 18:34 | FHN strukturlarında Konstitusiya Günü ilə bağlı tədbirlər keçirildi
    Dünən, 18:32 | MN məlumat yaydı: Azərbaycan və Türkiyə arasında...
    Dünən, 17:41 | Azərbaycana yeni təlim təyyarələri gətiriləcək
    Dünən, 17:39 | Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bu imiş - Professordan izah
    Dünən, 17:37 | Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
    Dünən, 17:35 | Bakıda külək güclənəcək - Xəbərdarlıq
    Dünən, 16:11 | Baş Nazirdən Əli Əhmədovla bağlı QƏRAR
    Dünən, 16:10 | Aslan Fətullayev dəfn olundu - Foto
    Dünən, 16:08 | İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
    Dünən, 16:07 | “Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
    Dünən, 14:52 | Türkiyə bu ölkəyə 15 min əsgər göndərəcək?
    Dünən, 14:37 | “Mançester Yunayted” Maykl Karriki qovdu
    Dünən, 14:36 | Azərbaycanda taksilərlə bağlı gözlənilən qərar - 18 manat…
    Dünən, 14:31 | Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi - FOTO - YENİLƏNİB
    Dünən, 14:27 | Güclü yaddaş və sağlam damarlar üçün qaragilə yeyin
    Dünən, 14:16 | Məktəblərdə şagirdlərdən “mygov”, “Sima” qeydiyyatı niyə tələb olunur? – AÇIQLAMA
    Dünən, 14:14 | Bu şəxslərə şad xəbər: Elektrik xərclərinin yarısını dövlət ödəyəcək
    Dünən, 13:40 | Keçməyən öskürək və döş qəfəsində ağrıya diqqət!
    Dünən, 13:37 | Şəhriyar Məmmədyarov erməni şahmatçıya qalib gələ bilmədi
    Dünən, 13:36 | Daxili Qoşunların keçmiş komandanına ağır itki
    Dünən, 13:35 | Naxçıvanın Bakı nümayəndəliyi buna görə ləğv edildi
    Dünən, 12:45 | Vətən müharibəsi şəhidi Sübhan Kərimov ildönümündə ehtiramla anılıb
    Dünən, 12:04 | GENERALIN QIZI SAXLANILDI - Şikayətçi də general imiş... (DETALLAR)
    Dünən, 07:41 | MMA döyüşçüləri arasında insident: Nurməhəmmədov saxlanıldı
    Dünən, 07:40 | Şəmkirdə ağır qəza: İki nəfər öldü
    Dünən, 07:38 | Çinlilər toyuğun bu hissələrini yemir – Səbəb
    Dünən, 00:10 | Bu gün Azərbaycanda Konstitusiya Günüdür
    11-11-2026, 20:10 | QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.