Oğuzda NARKOTİK ƏMƏLİYYATI - Üç nəfər saxlanıldı
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib. Mediaxeberleri.Az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlərlə Mehdi Dadaşzadə, Xəyal Kazımzadə və Əfsun Əliyev saxlanılıb. Onlardan 7 kiloqram marixuana və 1 kiloqram 350 qram heroin aşkar olunub. Saxlanılan şəxslər narkotiklərin satışını təşkil etməyi planlaşdırıblar. Faktla bağlı cinayət işi başlanılıb, hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxunub: 74
Xəbəri paylaş
Paylaş: