İcra Hakimiyyətindən kənd sakinlərinin sel təhlükəsi ilə üz-üzə iddialarına - Münasibət
Oğuzun Mollalı kənd sakinləri hər il yaz və payız aylarında güclü yağışlar zamanı Türyançay çayına gələn sel nəticəsində ciddi ziyanla üzləşdiklərini bildirirlər. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, Onlar qeyd edirlər ki, çayın kəndə yaxın olan hissəsində daş-beton bənd olmadığından sel suları həyətyanı sahələrə, təsərrüfatlara və yollara ziyan vurur. "Keçənilki sel daha dəhşətli idi, 45 ailəyə ziyan vurub. Yaxınlıqdakı balıqçılıq təsərrüfatı da məhv oldu. Məhsullarımızı sel apardı. Həyətlərə dolan lili çətinliklə təmizlətmişik. Bir də sel gəlsə, daş ütündə daş qalmayacaq", - deyə kənd sakinləri narazılıq bildiriblər. Daha ətraflı Baku TV-nin videomaterialında: Kənd sakinlərinin sadaladığı məsələlərlə bağlı Oğuz rayon İcra Hakimiyyətindən münasibət bildirilib: "Oğuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən ərazidə çay məcralarinin təmizlənməsi işlərinə başlanılıb. Sel sularından müdafiə üçün lazımi tədbirlər görülür. İşlər davam etdirilir".