Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edildi
Ermənistanın Sünik vilayətinin Məhkəməsi Qarabağdakı keçmiş separatçı rejimin keçmiş komandanı Cəlal Harutyunyana 5 il 5 ay müddətinə cəza verib. Prokuror hakimlərdən onun 6 il azadlıqdan məhrum olunmasını tələb etmişdi. Əvvəlcə Qarabağ müharibəsində ölən separatçı ordunun əsgərlərinin valideynləri çıxış edərək, məhkəmədən C. Harutyunyanın 8 il müddətinə həbsxanaya göndərilməsini istəyib. Qeyd edək ki, C. Harutyunyan ittiham edildiyi epizodlar əsasən 44 günlük müharibə zamanı separatçı ordunun “əks-hücum əməliyyatlarının” uğursuzluqla nəticələnməsi ilə bağlıdır. APA
Oxunub: 31
Xəbəri paylaş
Paylaş: