İlham Əliyev fərman imzaladı
Prezident İlham Əliyev “İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 29 noyabr 2017-ci il tarixli və “İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 1 may 2018-ci il tarixli fərmanlarına dəyişiklik edib. Mediaxeberleri.Az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda sahibkarların 2018-ci il yanvarın 1-dən 2026-cı il dekabrın 31-nə qədər banklardan manatla aldığı kreditlərə hesablanmış faizlərə görə subsidiya veriləcək. İndiyə qədər subsidiyanın verilmə müddəti ötən ilin sonuna qədər alınış kreditləri əhatə edirdi.
Oxunub: 51
Xəbəri paylaş
Paylaş: