İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA
- 4-02-2025, 14:53
- 2 938
İnsult keçirən Xalq artisti Fatma Mahmudovanın müalicəsi hazırda davam edir.
Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Pravda.az-a aktrisanın qızı Nigar Tofiq məlumat verib.
“Anam indi də “İstanbul NS” klinikasındadır. Yaxşı olacaq”,- o bildirib.
Xatırlatma: Xalq artisti Fatma Mahmudova yanvarın 29-da insult keçirərək “İstanbul NS” klinikasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, bir neçə gündür, palataya köçürülüb.
Комментарии (0)