Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
  • Həftənin ilk iş günü qar yağacaq
  • Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
  • Azərbaycanda həkim vəfat etdi
  • Bu dəfə general qızı onu məhkəməyə verdi
  • Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
  • Bu binalara istilik verilməyəcək
  • "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
  • Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
  • Sabahın hava proqnozu açıqlandı
  • Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
  • Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
  • "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
  • Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
  • Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
  • "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
  • Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
  • Rəşad Məcidə ağır itki
  • Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
  • Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

18 gün komada qalan sabiq vəzifəli şəxs: "Ayılandan sonra anladım ki, heç nə əvvəlki kimi olmayacaq"

  • Tarix: 1-02-2025, 19:26

Həyatda ikinci şansa inanan insanlar çoxdur. Eyni zamanda, həyatın bir xətlə davam etdiyini, hər şeyin insanın öz əlində olduğunu və gedişatı şansa buraxmayaraq, yaşamalı olduğunu düşünənlər də az deyil. Həyatının dörd ilini sığınacaqda yaşayan 64 yaşlı Adil Eyyubova yaşamaq şansı ikinci dəfə verilsə də, o, həyatının axarını fərqli istiqamətə yönləndirməyi seçib.

Adil bəy insult keçirdikdən sonra 18 gün komada qalıb. Ayılanda isə ailədə ona qarşı münasibətin dəyişdiyini görüb və ağır əməliyyatdan altı ay sonra evi tərk etməyi qərara alıb.

Mediaxeberleri.Az xəbər verir ki, "Report"un əməkdaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin sakini Adil Eyyubovla onu bu sığınacağa gətirən yollardan danışıb.

A.Eyyubov ali təhsilli və rəhbər vəzifələrdə çalışmış şəxsdir:

"İndiki İqtisadiyyat Universitetini bitirmişəm. Ömrüm boyu mağaza və restoranlarda müdir olmuşam. Buna görə də maddi çətinliyim olmayıb. Bunlarla yanaşı, bir müddət mağazalar şəbəkəsinin idarəçiliyini də etmişəm. Vaxtilə qarşıma çıxan fürsətləri yaxşı dəyərləndirmişəm. Düşünürəm ki, yeganə səhvim ailə həyatımla bağlı olub. Bunun da səbəbkarı mən deyiləm".

Adil bəydən ailə həyatındakı hansı səhv addımı atdığını soruşanda bu barədə geniş danışmaq istəmədiyini bildirsə də, danışılacaq çox sözünün olduğunu anlamamaq qeyri-mümkündür:

"Mən iki evlilik yaşamışam. Birincisi 1980-ci ilin əvvəllərində atamın qərarı ilə olub. Bir də eşitdim ki, tanımadığım qız ilə nişanlanmışam. Uğursuz evlilik yaşadım. Sonra - mağaza müdiri işlədiyim dövrdə özümdən 18 yaş kiçik bir qız yanımda çalışırdı. İş elə gətirdi ki, biz ailə həyatı qurduq".

"Bəs övladlarınız varmı, indi haradadırlar?" sualına bir qədər düşünərək cavab verir:

"İlk evliliyimdən iki, sonrakı evliliyimdən bir övladım var. Onlarla hazırda münasibətim yoxdur. Bu barədə danışmasaq, yaxşıdır".

Adil bəy ikinci evliliyində xoşbəxt olsa da, bir müddət sonra səhhətində yaranan problemlər onun ailə münasibətlərinə təsir edib:

"Maddi vəziyyətimin normal olduğu dövrdə həyat yoldaşımı istədiyi hər şeylə təmin edirdim. Lakin bir gün yüksək təzyiqdən beynimdə iki damar partladı. Xəstəlikdən sonra anladım ki, heç nə əvvəlki kimi olmayacaq, mən həmin Adil deyiləm və əvvəl gördüyüm işləri görə bilmirəm. Ailədə özümə qarşı bəzi saymazlıqlar oldu. Buna görə də onunla ayrıldıq".

Adil bəyə həkimlər beyin əməliyyatından sağ çıxmaq ehtimalının çox az olduğunu desələr də, o, əməliyyatda israr edib:

"Dediyim kimi, beynimdə iki damar partladı. Bir neçə xəstəxana məni əməliyyata qəbul etmək istəmədi. Ən sonda Əhmədlidə bir xəstəxana məni əməliyyata götürdü. Amma orada da mənə deyildi ki, sənin sağ qalıb-qalmayacağına zəmanət verə bilmirik. Çox ağır əməliyyat keçirdim. Əməliyyatdan sonra 18 gün komadan ayılmadım. Lakin yaşamaq üçün mənə bir şans da verildi. O şansın qarşılığında isə Adil əmək qabiliyyətini və onun üçün dəyərli olan bir çox şeyləri itirdi. Beləliklə, mən evdən çıxmağa qərar verdim. Bir müddət kirayədə qaldım".

O, ilk olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edib. Lakin yaşı çatmadığına görə onu qocalar evinə qəbul etməyiblər:

"Əməliyyatdan təxminən altı ay sonra qocalar evinə yerləşməyə qərar verdim. Hələ tam toparlanmamışdım, qoltuqağacı ilə gəzirdim. 2021-ci ildə məni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin "Çətin həyat şəraitində olan 18 yaşdan yuxarı müəyyən yaşayış yeri olmayan şəxslərin sosial reabilitasiya şöbə"sinə yerləşdirdilər. Düşünürəm ki, düzgün qərar vermişəm. Peşman deyiləm".

Adil bəy sığınacaqda keçən gününü belə təsvir edir:

"Səhərlər tez oyanıram. Saat 8-ə, səhər yeməyinə qədər düşüb siqaret çəkirəm. Boş vaxtım olanda nərd oynayıram. Nərd oynamağı sevirəm. Arada söhbətgahda oturub sakinlərlə vaxt keçirirəm. Sonra gəzə-gəzə marketə gedirəm. Siqaret alıram. Pensioner adamam da, qəpik-quruşum olur arada (gülür)".

Adil bəyə "burada dost çevrəniz varmı?" sualını verəndə həyatda "dostluq", "güvən" duyğusundan doymuş birisi kimi "yoxdur" cavabını verir:

"Düzdür, buradakı mühitə tez öyrəşdim. Buna səbəb də mühitin yaxşı olmasıdır. Heç bir şeydən narazı deyiləm. İnsanlar arasındayam, yaxşı kollektiv, işçilər, müdiriyyət var. Buradakı sakinlərlə də çox rahat yola gedirəm. Yaxşı münasibətim olduğu adamlar var. Amma dost... dost nadirən olur".

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində 70-dən çox sakinə xidmət göstərilir. Adil Eyyubov da həmin şəxslərdən biridir.


Oxunub: 3 125
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 15:36 | Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
    Bu gün, 14:02 | Həftənin ilk iş günü qar yağacaq
    Bu gün, 14:00 | Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
    Bu gün, 13:59 | Azərbaycanda həkim vəfat etdi
    Bu gün, 13:42 | Bu dəfə general qızı onu məhkəməyə verdi
    Bu gün, 13:39 | Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
    Bu gün, 13:38 | Bu binalara istilik verilməyəcək
    Bu gün, 12:51 | "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
    Bu gün, 12:48 | Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
    Bu gün, 12:47 | Sabahın hava proqnozu açıqlandı
    Bu gün, 12:38 | Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
    Bu gün, 12:28 | Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
    Bu gün, 12:26 | "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
    Bu gün, 12:25 | Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
    Bu gün, 12:22 | Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
    Bu gün, 12:18 | "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
    Bu gün, 12:15 | Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
    Bu gün, 12:11 | Rəşad Məcidə ağır itki
    Bu gün, 11:16 | Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
    Bu gün, 11:13 | Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
    Bu gün, 11:10 | Azərbaycan XİN: Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik
    Bu gün, 10:51 | Rəşad Məcidə AĞIR İTKİ
    Bu gün, 10:49 | Tikintiyə icazə prosedurları sadələşdirilir - VİDEO
    Bu gün, 10:48 | Hüseyn Abdullayevin anası: “Şikayət ərizəmizi geri götürmüşük, cənab Prezidentdən kömək istəyirik”
    Bu gün, 10:46 | Tanınmış aparıcı Xəzər TV-dən getdi
    Bu gün, 09:55 | Əgər Rusiya bunu işə salarsa, ciddi problem yaranacaq
    Bu gün, 09:53 | Millətlər Liqası: Portuqaliya ağır məğlubiyyət aldı
    Bu gün, 09:52 | Ət yeməyənlərdə xərçəng riski daha azdır - Diqqət!
    Dünən, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    Dünən, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    Dünən, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    Dünən, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    Dünən, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    Dünən, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    Dünən, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    Dünən, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    Dünən, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    Dünən, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Dünən, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Dünən, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Dünən, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Dünən, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Dünən, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Dünən, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Dünən, 13:58 | Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
    Dünən, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Dünən, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Dünən, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Dünən, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Dünən, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.