Qohumlarını öldürən ata və oğlu kassasiya şikayəti verdi
Yardımlıda əmisi və əmisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən Kənan Nuroğlu və atası Nürəddin Kərimovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses yanvarın 28-nə təyin edilib. Şikayət hakim Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq. Qeyd: Tərəflər arasında mübahisə Nürəddin Kərimov və oğlu Kənanın kənd ərazisindəki otlaq sahəsində çəpərləmə işləri apararkən baş verib. Belə ki, qardaşı Şəmsəddin Kərimov və oğlu Elməddin əraziyə gələrək etirazlarını bildiriblər. Yaranmış mübahisə nəticəsində Nurəddin avtomobilindən silahı çıxardıb hazır vəziyyətə gətirib, oğlu Kənan isə həmin silahdan atəş açmaqla əmisi Şəmsəddin Kərimovu və əmisi oğlu Elməddini qətlə yetirərək oradan qaçıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Nuroğlu ömürlük, Nürəddin Kərimov isə 17 il müddətə azadlıqdan məhrum edilib. Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib.