Ermənistan növbədənkənar parlament seçkilərinə gedir? - Paşinyandan AÇIQLAMA
Ermənistan hökuməti növbədənkənar parlament seçkiləri keçirməyi planlaşdırmır. Mediaxeberleri.Az xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan İctimai Televiziyaya müsahibəsində deyib . “Bizim planlarımıza növbədənkənar seçkilərin keçirilməsi daxil deyil. Həmişə növbədənkənar seçkilərin keçirilməsinin mümkünlüyü ilə bağlı söhbətlər olub”, - deyə o, müvafiq sualı cavablandırıb. Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilə planlaşdırılıb. Hüseyn İbadlı
Oxunub: 255
Xəbəri paylaş
Paylaş: