Ukrayna yaxın vaxtlarda Azərbaycanla ANLAŞA BİLƏR - Prezidentlər Davosda NƏDƏN DANIŞIBLAR?
"Ukrayna Azərbaycandan qaz tranzitinə hazırdır". Mediaxeberleri.Az "Bloomberg"ə istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. Onun sözlərinə görə, razılıq əldə olunarsa, müvafiq müqavilə yaxın vaxtlarda bağlana bilər. “Biz Azərbaycan qazının tranziti üçün infrastrukturumuzdan istifadə edə bilərik”, - deyə Zelenski Moldova rəhbəri Maya Sandu ilə görüşdə qeyd edib. Zelenski əlavə edib ki, Davosda keçirilən görüşdə Azərbaycan prezidenti İlham Əliyevlə bu ehtimalı müzakirə edib.
Oxunub: 572
Xəbəri paylaş
Paylaş: