“Azercell”dən xəbərdarlıq: Ehtiyatlı olun!
“Azercell” şirkəti abonentlərinə onların adından gələn şübhəli zənglər və saxta kampaniyalarla bağlı xəbərdarlıq edib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə şirkət abunəçilərinə mesajlar göndərib. Vurğulanıb ki, bu cür hallarda təqdim edilən linklərə klik etməmək və şəxsi məlumatları paylaşmamaq vacibdir. Məlumatda qeyd olunur ki, əks halda telefonda olan məlumatlar dələduzların əlinə keçə bilər. İstənilən yenilik və məlumat üçün yalnız rəsmi mənbələrdə yayımlanan informasiyalara etibar etmək tövsiyə olunur. "Abonentlərin diqqətli olması və öz şəxsi məlumatlarını qoruması vacibdir", - xəbərdarlıqda bildirilib.
Oxunub: 203
Xəbəri paylaş
Paylaş: