İranda dəhşət: 50 min insan bu səbəbdən ölüb
Ötən il İranda havanın çirklənməsi səbəbindən təxminən 50 min insan ölüb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə İranın Səhiyyə naziri Məhəmməd Rza Zəfərqandi bildirib. Onun sözlərinə görə, hava çirkliliyi ötən il ölkəyə 12 milyard dollar civarında iqtisadi ziyan vurub. Zəfərqandi beynəlxalq standartların hər kubmetr havada 5 mikroqramdan çox hissəciklərin olmasını çirklilik olaraq qəbul etdiyini vurğulayıb: “Biz bunu 12 mikroqram olaraq təyin edirik. Hətta öz meyarlarımıza görə, şəhərlərimiz ildə orta hesabla 247 gün çirkli hava ilə nəfəs alır. Bu müddət paytaxt Tehran üçün 353 günə qədər uzanır”.
Oxunub: 141
Xəbəri paylaş
Paylaş: