Kazana PUA hücumları başladı
Yeni dronların hücumu ehtimalı ilə bağlı xəbərlər fonunda Kazanda yeni partlayışlar baş verib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “Caution News” "Telegram" kanalı məlumat yayıb. "Kazan sakinləri PUA-ların təhlükəsi ilə bağlı xəbərlər fonunda şəhər üzərində partlayışlar olduğunu bildirirlər", - məlumatda deyilir. Yerli hava limanında “Xalça” planı elan edilib, təyyarələr müvəqqəti qəbul edilmir və hava limanından havaya qalxmır. İlkin məlumatlara görə, şəhərdə hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir. Digər təfərrüatlar verilmir.
Oxunub: 51
Xəbəri paylaş
Paylaş: