İmişlidə mikroavtobus piyadanı vuraraq öldürüb
- 19-01-2025, 18:14
- 691
İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə İmişli-Biləsuvar avtomobil yolunun rayonun Çaxırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes Vito” markalı mikroavtobus yolu keçən Çaxırlı kənd sakini, 1936-cı il təvəllüdlü Aslanov Həsən Həsən oğlunu vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
Комментарии (0)