Sanatoriyada kütləvi zəhərlənmə: 10 uşaq xəstəxanalıq oldu, cinayət işi açıldı
Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində yerləşən “Duslyk” uşaq sanatoriyasında 30-a yaxın şəxs nahardan sonra zəhərlənib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə "REN TV" "Telegram" kanalı məlumat yayıb. Bildirilir ki, adıçəkilən sağlamlıq mərkəzində əsasən uşaqlar istirahət edirlər: "Kütləvi zəhərlənmədən əvvəl bir çox qonaqlar antisanitariyadan şikayətləniblər, məktəblilər valideynlərinə yeməklərdə qurdun olduğunu deyiblər". Məlumatda o da qeyd olunur ki, nahardan sonra on nəfər özünü pis hiss edib. Onlar indi dəqiq diaqnoz qoyulması üçün müayinədən keçirlər. Artıq Kazan İstintaq Komitəsi uşaqların zəhərlənməsi ilə bağlı cinayət işi açıb. Müstəntiqlər zəhərlənmənin konkret nədən baş verdiyini araşdırır.