Mediaxeberleri.az
    
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)
    "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • Qələbədən tam suverenliyə: 19–20 sentyabr əməliyyatının tarixi nəticələri – TƏHLİL
    Qələbədən tam suverenliyə: 19–20 sentyabr əməliyyatının tarixi nəticələri – TƏHLİL
  • 
  • Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”
    Həkim: “Bu tip insanlara görə icbari sığorta çökür”

Son xəbərlər :
  • "Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq"
  • İstanbulda leysan: ölənlərin sayı artdı
  • “20 Yanvar” və “Şamaxinka”da bu marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
  • Goranboyda 74 yaşlı kişi güllələnərək öldürüldü
  • Hüsniyə hakim qarşısına çıxdı - 20 gün həbs...- VİDEO
  • Sükan arxasında yatdı, ağır qəza törətdi: ölən var
  • Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi təsdiqlənib - Siyahı
  • İsrail prezidentinin Bakı səfərini manipulyasiya edənlərə cavab: Bilet alıb, adi reyslə uçub
  • Mətbuat Şurasına yeni sədr seçildi
  • Ağstafada cinayət törətməkdə təqsirləndirilən şəxs Rusiyada tutuldu
  • İki rayonda işıq olmayacaq
  • Əhvalınız pisdirsə, canınız ağrıyırsa... - Məsləhət
  • Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan
  • Konfrans Liqası: "Trabzonspor" qalib gəldi, "Ayaks" uduzdu
  • Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO
  • Bakı-Şamaxı yolunda avtomobil aşdı: yaralılar var
  • 65 yaşadək şəxslərə şans: 1350 manat veriləcək
  • İcra başçısı Azadlıq 54 ünvanında və şəhərdə vətəndaşların müraciətini dinləyib
  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə dair Ağstafada müşavirə keçirilib
  • Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

SOSİAL PROBLEMLƏR İÇƏRİSİNDƏ BOĞULAN AZƏRBAYCAN MÜƏLLİMİ... - ”Nazir 600 manatla bir ay ailəsini dolandıra bilər?!”

  • Tarix: 14-01-2025, 23:36

Azərbayanda müəllimlərin maaşı ölkədəki orta aylıq əməkhaqqından aşağıdır. Bakıda və regionlardakı təhsil müəssisələrində çalışanların maaşı arasındakı ciddi fərqlər də diqqət çəkir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi bildirib ki, 2024-cü ildə qurumun tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 993 manat təşkil edib. Qeyd olunur ki, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq maaşı isə 527 manat olub. Rayon təhsil müəssisələrində çalışan müəllimlər 400-600 manat əməkhaqqı aldıqlarını bildirirlər.

Elm və təhsil naziri nə demişdi?

Elm və təhsil naziri Emin Əmrullayev hələ 2023-cü ilin yayında demişdi ki, ölkədə 28 929 müəllim 500 manata yaxın maaş alır.

Nazir qeyd edib ki, müəllimlərin maaşının yüksək və ya aşağı olması onun bilik səviyyəsindən asılıdır.



"Müəllimlər imtahanda yaxşı nəticə göstərirsə, əməkhaqqı 35 faiz daha artıq verilir. Sertifikasiyadan keçən müəllimlərə isə 10 faiz artıq olur. Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqı məbləği 3 dəfədən çox artıb. 2021-ci ildən etibarən əməkhaqqı 4 dəfə artırılıb. Bu proses davam edəcək. İndiki məqamda sertifikatlaşdırmada yüksək nəticə göstərən müəllimlərin orta maaşı 1270 manat, sertifikatlaşdırmada uğur qazanmış heyət üzrə (10 faiz əlavə alanlar) 1030 manat, sertifikatlaşdırmada iştirak etməyən heyət üzrə isə 750 manat təşkil edir. Ümumilikdə 63 983 nəfər 500-1000 manat, 34 165 nəfər 1000-1500 manat, 6177 nəfər 1500-2000 manat, 542 nəfər isə 2000 manat və daha artıq maaş alır", - E.Əmrullayev bildirib.

“Mən bir müəllim, bir ata, bir insan olaraq səsimi qaldırıram…”

Müəllimlərin maaş azlığı sosial şəbəkələrdə də tez-tez geniş müzakirələrə səbəb olur. Bu günlərdə təhsil eksperti Kamran Əsədov şikayətçi müəllimlərdən birinin postunu bölüşüb. Müəllim qeydlərinə yüzlərlə sosial şəbəkə istifadəçisi, o cümlədən həmkarları münasibət bildirərək, onunla həmrəylik nümayiş etdiriblər.




Müəllim yazıb: “Mən 93% nəticə ilə müəllim olmuşam, 400 manat maaş alıram. Amma hər dəfə mağazaya gedəndə övladımı qapıda gözləməyə göndərirəm. Ona deyirəm ki, içəridə sıxlıqdır, çox adam var. Amma həqiqəti deyə bilmirəm. Deyə bilmirəm ki, bəlkə də sən içəri girsən, gözlərin nəyəsə sataşar, nəyisə istəyərsən, amma mən sənə ‘yox’ demək məcburiyyətində qalaram. Çünki gücüm çatmaz. Mən öz övladımın qarşısında ‘yox’ deməyi bacara bilmirəm. Amma bacardığım o qədər dərsin, o qədər bilik yükünün altında qalmışam ki, sanki bu yük mənim insanlıqdan kənarlaşmağıma səbəb olub. Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm. Övladım məni qapıda gözləyir, gözlərində ümid, üzündə təbəssüm. Mən isə yalnız bir şeyi düşünürəm: bu kiçik qəlbin böyüdükcə atasının imkansızlığını görüb sınmaması üçün nə edə bilərəm? Axı mən necə izah edim ki, oğlum, atan 93%-lə imtahanı keçib, amma sənin balaca arzularını belə qarşılamaqdan acizdir? Bizə deyirlər ki, müəllim müqəddəs peşədir. Bəli, müqəddəsdir. Amma müqəddəslik mənim ailəmi doydurmur, övladımın arzularını gerçəkləşdirmir. Mən hər gün sinif otağında şagirdlərimə böyük xəyallar qurmağı öyrədirəm, amma öz balama heç bir xəyal verməyə cəsarət etmirəm. Çünki bilirəm ki, mən onun üçün o xəyalları reallığa çevirə bilməyəcəyəm.

Mən sinfə girəndə onlara gələcəkdən, arzularından, imkanlardan danışıram. Amma evə qayıdanda övladıma niyə yoxsulluğun içində boğulduğumuzu izah edə bilmirəm. O, mənim gözlərimdəki çarəsizliyi hiss etməsin deyə üzümü başqa yana çevirirəm. Hər gecə başımı yastığa qoyanda bu sual məni boğur: “Axı mən harda səhv etdim? Axı mən bu xalqın gələcəyini yetişdirən müəlliməmsə, öz ailəmi necə yetişdirim?

Mənim səsimi eşidən varmı? Yoxsa müəllimlərin yalnız dərs dediyini, ağrımadığını, utanmadığını, dözə bildiyini düşünürsünüz? Mən bir müəllim, bir ata, bir insan olaraq səsimi qaldırıram: övladımın xəyalını heç kimə satmayın!”

“Dırnaq qaynaq edənlər müəllimlərn qat-qat artıq pul qazanırlar”

Paylaşıma münasibət bildirən müəllim Vüqar Nağyev bildirib ki, kollecdə çalışır, 449 manat da əməkhaqqı alır.

“O müəllimin yaşadıqlarının hamısını mən də, mənim kimi neçə-neçə müəllimlər də yaşayır”, - o, əlavə edib.

Bioloq Mehparə xanım da həmkarının yazdıqlarının acı həqiqət olduğunu vurğulayıb: “Ömürdən-gündən gedir, əksər müəllimlər insan kimi yaşaya bilmirlər. Normal istirahət edə, geyinə bilmirsən. Ağlım olsaydı, müəllimlik peşəsini seçməzdim. İndi dırnaq qaynaq edənlər başları dinc, özü də müəllimlərn qat-qat artıq pul qazanırlar”.

Müəllim İlham Əhmədov isə yazır ki, əgər repetitorluq olmasaydı, bəlkə də bu 30 ildə müəllimlərin çoxu acından ölərdi: “Repetitorluğun yeganə yaxşı tərəfi budur. Amma ... normalda, repetitorluq olmamalı, müəllimlər dövlətdən yüksək maaş almalı, məktəbdə müəllim kimi keyfiyyətli tədris aparmalı idi, bütün dünyada olduğu kimi. Təəssüf ki, mizan tərəzi pozulub. Ən şərəfli peşə sahibi ən acınacaqlı hala salınıb”.

“Vəliyeva” niki ilə yazan təhsil işçisi də müəllimlərin çıxılmaz vəziyyətdə olduğundan gileylənir: “Bizi çıxlmaz duruma salıblar, dolana bilmirik 7 baş külfətə baxıram 600 manatla. Bu maaşı nazirmizə verək, görək, 1 ay ailəsini dolandıra bilirmi?!”

Müəllim Sərvər Ağayev də həmkarlarının dediklərini bölüşür: “Müəllimlərin böyük əksəriyyəti bu vəziyyətdədir. Gündə neçə kilometrlərlə yol gedib-gəlirlər. Bir qarnı ac, bir qarnı tox, saat 7-də qaranlıqda durub kəndlərə yola düzəlirlər. Amma 400-500 manat maaş sadəcə kommunal xərcləri ödəməyə gedir. 1 manat kənara pul atmaq olmur, yeri gəlsə, ürəyin istəyəni də ala bilmirsən, geyinə bilmirsən. Sertifikasiyanı ortaya atıb bu qədər haqsızlıq etmək lazım deyildi. Heç olmasa, ədalətli şəkildə bölgü qoyub maaşı artırmadılar. 8% maaş artırıblar. Onun müqabilində kommunal xərclər, ərzaq qiymətləri az qala 50-60% qalxıb”.

Müəllimlərin sosial vəziyyətini yaxşılaşdırmaq üçün hansı addımları atmalıdr?


Qeyd edək ki, belə giley-güzar edən müəllimlərin sayı xeyli çoxdur. Bəs problem necə həll etmək olar, hökumət 300 minlik müəllim ordusunun sosial vəziyyətini yaxşılaşdırmaq üçün hansı addımları atmalıdr?




Təhsil eskeperti Kamran Əsədov “AzPolitika”-ya şərhində bildirib ki, Azərbaycanda müəllimlərin maaşı təhsil sahəsində mühüm problemlərdən biri olaraq qalmaqdadır. Onun sözlərinə görə, son illərdə müəyyən addımlar atılsa da, mövcud vəziyyət həm müəllimlərin maddi rifahını, həm də təhsilin keyfiyyətini tam şəkildə təmin etmir: “Təhsil Nazirliyinin rəsmi məlumatlarına görə, müəllimlərin orta aylıq maaşı 980 manat səviyyəsində olsa da, bu rəqəm bütün müəllimləri əhatə etmir və çoxları üçün reallıqdan uzaqdır. Xüsusilə regionlarda və kiçik məktəblərdə çalışan müəllimlərin maaşı çox aşağıdır, bəzi hallarda isə 400-500 manat civarında qalır. Bu, müəllimlərin cəmiyyətdəki sosial statusuna və onların motivasiyasına mənfi təsir edir”.

Eskpert qeyd edir ki, Azərbaycanın təhsil sistemində maaşlar əsasən diaqnostik qiymətləndirmə və sertifikasiyadan keçmə nəticələrinə bağlıdır.

“Bu sistem performansa əsaslanaraq maaş artımını təmin etmək məqsədi daşıyır. Lakin 2023-cü ildə keçirilən sertifikasiya nəticələrinə görə, müəllimlərin yalnız 62%-i imtahanlardan uğurla keçib. Bu isə o deməkdir ki, digər müəllimlər maaş artımından faydalana bilmir”, - o, əlavə edib.

K.Əsədov deyir ki, bunun əsas səbəblərindən biri regionlarda yaşayan müəllimlərin hazırlıq imkanlarının məhdudluğudur: “Bu, xüsusilə kənd yerlərində işləyən müəllimlər üçün problem yaradır və onların əməkhaqqı artımını çətinləşdirir. Həmçinin, sertifikasiya mexanizminin tam şəffaf olmaması ilə bağlı narazılıqlar da var ki, bu da prosesə olan inamı azaldır”.

Qabaqcıl dünya tərübəsi nə deyir?

Təhsil eksperti bu sahədə qabaqcıl dünya tərübəsindən misallar gətirir: “Dünya təcrübəsi göstərir ki, müəllimlərin əməkhaqqının yüksək olması yalnız onların maddi rifahını təmin etməklə qalmır, həm də təhsilin keyfiyyətini artırır. Məsələn, Finlandiyada müəllimlər ölkənin ən yüksək nüfuzlu peşə sahiblərindən biri sayılır. Orada müəllimlərin maaşı digər dövlət qulluqçularının maaşları ilə eyni səviyyədə artırılır və bu, onların sosial müdafiəsini təmin edir. Eyni zamanda, Finlandiyada müəllimlər üçün davamlı təlim və inkişaf proqramları təşkil olunur ki, bu da onların peşəkar səviyyəsinin yüksəldilməsinə töhfə verir. ABŞ-də müəllimlərin maaşı onların təcrübəsinə və ixtisaslaşma səviyyəsinə uyğun olaraq artırılır. Bəzi ştatlarda müəllimlərin maaşı ölkə üzrə orta əməkhaqqının 120%-ni təşkil edir. Cənubi Koreyada isə müəllimlər ən yüksək maaş alan dövlət qulluqçuları sırasındadır və onların maaşı ölkə üzrə orta əməkhaqqının 150%-nə yaxındır. Bu ölkədə müəllimlərin yüksək maaşı təhsil sahəsində rəqabəti artırır və peşənin nüfuzunu gücləndirir”.



amran Əsədov hesab edir ki, Azərbaycanda mövcud problemləri həll etmək üçün müəllimlərin maaşlarının artırılması və daha ədalətli sistemlərin tətbiqi vacibdir. Onun sözlərinə görə, ilk növbədə, müəllimlərin maaşı vahid ştat cədvəlinə uyğun olaraq artırılmalıdır: “Bu yanaşma, xüsusilə regionlarda çalışan müəllimlər üçün daha bərabər şərait yaradacaq. Dərs yükündən və sertifikasiyadan asılı olmayaraq, hər bir müəllim üçün minimum əməkhaqqı səviyyəsi müəyyən edilməlidir. Bu məbləğ onların layiqli həyat şəraitini təmin edəcək səviyyədə olmalıdır. Bundan əlavə, sertifikasiya və diaqnostik qiymətləndirmə mexanizmləri daha şəffaf və əlçatan şəkildə təşkil edilməlidir. Məsələn, regionlarda yaşayan müəllimlər üçün xüsusi hazırlıq proqramları təşkil edilməli, onlara bu proseslərdə bərabər iştirak imkanı yaradılmalıdır”.



Ekspert vurğulayır ki, region müəllimləri üçün əlavə stimullaşdırıcı mexanizmlərin tətbiqi də vacibdir: “Az şagirdi olan və tədris yükü məhdud olan məktəblərdə çalışan müəllimlər üçün əlavə ödənişlər edilməli, onların sosial müdafiəsi gücləndirilməlidir. Bu, regionlarla paytaxt arasında əməkhaqqı fərqini azaltmağa və region müəllimlərinin daha yüksək motivasiya ilə işləməsinə səbəb olacaq”.

K.Əsədov deyir ki, bundan əlavə, müəllimlərin təcrübəsinə əsaslanan maaş artımı sistemləri tətbiq edilməlidir ki, uzun illər təhsil sahəsində çalışan şəxslər öz əməyinin qarşılığını ala bilsin: “Dövlət bu sahədə islahatları davam etdirərək müəllimlərin sosial statusunu artırmalı və onları cəmiyyətin ən dəyərli üzvlərindən biri kimi qəbul etməlidir”.

Ekspert vurğulayır ki, müəllimlərin maaşlarının artırılması yalnız onların maddi rifahını təmin etməklə qalmayacaq, həm də onların tədris keyfiyyətinə və ümumi təhsil səviyyəsinə müsbət təsir göstərəcək: “Dünya təcrübəsi göstərir ki, müəllimlərin layiqli maaşlarla təmin edilməsi onların peşəyə bağlılığını artırır, təhsil sistemini gücləndirir və gələcək nəsillərin keyfiyyətli təhsil almasını təmin edir. Azərbaycanın təhsil sisteminin uzunmüddətli inkişafı üçün müəllimlərin maaşlarının artırılması strateji və sosial prioritet olmalıdır”.

Rasim Əliyev


Oxunub: 673
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 14:25 | "Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq"
    Bu gün, 14:24 | İstanbulda leysan: ölənlərin sayı artdı
    Bu gün, 14:06 | “20 Yanvar” və “Şamaxinka”da bu marşrutlar dayanacaq məntəqələrindən çıxarılır
    Bu gün, 14:05 | Goranboyda 74 yaşlı kişi güllələnərək öldürüldü
    Bu gün, 14:03 | Hüsniyə hakim qarşısına çıxdı - 20 gün həbs...- VİDEO
    Bu gün, 13:13 | Sükan arxasında yatdı, ağır qəza törətdi: ölən var
    Bu gün, 12:20 | Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi təsdiqlənib - Siyahı
    Bu gün, 12:14 | İsrail prezidentinin Bakı səfərini manipulyasiya edənlərə cavab: Bilet alıb, adi reyslə uçub
    Bu gün, 12:06 | Mətbuat Şurasına yeni sədr seçildi
    Bu gün, 11:34 | Ağstafada cinayət törətməkdə təqsirləndirilən şəxs Rusiyada tutuldu
    Bu gün, 07:54 | İki rayonda işıq olmayacaq
    Bu gün, 07:26 | Əhvalınız pisdirsə, canınız ağrıyırsa... - Məsləhət
    Bu gün, 07:24 | Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan
    Bu gün, 07:06 | Konfrans Liqası: "Trabzonspor" qalib gəldi, "Ayaks" uduzdu
    Dünən, 22:41 | Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO
    Dünən, 22:38 | Bakı-Şamaxı yolunda avtomobil aşdı: yaralılar var
    Dünən, 22:10 | 65 yaşadək şəxslərə şans: 1350 manat veriləcək
    Dünən, 22:04 | İcra başçısı Azadlıq 54 ünvanında və şəhərdə vətəndaşların müraciətini dinləyib
    Dünən, 21:58 | Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə dair Ağstafada müşavirə keçirilib
    Dünən, 21:40 | Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi
    Dünən, 21:38 | Suriyada qaz kəmərinə zərbə endirildi
    Dünən, 21:04 | Azərenerji və Azərişıqdan sabotaj: Mingəçevir layihəsi necə batırıldı - prezidentin iştirakı gecikir
    Dünən, 20:53 | Qazaxda icra başçısı dam örtüyü yenilənən evlərə baxış keçirib
    Dünən, 20:08 | Baş nazirdən yeni qərar...
    Dünən, 20:03 | Onun edamı canlı yayımlanmayacaq - Tramp
    Dünən, 20:00 | Husilər prezident sarayına zərbə endirdilər
    Dünən, 19:58 | Rusiyadan Navai ilə bağlı Qazaxıstana nota...
    Dünən, 19:03 | Qızının makiyajına görə direktorla mübahisə edən ata həbs olundu
    Dünən, 19:02 | COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
    Dünən, 19:00 | Cəbrayılda GES tikintisinə icazə alınması müddəti uzadılıb
    Dünən, 18:58 | "Azərişıq" və "Azərenerji" arasında ödəniş qaydaları dəyişdirildi
    Dünən, 18:56 | Xətai rayonunda mühüm müşavirə keçirildi - Foto
    Dünən, 16:18 | Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
    Dünən, 16:02 | Saleh Səmədova hökm oxundu
    Dünən, 16:01 | Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...
    Dünən, 15:55 | 10 il əvvəl təhvil verilən binada əlavə 2 mərtəbə tikilir - Foto
    Dünən, 14:38 | Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Prezident İlham Əliyev tədbirdə çıxış edib - FOTO - YENİLƏNİB
    Dünən, 14:25 | Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq
    Dünən, 13:30 | Məktəb mühafizəçisinə hücum edənlər həbs olundu
    Dünən, 13:29 | İncəsənət Gimnaziyasının binası təmirdən sonra istifadəyə verilib - FOTO
    Dünən, 13:28 | Dünyada saat dəyişir: “Artıq saniyə” tarixə qovuşur
    Dünən, 12:45 | Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto
    Dünən, 12:43 | Azərbaycanın AQEM-də sədrliyi daha 2 il uzadıldı
    Dünən, 10:37 | Media və Yayım Şurası: "İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib" - Foto
    Dünən, 09:15 | Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO
    Dünən, 07:11 | Nazirlikdə hicabın qadağan olunması xəbərinə reaksiya
    Dünən, 07:10 | Rusiyadan kütləvi dron hücumu: ölənlər var
    Dünən, 07:09 | Tünd kişmiş adamı cavanlaşdırır
    14-10-2026, 16:17 | QƏBİR DAŞLARI ÜÇÜN VAHİD STANDART... - Məzarüstü abidələr necə olacaq?
    14-10-2026, 14:09 | Rəsmi Bakıdan Parisin əsassız iddialarına cavab
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.