Ağstafada baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Zərərçəkənin bütün bədəni parça-parça olub - VİDEO
Sosial şəbəkələrdə Ağstafada naməlum şəxslərin bir nəfərə qarşı xuliqanlıqla işgəncə verməsini əks etdirən görüntülər yayılıb. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə görüntüdə əks olunan şəxslər müəyyən olunublar. Cinayət əməlini törətməkdə şübhəli bilinən 53 yaşlı Şəmkir Nəsibov və onun oğlu 19 yaşlı Turan Nəsibli saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılmaqla həmin şəxslərə ittiham elan olunub və barələrində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Ağstafada ata və oğul tərəfindən amansız işgəncələrə məruz qalan Poylu qəsəbə sakininin işi ARAŞDIRILIR : "Hadisənin başvermə səbəbləri və təfərrüatı ətraflı şəkildə öyrəniləcək"