Bu xəbər bizi olduqca kədərləndirdi - Məcid Xandan Əliyevə
İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. “Zati-aliləri. “Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması nəticəsində çox sayda insanın həyatını itirməsi barədə xəbər bizi olduqca kədərləndirdi. İqtisadi Əməkdaşlıq Təşkilatı adından Zati-alinizə, həlak olanların ailələrinə və bütövlükdə Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. İqtisadi Əməkdaşlıq Təşkilatı bu kədərli vaxtda Azərbaycan Hökuməti və xalqı ilə həmrəyliyini ifadə edir. Zati-aliləri, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik”, - məktubda qeyd olunub.
 
 
 
Oxunub: 343
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 






















