Xəstənin burun əməliyyatından sonra komaya düşməsi barədə yoxlama başlanılıb - RƏSMİ
Burun əməliyyatı etdirən 30 yaşlı Nəzrin Mansurovanın komaya düşməsi barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzində (AEM) yoxlama başlanılıb. Bu barədə AEM-dən bildirilib. "Baş vermiş faktın araşdırılması ilə bağlı yoxlamanın başlanılması barədə göstəriş verilib. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən keçirilən yoxlama başa çatdıqdan sonra nəticəsi barədə məlumat veriləcək", - məlumatda qeyd olunub. Qeyd edək ki, sosial şəbəkədə burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən N.Mansurova sonradan komaya düşüb. İddia olunur ki, onun beyninə çirk yayılıb.
Oxunub: 42
Xəbəri paylaş
Paylaş: