Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
  • Həftənin ilk iş günü qar yağacaq
  • Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
  • Azərbaycanda həkim vəfat etdi
  • Bu dəfə general qızı onu məhkəməyə verdi
  • Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
  • Bu binalara istilik verilməyəcək
  • "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
  • Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
  • Sabahın hava proqnozu açıqlandı
  • Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
  • Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
  • "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
  • Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
  • Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
  • "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
  • Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
  • Rəşad Məcidə ağır itki
  • Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
  • Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Şamaxıda QƏTL: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir"

  • Tarix: 10-01-2025, 00:09

Şamaxı rayonunda 1990-cı il təvəllüdlü Nizam mübahisə zamanı 1979-cü il təvəllüdlü Ramalı (adlar şərti verilib - red.) odlu silahla qətlə yetirib.

Mediaxeberleri.Az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə 21 dekabr 2023-cü ildə baş verib.

Nizam dövlət qurumlarından birində işdə olduğu vaxt arvadına əvvəllər mesaj yazaraq əxlaqsız təkliflər etdiyi üçün aralarında münasibətləri normal olmayan bibisi oğlu Ramalın idarə etdiyi "Mersedes S 350" markalı avtomobillə binanın qarşısına gəldiyini görüb. O, avtomobildən düşmədən Nizamla mübahisə edib.

Ramal onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib. Nizam avtomobilin ön sərnişin qapısını açmaq istəsə də, Ramal maşını sürərək oradan uzaqlaşıb.

Nizam inzibati binaya daxil olub, istirahət otağına gedərək istifadəsində olan mobil nömrədən Ramala dəfələrlə zəng edib. Ramal onunla bir neçə dəfə telefonla danışdıqdan sonra saat 18:22-də idarə etdiyi avtomobillə yenidən binanın qarşısına gəlib. İnzibati binaya daxil olub, heç kimə məlumat vermədən və qeydiyyatdan keçmədən birbaşa qurumun rəhbər müavininin üçüncü mərtəbədə yerləşən xidməti iş otağına qalxıb.

Nizam Ramalın qurum rəhbərliyinin və şəxsi heyətin yanında onu nüfuzdan salacağı qənaətinə gəlib. Bunu önləmək, eyni zamanda arvadına əxlaqsız təkliflər etməsinə, ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsinə görə qisas almaq niyyəti ilə Ramalı öldürmək qərarına gəlib. Bu məqsədlə inzibati binanın üçüncü mərtəbəsinə qalxıb. Otağa daxil olduqdan dərhal sonra üzərində gəzdirdiyi tapançanı çıxararaq atəş vəziyyətinə gətirib. Giriş qapısı ilə üzbəüzdə stuldan qalxmaq istəyən Ramala doğru yaxın məsafədən ardıcıl 8 atəş açıb. Ramal aldığı güllə yaralarından vəfat edib.

İstintaq orqanı tərəfindən Nizamın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nizam ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, spirtli içkilərə aludə olub və bu səbəbdən Şamaxı rayonunda bir neçə şəxsə pul borcu yaranıb: "2023-cü ilin avqust ayında atamdan pul istədim. Atam imkanı olmadığını bildirdi. Daha sonra məni bibim oğlu Ramala tapşırdı ki, mənə maddi kömək olsun. Çox içki içdiyim üçün atam məndən bezmişdi.

Ramalla münasibətlərim yaxşılaşdı. Zəng edib mənimlə maraqlanır, işlətdiyi restorana dəvət edirdi. Mənə səmimi münasibət göstərdi, borclarımı ödəməkdə köməklik göstərəcəyini bildirdi.

Mənim əmilərimlə münasibətim yaxşı deyildi. Ramal isə əmilərimin də mənə köməklik göstərəcəyini dedi. Bir gün ondan borc pul istədim. Mənə 100 manat pul göndərdi. Sonradan mənim üçün xərclədiyi pulun da borc olduğunu bildirdi".

Təqsirləndirilən şəxs qeyd edib ki, Ramal ona 50 manat da göndərib: "Bir dəfə ondan 500 manat borc istədim. Mənə darıxmamağı məsləhət bildi, xəbər edəcəyini dedi. Axşama kimi heç bir xəbər çıxmadı. Ona zəng edəndə mənimlə kobud danışdı, "sənə pul verməliydim?" dedi. Mən evə gələndə evdə qanqaraçılıq olduğunu gördüm. Yoldaşım Ramaldan 500 manat borc pul istəyib-istəmədiyimi soruşdu. Ondan borc istəməyimi haradan öyrəndiyini soruşdum. Yoldaşım Ramalın ona yazdığını bildirdi. Dedi ki, mənim evə gəlib-getməyimə nəzarət etmək məqsədi ilə onun nömrəsini alıbmış".

Nizamın sözlərinə görə, daha sonra həyat yoldaşı Ramalın ona əxlaqsız təkliflər etdiyini, gizli sevgilisi olmasını təklif edib, əgər razı olsa, kartına 500 manat atacağını bildirib: "Hadisədən 1-2 gün keçdikdən sonra əmim Sədini çağırdım və hadisəni ona danışdım. Əmim yazışmalara baxmaq istədi. Yoldaşım yazışmaları sildiyi üçün baxa bilmədik. Əmim yazışmalar olmadığı üçün özümüzü biabır etməməyi məsləhət gördü.

Mən çox içki içdiyim üçün böyüklər arasında etibarımı itmişdim. Bu məsələdə də heç kim mənə inanmadı. Daha sonra atam müalicə üçün Rusiyaya qardaşının yanına getdi. Getməmişdən əvvəl mənə tapşırdı ki, Ramal məsələsini bağlayım.

Sentyabr ayının ortalarında mən Şamaxıda yerləşən "555" kafesində içki içən zaman Ramaldan zəng gəldi. Telefonu açanda məni söyməyə başladı. Zənglərinə niyə cavab vermədiyimi soruşdu. Onu kafeyə dəvət etdim. Ramalı qorxutmaq məqsədi ilə mətbəxə getdim və bıçaq götürərək belimə qoydum.

Ramal kafeyə çatanda onun avtomobilinə oturdum. Ramal qulağımın dibində bərkdən qışqıraraq danışmağa başladı. Ona avtomobili qabağa sür dedim. Ramala iki şillə vurdum, belimdən bıçağı çıxararaq yoldaşıma etdiyi hərəkətin səbəbini soruşdum. O, yoldaşıma mesaj yazmadığını bildirdi. Qorxutmaq məqsədi ilə dedim ki, avtomobili qəbiristanlığa sür. Heykəl deyilən ərazidə işıqforda avtomobili saxladı və mənə nə qədər kömək etdiyini bildirdi. Aramızda mübahisə yarandı. Mən özümə bıçaqla xəsarət yetirdim.

Ramal mənə xəstəxanaya getməyi təklif etdi. Mən xəstəxanaya yox, bıçağı qaytarmaq üçün kafeyə getməli olduğumuzu bildirdim. Mən əlimdən xəsarət almışdım".

Nizam qeyd edib ki, daha sonra Ramala münasibətlərinin bitdiyini söyləyib və onun nömrəsini bloka atıb: 

"Noyabr ayının ortalarında rəis məni yanına çağırdı və Ramalla aramızda olan problemi özümüzün həll etməyimizi bildirdi. Ramalın nömrəsini blokdan çıxardım və mesaj yazaraq kartını istədim. Onun mənə atdığı karta 150 manat köçürdüm. Mənim hoteldə ödədiyim 300 manat pulu da istədi. Mənim yalnız bu qədər pula gücüm çatdığını bildirərək onu təzədən bloka atdım".

Nizamın ifadəsinə görə, 21 dekabr 2023-cü ildə şöbədə xidmətdə olan zaman şöbənin qarşısında dayanıb və Ramalın idarə etdiyi "Mercedes S Class" markalı avtomobilinin gəldiyini görüb: "Əməkdaşların yanında mənim 3 azyaşlı uşaqlarımı, anamı, bacımı söydü. Ona yaxınlaşdım və nə məsələ olduğunu soruşdum. Qapını açaraq Ramalı çölə çıxarmaq, ona bir-iki yumruq vuraraq niyə məni biabır etdiyini soruşmaq istədim.

Ramal məni biabır edəcəyini dedi. Daha sonra avtomobillə gedə-gedə yenə də ailə üzvlərimi söyməyə başladı. Mən istirahət otağına getdim və Ramala zəng etməyə başladım. Bu dəfə arvadımı söydü. Mən zəng etdikcə, Ramal ya məşğula atdı, ya da telefonu açaraq məni söydü. Daha sonra bir nəfər şəxsin qaça-qaça yuxarı qalxdığını gördüm. Onun kim olduğunu soruşduqda, əməkdaşlar bayaq mənim söhbət etdiyim şəxs olduğunu bildirdilər. Düşündüm ki, Ramal gedib kiməsə artıq-əskik nəsə danışar, məni iş yoldaşlarımın yanında biabır edər.

Mən qurumun rəhbərinin müavininin otağına qalxdım. Silahım üzərimdə idi. Mən otağa daxil olanda Ramalın müavinə nə isə göstərdiyini gördüm. Mənim haqqımda nə isə dedi. Ramalın mənə etdiyi hərəkətlər, yoldaşıma yazdığı əxlaqsız mesajlar yadıma düşdü. Silahı çıxararaq onu vurdum. Silahı tutaraq bütün güllələri atdım və daraq boşaldıqdan sonra rəis müavini məni qucaqlayaraq otaqdan çölə çıxardı. Əməlimdən peşmanam. Amma Ramalın hərəkətləri onu öldürməyimə səbəb yaradıb".

İş üzrə şahid qismində ifadə verən təqsirləndirilən şəxsin həyat yoldaşı bildirib ki, 2023-cü ilin avqust ayında Ramal onlara gəlib və yoldaşı Nizamın borclarına kömək edəcəyi ilə bağlı onun qayınanası və qayınatası ilə danışıb:

"Həmin gün Ramal Nizamla birlikdə gəlmişdi. O, həyat yoldaşımın yanında olacağını bildirdikdən sonra çıxıb getdi. Bir müddət sonra qayınanamdan mənim nömrəmi aldı və bildirdi ki, dayısını narahat etməsinlər, Nizamdan məlumatı özü alacaq. Bir müddət Nizamdan məlumat almaq məqsədi ilə mənə yazdı. Daha sonra yazaraq əxlaqsız təkliflər etməyə başladı, mənimlə cinsi əlaqədə olmaq istədi. Mən isə Nizam bildiyi təqdirdə pis olacağını söyləyərək onun təklifindən imtina etdim.

Bir gün Nizam Ramaldan 500 manat pul istəmişdi. Ramal mənə yazaraq əgər iş yerinə getsəm, onunla cinsi əlaqədə olmağa razılıq versəm, 500 manatı verəcəyini bildirdi. Nizam evə gəldikdə Ramalın söylədiklərini ona bildirdim. Nizam da hadisəni qayınanam və qayınatama danışdı.

Səhəri gün qayınatam öz qardaşını çağırdı, olanları ona söylədi. Biz qərara gəldik ki, hadisəni sakit saxlayaq, heç kimə heç nə bildirməyək. Cinayət hadisəsi olan günə kimi bizim evimizdə bir dəfə də Ramal barəsində danışılmadı. Dekabrın 21-də Nizamın Ramalı ödürdüyü xəbəri çıxdı.

Mən Nizama Ramalın əxlaqsız təklifləri barədə məlumat verdikdən sonra Nizam Ramalın nömrəsini bloka atmışdı, Ramal bir daha onunla əlaqə saxlaya bilməmişdi".

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nizam 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Oxunub: 877
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 15:36 | Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
    Bu gün, 14:02 | Həftənin ilk iş günü qar yağacaq
    Bu gün, 14:00 | Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
    Bu gün, 13:59 | Azərbaycanda həkim vəfat etdi
    Bu gün, 13:42 | Bu dəfə general qızı onu məhkəməyə verdi
    Bu gün, 13:39 | Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
    Bu gün, 13:38 | Bu binalara istilik verilməyəcək
    Bu gün, 12:51 | "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
    Bu gün, 12:48 | Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
    Bu gün, 12:47 | Sabahın hava proqnozu açıqlandı
    Bu gün, 12:38 | Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
    Bu gün, 12:28 | Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
    Bu gün, 12:26 | "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
    Bu gün, 12:25 | Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
    Bu gün, 12:22 | Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
    Bu gün, 12:18 | "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
    Bu gün, 12:15 | Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
    Bu gün, 12:11 | Rəşad Məcidə ağır itki
    Bu gün, 11:16 | Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
    Bu gün, 11:13 | Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
    Bu gün, 11:10 | Azərbaycan XİN: Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik
    Bu gün, 10:51 | Rəşad Məcidə AĞIR İTKİ
    Bu gün, 10:49 | Tikintiyə icazə prosedurları sadələşdirilir - VİDEO
    Bu gün, 10:48 | Hüseyn Abdullayevin anası: “Şikayət ərizəmizi geri götürmüşük, cənab Prezidentdən kömək istəyirik”
    Bu gün, 10:46 | Tanınmış aparıcı Xəzər TV-dən getdi
    Bu gün, 09:55 | Əgər Rusiya bunu işə salarsa, ciddi problem yaranacaq
    Bu gün, 09:53 | Millətlər Liqası: Portuqaliya ağır məğlubiyyət aldı
    Bu gün, 09:52 | Ət yeməyənlərdə xərçəng riski daha azdır - Diqqət!
    Dünən, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    Dünən, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    Dünən, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    Dünən, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    Dünən, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    Dünən, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    Dünən, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    Dünən, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    Dünən, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    Dünən, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    Dünən, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    Dünən, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    Dünən, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Dünən, 15:34 | Saatlıq minimum əmək haqqı tətbiq ediləcək - Maaşlar artacaq
    Dünən, 14:04 | Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto
    Dünən, 14:00 | Borcu olan sakinlər istiliksiz qalacaq - Rəsmi
    Dünən, 13:58 | Bu gün Millətlər Liqasında 8 oyun keçiriləcək
    Dünən, 12:23 | Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol
    Dünən, 12:20 | Salah Misir millisində rekorda imza atdı
    Dünən, 12:13 | Füzulidə ağır qəza: 3 ölü, 4 yaralı - Foto
    Dünən, 11:20 | Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu
    Dünən, 11:12 | Xəyyam Salehov müdir təyin edildi - FOTO
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.