Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?

Son xəbərlər :
  • 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
  • Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
  • Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
  • Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
  • Keçmiş icra başçısı Rusiyada vəfat etdi
  • 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
  • Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
  • Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
  • Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
  • Dövlət başçısından daha bir SƏRƏNCAM
  • Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
  • YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
  • Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı
  • Qarabağ qazisi vəfat etdi
  • Həyətdəki ağacı kəsdi: arvadı faciəvi şəkildə öldü
  • Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı
  • İranda Azərbaycan dilində tədris aparılan bir məktəb yoxdur – Nazirlik
  • Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
  • EYNİ DƏRMAN APTEKLƏRDƏ NİYƏ FƏRQLİ QİYMƏTƏ SATILIR? - Tarif Şurasından açıqlama
  • U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

İcra başçısı Prezidentin fərdi təqaüdünə layiq görülmüş Ramiz Tağıyevi və 2024-cü ildə nailiyyət qazanmış bir qrup idmançını Fəxri Fərmanla təltif edib

  • Tarix: 29-12-2024, 21:13

Bu günlərdə “Azərbaycan Respublikası idmançılarının və idman mütəxəssislərinin təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə bir qrup şəxs “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və “Tərəqqi” medalı ilə təltif edildilər. Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə bir qrup şəxsə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verildi. Həmçinin, müvafiq Sərəncama əsasən Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə bir qrup şəxs Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görüldü.

Qürurverici olan odur ki, Prezidentin fərdi təqaüdünə layiq görülənlər arasında həmyerlimiz, Sərbəst güləş üzrə SSRİ idman ustası, Əməkdar məşqçi, Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi, SSRİ birinciliklərinin mükafatçısı Tağıyev Ramiz Cahangir oğlu da var.

Dekabrın 29-da Qazax Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Prezidentin fərdi təqaüdünə layiq görülmüş Ramiz Tağıyevin, o cümlədən məşqçi müəllimlərin və 2024-cü ildə nailiyyət qazanmış bir qrup idmançının təltif edilməsi mərasimi olub.

Qazax Olimpiya İdman Kompleksinin akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, idarənin əməkdaşları, məşqçi müəllimlər, idmançılar, təhsil sektorunun idman müəllimləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, KİV nümayəndələri iştirak ediblər.       

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, idman sahəsinin inkişafında xidmət göstərmiş dünyasını dəyişən idmançıların əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, ilk növbədə “Azərbaycan Hava Yolları” şirkətinə məxsus Bakı-Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə bir daha dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə şəfa tapmasını diləyib, baş vermiş hadisəni ürəkağrısı ilə diqqətə çatdırıb. Rayon rəhbəri qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edib, səmimi ürək sözlərini bölüşüb. İcra başçısı Azərbaycan idmanına göstərilən böyük diqqət və qayğının, idmanın geniş vüsətlə inkişaf etdirilməsinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. Ulu Öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın çağırışına səs verərək ikinci dəfə hakimiyyətə qayıdışından sonra həyatımızın bütün sahələrində inkişafa nail olunduğu kimi, ölkədə idmana münasibətin də kökündən dəyişdiyini, bu sahənin uğurla inkişaf etdiyini vurğulayıb. İcra başçısı Ümummilli Lider Heydər Əliyevin idman siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam və inkişaf etdirildiyini diqqətə çatdırıb. Ölkə başçısının Prezident seçildikdən sonra idman sahəsinə xüsusi diqqət ayırdığını, ölkəmizdə Olimpiya İdman Komplekslərinin inşa olunması, idmançıların yetişdirilməsi, idman sahəsinin inkişaf etdirilməsi üçün var qüvvəsi ilə çalışdığını söyləyib. Bu gün göstərilən qayğı sayəsində Azərbaycanın dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrildiyini, artıq ölkəmizdə ən mötəbər idman yarışlarının keçirildiyini, Azərbaycanda I Avropa, İslam Həmrəyliyi Oyunları, “Formula 1” və digər irimiqyaslı yarışların yüksək səviyyədə təşkil olunmasının dünyaya nümunə göstərildiyini qeyd edib. Rayon rəhbəri Ulu Öndərin idmançılarımıza göstərdiyi qayğının, ayırdığı diqqətin ölkə başçısı tərəfindən davam etdirilərək dahi rəhbərin qoyduğu ənənənin bu gün də yaşadıldığını bildirib. İcra başçısı “Azərbaycan Respublikası idmançılarının və idman mütəxəssislərinin təltif edilməsi haqqında” imzaladığı 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən Azərbaycanda idmanın inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə bir qrup şəxsə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verildiyini qeyd edib. Həmin Fərdi təqaüdə layiq görülənlər arasında həmyerlimiz, Sərbəst güləş üzrə SSRİ idman ustası, Əməkdar məşqçi, Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi, SSRİ birinciliklərinin mükafatçısı, "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif olunmuş Tağıyev Ramiz Cahangir oğlunun adının olmasını qazaxlı ziyalılara, idmançılara ölkə rəhbərinin, dövlətin verdiyi dəyərin, göstərdiyi qayğının daha bir bariz nümunəsi olduğunu bildirib. Rayon rəhbəri ölkəmizdə idman sahəsinə, idmançılara, ziyalılara göstərdiyi yüksək dövlət qayğısına görə ölkə başçısına qazaxlı ziyalılar, idmançılar və rayon ictimaiyyəti adından dərin minnətdarlığını ifadə edib. Rayon rəhbəri ölkəmizdə idman sahəsində qazanılan uğurlarda, nailiyyətlərdə qazaxlı idmançıların, məşqçi müəllimlərin də payı olduğunu söyləyib. Məhz bu göstəricilərin müqabilində Qazaxın 2026-cı il üçün “İdman Paytaxtı” seçildiyini qeyd edib. Qazaxın “İdman Paytaxtı” olaraq hər zaman olduğu kimi, bu məsuliyyətli işdə də üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirəcəyini bildirib. “Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən, bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan Himni səslənir, dövlət bayrağı qaldırılır”, - deyən icra başçısı bütün idmançılarla qürur duyduğumuzu dilə gətirib. “Fəaliyyətə başladığım ilk gündən çalışmışam ki, digər sahələrə olduğu kimi, idman sahəsinə, üçrəngli Azərbaycan bayrağını daim yüksəklərdə dalğalandıran, Dövlət Himnimizi səsləndirən idmançılara xüsusi qayğı ilə yanaşım. Çünki hər bir idmançının qazandığı qələbə ölkəmizin, Qazaxın qələbəsidir. Rayonun adını uca zirvələrə qaldıran idmançılara qayğı göstərmək isə hər birimizin borcudur”, - söyləyən icra başçısı idmançılarla olan bugünkü görüşün onlara olan qayğının davamı olduğunu vurğulayıb.  

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, qarşıdan gələn bayramlar münasibətilə təbriklərini bölüşüb. Ə.Məsmalıyev Qazax rayonunda müstəqil Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında Qazax rayon gəncliyinin fəal iştirakının təmin edilməsi, onların vətənpərvərlik, azərbaycançılıq, milli dövlətçilik ruhunda tərbiyəsi, elm, təhsil, mədəniyyət və digər sahələrlə yanaşı idmanın da rayonda inkişafına xüsusi diqqət göstərilir. Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan sosial iqtisadi inkişaf strategiyası bu gün öz bəhrəsini verməkdədir. Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidenti olduğu dövrdən bu günə nəzər salsaq görərik ki, Azərbaycanda idmanın maddi texniki bazasının gücləndirilməsi istiqamətində böyük işlər görülmüş, Azərbaycan idmançılarının zəfər dolu soraqları beynəlxalq səviyyəli yarış və çempionatlardan gəlməkdədir. Dövlətimiz tərəfindən bu gün ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısı, olimpiya hərəkatının böyük vüsət alması, respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da idmançı potensialının yaranmasına səbəb olmuş, rayonda olimpiya, eləcə də qeyri-olimpiya  idman növlərinin inkişafına təkan vermişdir. Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi tərəfindən 2024-cü il ərzində regionda gənclər və idman sahəsində ümumilikdə 604 tədbir keçirilib. Keçirilmiş tədbirlərdə 33867 nəfər uşaq, yeniyetmə və gənc iştirak edibdir. Tədbirlərin 261-i gənclər sahəsini, 343-ü idman sahəsini əhatə etmişdir. 2024-cü il ərzində region üzrə keçirilən 604 tədbirin 135-i Qazax rayonunda keçirilibdir. Qazax rayonunda keçirilmiş 135 tədbirin 54-ü gənclər sahəsini, 81-i idman sahəsini əhatə edibdir. Keçirilmiş tədbirlərdə ümumilikdə 9662 nəfər uşaq, yeniyetmə və gənc iştirak edibdir. Qazax rayonunda gənclər sahəsində keçirilən 54 tədbirlərdən 7-si Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsinə, 8-i dini radikalizm, erkən nikah, narkomaniyanın mənfi təsirlərinə, 5-i tarixi və əlamətdar günlərə, 4-ü soyqırım və anım günlərinə, 6-sı “Yaşıl dünya naminə həmrəylik ili”nə, 5-i gənclərlə görüşlərə, 5-i intellektual oyunlara, 7-si vətənpərvərlik tərbiyəsinin təbliğinə, 7-si digər tədbirlərə həsr olunub. Keçirilən tədbirlərdə 4856 nəfər yeniyetmə və gənc iştirak edibdir. Qazax rayonunda idman sahəsi üzrə 2024-cü il ərzində ümumilikdə 87 tədbir keçirilib ki, bunlardan 38-i kütləvi bədən tərbiyəsi, 48-i yarış, 1-i isə festival olubdur. Keçirilən tədbirlərdə gənclərin sayı üstünlük təşkil edib. Belə ki, idmançı və həvəskarlardan ibarət olan gənclərdən 605 nəfəri qız, 4201 nəfəri oğlan olubdur. Bu yarışları ümumilikdə 1929 nəfər azarkeş izləyib. Qazax idmançıları 2024-cü il ərzində respublika səviyyəli yarışlarda 54 medal  (25 qızıl, 16 gümüş, 13 bürünc), beynəlxalq yarışlarda 29 (14 qızıl, 10 gümüş, 5 bürünc) medal qazanıblar. Qazax rayonunda Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin nəzdində olan Uşaq Gənclər İdman Məktəbi fəaliyyət göstərir. UGİM-də 3 idman növü - sərbəst güləş, ağırlıqqaldırma, cüdo bölmələrində ümumilikdə 36 qrup mövcuddur. UGİM-də 374 idmançı ilə 18 məşqçi-müəllim məşğul olur. UGİM Qazax Olimpiya İdman Kompleksində fəaliyyət göstərir. Digər Uşaq-Gənclər İdman Şahmat Məktəbi isə Qazax-Tovuz Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərir. Məktəbdə yunan-Roma, sərbəst güləş, voleybol, futbol, dama və şahmat idman növləri üzrə 6 bölmədə, 59 qrupda 800 idmançı ilə 33 məşqçi müəllim məşğul olur. Ə.Məsmalıyev qeyd edib ki, Qazax rayonunda 1 stadion mövcuddur. Stadionun 2025-ci ildə əsaslı təmiri nəzərdə tutulub. Qazax Olimpiya İdman Kompleksi 2007-ci ilin may ayının 30-da istifadəyə verilib. Kompleksin 2025-ci ildə əsaslı təmiri nəzərdə tutulub. Qazax şəhərində 2025-ci ildə “Sağlam idman layihəsi”nin icrası həyata keçiriləcəkdir. 2026-cı ilin Qazax şəhərinin “İdman Paytaxtı” seçilməsi Qazax rayonunda idmanın inkişafına böyük imkanlar yaradacaq və respublika səviyyəli tədbirlərə ev sahibliyi etməsinə imkan verəcəkdir.

Sərbəst güləş üzrə SSRİ idman ustası, Əməkdar məşqçi, Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi, Prezidentin fərdi təqaüdçüsü Ramiz Tağıyev çıxış edərək səmimi ürək sözlərini bölüşüb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin, idmana olan qayğının, dəstəyin bu gün onun layiqli davamçıları Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini söyləyib. Ölkə başçısının idmana, idmançılara olan qayğısının Qazaxda da hər zaman hiss olunduğunu, bunu özünün timsalında bir daha şahidi olduğunu söyləyib. Prezidentin fərdi təqaüdünə layiq görülməsinə görə Prezident İlham Əliyevə sonsuz minnətdarlığını bildirib. Ölkə başçısının ona olan qayğısını bütün qazaxlı idmançılara olan qayğı kimi qiymətləndirib. R.Tağıyev rayon rəhbərliyinin ölkə başçısının idmançılara olan qayğısını əldə rəhbər tutaraq daim idmançıların yanında olduğunu, onlara olan səmimi münasibətin daim yüksək səviyyədə olduğunu qeyd edib. Bugünkü görüşün təşkil olunmasına, onun idman sahəsində ələ etdiyi nailiyyətlərinə qiymət verən rayon rəhbərliyinə təşəkkürünü ifadə edib.

Təqaüddə olan Əməkdar müəllim, 1-ci dərəcəli voleybolçu, qadınlardan ibarət “Neftçi” voleybol yığma komandasının keçmiş üzvü Bəsdi Ələkbərova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Əməkdar məşqçi Ramiz Tağıyevi əlamətdar hadisə münasibətilə təbrik edib, səmimi ürək sözlərini bölüşüb. B.Ələkbərova Ramiz müəllimin idman sahəsində qazandığı nailiyyətlərdən, qazaxlı idmançıların, güləşçilərin yetişdirilməsində olan əməyindən, idmançılara göstərdiyi ata qayğısından söz açıb. Tarix boyu adlı-sanlı idmançılar yetirmiş Qazaxda güləşdən söz düşərkən ilk ağıla gələnin Ramiz Tağıyevin güləş məktəbi olduğunu qeyd edib. Ramiz müəllimin güləş məktəbində yetişən neçə-neçə adlı-sanlı idmançıların bu gün üçrəngli bayrağımızı yüksəklərə qaldırdığını söyləyib.

Azərbaycan Respublikasının Əməkdar məşqçisi, fəxri Bədən tərbiyəsi və idman işçisi, Qazax Olimpiya İdman Kompleksinin baş məşqçisi Azər Əliyev çıxış edərək Ramiz Tağıyevi Prezidentin fərdi təqaüdünə layiq görülməsi, idmançıları qazandıqları nailiyyətlərə görə təbrik edib. A.Əliyev ölkə başçısının qayğısını Ramiz müəllimin timsalında bir daha hiss etdiklərini qeyd edərək bütün idmançılar adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib. A.Əliyev 2024-cü ildə idmançıların qol güləşi üzrə uğurlu nəticələr əldə etdiklərini vurğulayaraq İsmayıl Mustafayevin Yunanıstan Respublikasının Loutraki şəhərində 70 kq çəki dərəcəsində idmanın qol güləşi növü üzrə Dünya çempionatında qızıl medal qazandığını qeyd edib. Həmçinin, Azərbaycanın idman tarixində ilk dəfə olaraq İsmayılın həm gənclərdə, həm də böyüklərdə qalib gələrək 4 medal qazandığını vurğulayıb. Məhz bu uğurlarına görə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən ilin ən güclü idmançısı seçildiyini diqqətə çatdırıb. Qol güləşi növü üzrə Dünya çempionatının gümüş medal mükafatçısı Ramazan Rüstəmovun da yüksək nəticələr əldə etdiyini bildirib. Bundan sonra da idmançıların böyük nailiyyətlər qazanacaqlarına əminliyini ifadə edib.  

Qazax Uşaq Gənclər İdman Məktəbinin Ağırlıqqaldırma üzrə məşqçi müəllimi Rəayət Abdalov çıxış edərək idmançıları və rayon rəhbərliyini salamlayıb, bayramlar münasibətilə təbriklərini səsləndirib. 2024-cü ilin ağırlıqqaldırma idman növü üzrə də idmançılarımızın yüksək nəticələr göstərdiklərini bildirib. İdmançıların ağırlıqqaldırma üzrə 51 medal qazandıqlarını, onlardan 18 qızıl, 13 gümüş, 8 bürünc medal olmaqla 39 medalın respublika daxilində əldə edildiyini söyləyib. Avropa birincliyində 12 medal qazandıqlarını, onlardan 4-nün birinci, 4-nün ikinci, 4-nün isə üçüncü yer olduğunu qeyd edib. Komandanın ölkəmizdə ən güclü komanda seçildiyini diqqətə çatdırıb.

Tədbirin sonunda məşqçi müəllimlər və idmançılar Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər.

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, sərbəst güləş üzrə SSRİ idman ustası, Əməkdar məşqçi, Azərbaycan Respublikasının Əməkdar bədən tərbiyəsi və idman xadimi Tağıyev Ramiz Cahangir oğlu, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin sektor müdiri, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Respublika dərəcəli hakim, Bədən tərbiyəsi və idman əlaçısı Namazov Sahib Əli oğlu idman sahəsində uzun illər səmərəli fəaliyyətlərinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər.

2024-cü il ərzində yetirmələri beynəlxalq yarışlarda yüksək nəticə əldə etdiklərinə Abdalov Rəayət Əziz oğluna, Əliyev Azər Nürəddin oğluna, İsmayılov Fazil Məhəmməd oğluna görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim olunub.

2024-cü il ərzində beynəlxalq yarışlarda yüksək nəticə əldə etdiklərinə görə idmançılar da Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanına layiq görülüblər. İdmançılardan Yunanıstan Respublikasının Loutraki şəhərində 70 kq çəki dərəcəsində idmanın qol güləşi növü üzrə Dünya çempionatının qızıl medal mükafatçısı Mustafayev İsmayıl Arif oğlu, Yunanıstan Respublikasının Saloniki şəhərində 89 kq çəki dərəcəsində idmanın ağırlıqqaldırma növü üzrə Avropa çempionatının qızıl medal mükafatçısı Əmiraslanov Aslan İlqar oğlu, Polşa Respublikasının Raşin şəhərində 81 kq çəki dərəcəsində idmanın ağırlıqqaldırma növü üzrə Avropa çempionatının qızıl medal mükafatçısı Alməmmədov Ravin Ramil oğlu, Bakı şəhərində idmanın karate növü üzrə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş IX “Arpachay OPEN” beynəxalq turnirinin qızıl medal mükafatçısı Həsənov Elcan Etibar oğlu, Bakı şəhərində idmanın karate növü üzrə qran-pri seriyalı beynəlxalq turnirin qızıl medal mükafatçısı Əsgərova Tahirə İlqar qızı, Bakı şəhərində idmanın karate növü üzrə qran-pri seriyalı beynəlxalq turnirin qızıl medal mükafatçısı Həsənova Ayan Turan qızı, Qazaxıstan Respublikasının Atırau şəhərində 79 kq çəki dərəcəsində idmanın sərbəst güləş növü üzrə “Oil Capital Cup” turnirinin gümüş medal mükafatçısı Aşırov Əşrəf Nail oğlu, Yunanıstan Respublikasının Loutraki şəhərində 62 kq çəki dərəcəsində idmanın sərbəst güləş növü üzrə Avropa çempionatının gümüş medal mükafatçısı Vəliyev Ruslan Qalib oğlu, Yunanıstan Respublikasının Loutraki şəhərində 86 kq çəki dərəcəsində idmanın qol güləşi növü üzrə Dünya çempionatının gümüş medal mükafatçısı Rüstəmov Ramazan Muxtar oğlu, Yunanıstan Respublikasının Saloniki şəhərində 96 kq çəki dərəcəsində idmanın ağırlıqqaldırma növü üzrə Avropa çempionatının gümüş medal mükafatçısı Məmmədzadə Muhammədəli İsrafil oğlu, Yunanıstan Respublikasının Saloniki şəhərində 40 kq çəki dərəcəsində idmanın ağırlıqqaldırma növü üzrə Avropa çempionatının gümüş medal mükafatçısı Əbilova Nuray Vüsal qızı, Bakı şəhərində idmanın karate növü üzrə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş IX “Arpachay OPEN” beynəxalq turnirinin gümüş medal mükafatçısı Qurbanlı Məhəmməd Elşən oğlu, Polşa Respublikasının Raşin şəhərində 67 kq çəki dərəcəsində idmanın ağırlıqqaldırma növü üzrə Avropa çempionatının bürünc medal mükafatçısı İsmayılov Qasım Əbülfət oğlu, Bakı şəhərində idmanın karate növü üzrə qran-pri seriyalı beynəlxalq turnirin bürünc medal mükafatçısı Həsənov Məhəmmədəli Etibar oğlu yüksək nailiyyət qazanmış idmançılarımızdır.








Oxunub: 678
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 18:12 | 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
    Bu gün, 18:09 | Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
    Bu gün, 18:08 | Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
    Bu gün, 18:06 | Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
    Bu gün, 17:26 | Keçmiş icra başçısı Rusiyada vəfat etdi
    Bu gün, 15:55 | 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
    Bu gün, 14:22 | Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
    Bu gün, 14:12 | Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
    Bu gün, 13:45 | Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
    Bu gün, 13:44 | Dövlət başçısından daha bir SƏRƏNCAM
    Bu gün, 13:42 | Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
    Bu gün, 13:23 | YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
    Bu gün, 13:21 | Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı
    Bu gün, 13:10 | Qarabağ qazisi vəfat etdi
    Bu gün, 12:57 | Həyətdəki ağacı kəsdi: arvadı faciəvi şəkildə öldü
    Bu gün, 12:54 | Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı
    Bu gün, 12:50 | İranda Azərbaycan dilində tədris aparılan bir məktəb yoxdur – Nazirlik
    Bu gün, 12:45 | Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
    Bu gün, 12:43 | EYNİ DƏRMAN APTEKLƏRDƏ NİYƏ FƏRQLİ QİYMƏTƏ SATILIR? - Tarif Şurasından açıqlama
    Bu gün, 12:40 | U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib
    Bu gün, 12:34 | Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
    Bu gün, 12:32 | Tibb xidməti leytenantı Adil Əfəndiyevin əziz xatirəsi ehtiramla anıldı
    Bu gün, 11:50 | 14 İCRA HAKİMİYYƏTİNDƏ MİLYONLUQ YEYİNTİLƏR – Vəsaitlər necə mənimsənilib?
    Bu gün, 11:42 | İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi
    Bu gün, 11:38 | BŞİH: Ağacların kəsilməsində qayda pozuntusuna yol verən əməkdaş işdən azad edilib
    Bu gün, 10:01 | Bakıda deputatın oğlunun da olduğu cinayətkar birliyin fəaliyyəti ilə bağlı RƏSMİ MƏLUMAT
    Bu gün, 09:27 | Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video
    Bu gün, 09:24 | Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
    Bu gün, 09:19 | Qubadlı əməliyyatının az bilinən detalları: Xanlıqda nə baş verib? - Video
    Bu gün, 09:14 | Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Bu gün, 09:07 | Məktəb dərsliklərində plagiat iddiası: Nazirlikdən açıqlama - Video
    Bu gün, 09:05 | Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştat boş qalıb? - Video
    Bu gün, 09:01 | Netanyahu İrandan danışdı, nüvə partlayışını əks etdirən görüntü paylaşdı - Foto
    Dünən, 20:08 | "Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
    Dünən, 16:33 | Ukraynadan Rusiya ordusuna ağır zərbə
    Dünən, 14:56 | Altı il öncə bu gün – 25 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR
    Dünən, 14:34 | Azərbaycan Premyer Liqasında IX tur başa çatır: "Sabah" "Qarabağ"ı qəbul edir
    Dünən, 13:43 | Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı
    24-10-2026, 22:36 | “Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
    24-10-2026, 22:34 | Millimizdən dünya çempionatında böyükhesablı qələbə
    24-10-2026, 21:48 | Bəzi tibb işçilərinin maaşına 50 faizədək əlavə veriləcək
    24-10-2026, 21:37 | Məşhurlar ən çox bu kokteyli içir
    24-10-2026, 21:34 | Kafedəki dəhşətli qətlə görə, deputatın oğlunu hansı cəza gözləyir?
    24-10-2026, 21:30 | Çay içənlərə XƏBƏRDARLIQ
    24-10-2026, 21:25 | 10 yaşlı uşağa təcavüz edən "Akula Akif"in dəhşətli cinayəti: "Cinlər məni yoldan çıxardı"
    24-10-2026, 21:20 | Zeytun Festivalının açılışı olub - Foto
    24-10-2026, 20:55 | “Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə
    24-10-2026, 20:30 | Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəldi
    24-10-2026, 20:27 | U-15 DÇ: İlham Əliyev millinin oyununu izləyir
    24-10-2026, 20:26 | Qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.