Mediaxeberleri.az
    
  • Bibisini fermada odun parçası ilə öldürdü - Rəsmi
    Bibisini fermada odun parçası ilə öldürdü - Rəsmi
  • 
  • “Tender kralı”na çevrilən Kamaləddin Qafarovun “Azəri Med”i  4 aya 16 milyon manatlıq müqaviləni necə imzaladı?
    “Tender kralı”na çevrilən Kamaləddin Qafarovun “Azəri Med”i 4 aya 16 milyon manatlıq müqaviləni necə imzaladı?
  • 
  • Tanınmış bloger Sabirabaddakı acınacaqlı vəziyyəti ifşa etdi
    Tanınmış bloger Sabirabaddakı acınacaqlı vəziyyəti ifşa etdi
  • 
  • Çingiz Əlioğlu ilə vida mərasimi keçirildi
    Çingiz Əlioğlu ilə vida mərasimi keçirildi
  • 
  • Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olundu - FOTO
    Çingiz Əlioğlu Qurd qapısı qəbiristanlığında dəfn olundu - FOTO
  • 
  • Qayınanasını bıçaqlayan şəxs: “Arvad-uşaqlarımı məndən ayırdığını düşündüm üçün onu vurdum”
    Qayınanasını bıçaqlayan şəxs: “Arvad-uşaqlarımı məndən ayırdığını düşündüm üçün onu vurdum”
  • 
  • İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - FOTOLAR
    İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - FOTOLAR
  • 
  • Qələbənin diplomatiyaya çevrilən gücü
    Qələbənin diplomatiyaya çevrilən gücü
  • 
  • Səbinə Yusif: "Dəyərli insanlara dəyər vermək, özü bir dəyərdir"
    Səbinə Yusif: "Dəyərli insanlara dəyər vermək, özü bir dəyərdir"
  • 
  • Şəmkirdə gənclərlə görüş keçirildi - FOTOLAR
    Şəmkirdə gənclərlə görüş keçirildi - FOTOLAR
  • 
  • Blokadadan böyük iqtisadi qovşağa: Naxçıvan "regionun Dubayı"na çevrilir
    Blokadadan böyük iqtisadi qovşağa: Naxçıvan "regionun Dubayı"na çevrilir
  • 
  • FHN-ə məxsus torpaq sahəsindəki tikililəri sənədləşdirmə adı ilə dələduzluq etdi - MƏHKƏMƏ
    FHN-ə məxsus torpaq sahəsindəki tikililəri sənədləşdirmə adı ilə dələduzluq etdi - MƏHKƏMƏ
  • 
  • Azərbaycanda bu məşhur layihə yenidən başlayır
    Azərbaycanda bu məşhur layihə yenidən başlayır
  • 
  • Tovuzda sel körpünü dağıdıb, kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
    Tovuzda sel körpünü dağıdıb, kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib
  • 
  • Məhkəmə 72 min manatlıq dələduzluq işi ilə bağlı qərar çıxardı
    Məhkəmə 72 min manatlıq dələduzluq işi ilə bağlı qərar çıxardı
  • 
  • Hökumə Əliyevanın anasını duyğulandıran jest – VİDEO
    Hökumə Əliyevanın anasını duyğulandıran jest – VİDEO
  • 
  • “Evlilik təklifi alanda həyat yoldaşımdan yalnız bir şey istədim: Evimizdə pianino olacaq, çaldıq-çalmadıq, hər evdə var”
    “Evlilik təklifi alanda həyat yoldaşımdan yalnız bir şey istədim: Evimizdə pianino olacaq, çaldıq-çalmadıq, hər evdə var”
  • 
  • Ceki Çanın Bakıdakı film çəkilişləri başa çatdı
    Ceki Çanın Bakıdakı film çəkilişləri başa çatdı
  • 
  • Bəzi ərazilərdə qaz olmayacaq
    Bəzi ərazilərdə qaz olmayacaq
  • 
  • Axirət günü nə vaxt olacaq?
    Axirət günü nə vaxt olacaq?
  • 
  • Nigar Fərhadla bağlı yeni şikayət: "8500 manat verdik, nə pulumuzu qaytardılar, nə də universitetə qəbul ola bildik
    Nigar Fərhadla bağlı yeni şikayət: "8500 manat verdik, nə pulumuzu qaytardılar, nə də universitetə qəbul ola bildik

Son xəbərlər :
  • Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq
  • 1655-ci gün: Rusiyanın itkiləri yeniləndi
  • Neft bahalaşmaqda davam edir
  • Hərbi obyektdə partlayış: 2 ölü, 59 yaralı - Video
  • Toydan çıxdı, faciəvi şəkildə öldü
  • Ukrayna dörd günlük atəşkəs elan edib
  • Yuxusuz qalanlar bunu mütləq bilməlidir
  • Polşa müharibəyə hazırlaşır: Vərəqələr göndərildi
  • Yasamalda qorxulu vəziyyət: "Məktəblər açılana qədər həll edilməsə..." - VİDEO
  • Rusiya NATO-ya hücum edə bilərmi? - Tramp açıqladı
  • Pay torpaqları vətəndaşlardan alınacaq?
  • Misli Premyer Liqası: "Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
  • Peşə təhsili müəssisələrinə tələbə qəbulu: II mərhələnin nəticələri AÇIQLANDI
  • BMT-də dünya xəritəsinin dəyişdirilməsi məsələsi səsverməyə çıxarılacaq
  • Partlayış baş verən Goranboyda vəziyyət necədir? - RƏSMİ
  • Renat Dadaşovun yeni klubu bəlli oldu
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • Temperatur 35 dərəcəyə kimi yüksələcək
  • Niyaməddin Musayevin 85 illik yubileyinə həsr olunmuş tədbir...
  • Gömrük Komitəsinin sabiq əməkdaşı Azərbaycana verilir
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

QAZAX MAHALININ BÖYÜK OĞLU - Professor Əhməd Seyidov

  • Tarix: 25-12-2024, 21:15

Professor Əhməd Seyidov  1937- ci illərin  repressiyasına qalib gəlmiş böyük maarifçi, güclü şəxsiyyət idi.  Heç bir siyasi-əxlaqi mühit, hakim elita onun əqidəsini  əyə  bilməmişdir. 
 
O, ermənilərin tüğyan etdiyi bir dövrdə  M.C.Bağırovla üzbəüz görüşlərində   bu millətçi və yaltaq fərdləri ifşa etmiş böyük Azərbaycanlı  idi.  
ADPİ- nun  direktoru vəzifəsində çalışarkən milli müəllim kadrların yetişməsində erməni partiya funksionerlərinə qarşı hər zaman  mübarizə  aparmış Qazağın böyük oğlu -  Əhməd Seyidovun əziz xatirəsi  hələ də  onu tanıyan insanların qəlbində yaşayır.

Əhməd Yusif oğlu Seyidov 1892-ci ildə mart ayının 31-də Yelizavetpol quberniyasının Qazax qəzasının Aslanbəyli kəndində Seyid Nigari nəslindən olan Yusif Seyidovun  və Xədicə xanımın ailəsində dünyaya göz açmışdır. Dörd-beş yaşalarında olarkən  atasını itirən Əhməd  Xədicə xanımın himayəsində böyüyür. 


Əvvəlcə Hacı Mahmud Əfəndinin kənddə açdığı hücrədə yazıb-oxumağı öyrəndikdən sonra  təhsilini Əhməd Ağa Mustafayevin məktəbində davam etdirir. 


İllər sonra Əhməd Seyidov  o günləri xatırlayaraq yazırdı:


"Əhməd ağa nəinki şagirdləririnə dərs verər, o, həm də uzaq kəndlərdən onun məktəbinə gələn uşaqları evində saxlayıb yedizdirərdi. Biz oxuduğumuz müddətdə bir dəfə də olsun ondan yersiz hərəkət, uca səs tonu , pis münasibət görmədik. Onun şagirdlərinə mənəvi təsiri olduqca böyük idi. Əhməd ağa elə dərs keçirdi ki,  həmin  dərsə getməmək olmazdı."
Əhməd ağa Xədicə xanımı inandıra bilmişdir ki, Əhməd çox qabiliyyətli uşaqdır, onun elmə yüksək  həvəsi var,  gələcəyi üçün hökmən təhsilini davam etdirməlidir. Əhməd ağanın məsləhətindən sonra  Xədicə xanım övladının Qori Müəllimlər Seminariyasında oxumasına qərar verir. 
O dövrdə Qori Müəllimlər Seminariyasında ödənişli və ödənişsiz əsaslarla təhsil almaq mümkün idi. İmtahanları daha müvəffəqiyyətlə verənlər dövlət hesabına oxuya bilərdilər. Ödənişli şöbəyə daxil olan Əhməd Seyidov qəbuldan üç gün sonra yaxşı imtahan vermiş tələbə kimi ödənişsiz oxuyan tələbələr sırasına daxil edilir.
___//____
1911-ci ildə Qori Müəllimlər Seminariyasına qəbul  olan Ə. Seyidov  1917-ci ildə  tələbə yoldaşları ilə birgə  Qori Müəllimlər Seminariyasının son buraxılışının məzunlarından idi. O, pedaqoji fəaliyyətinə Aslanbəylidəki  evinin ikinci mərtəbəsində məktəb açmaqla başlayır.
  Sonralar Osman Cəfərov yazırdı: "Professor Seyidov təmiz qəlbli, geniş düşüncəli, gələcəyi yaxşı görə bilən, hamı üçün xeyirxah, düzgün yol göstərərı şəxsiyyət olduğuna görə kəndimizin bütün camaatı Əhməd müəllimə inanır və onun dediklərinə əməl edirdilər. Ona görə də kənd sakinləri uşaqlarını hücrədərı çıxarıb Əhməd müiəllimin yeni tipli məktəbinə göndərdilər. 
Əhməd Seyidov 1920-ci ildə Qazax xalq maarif şöbəsində kənd məktəbləri üzrə inspektor təyin olunur.1921–1925-ci illərdə Aslanbəyli, Qaymaqlı, Musaköy və Kəmərlidə müəllim və məktəb direktoru  kimi fəaliyyət göstərən  Ə.Seyidovun fəaliyyəti İsmayıl Şıxlının "Dəli Kür" romanında da öz əksini tapmışdır.
1925-ci ilin sentyabrında Azərbaycan Respublikası Xalq Maarif Komissarlığı kollegiyasının qərarı ilə Əhməd Seyidov Lənkəran Qəza Xalq Maarif şöbəsinə müdir  təyin olunur. 
O, 1926–1930-cu illərdə dəmir yolu məktəbləri üzrə inspektor vəzifəsində çalışır.
Bu müddət ərzində  Əhməd Seyidov həmçinin   Azərbaycan Dövlət Universitetində ali təhsil alırdı.
____//_____
1930-cu ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Əhməd Seyidov elə həmin ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda əmək fəaliyyətinə başlayır. O, 1931-ci ildə Azərbaycan Elmi-Tədqiqat İnstitutunun aspiranturasına qəbul olunur. Sonralar  Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda (indiki Təhsil İnstitutu) fəaliyyəətini davam etdirir.  Assistent kimi əmək fəaliyyətinə başlayan Əhməd Seyidov 1932-ci ildə  ADPİ-nin pedaqogika kafedrasının dosenti vəzifəsinə seçilir. O, 1934–1936-cı illərdə ADPİ-də Pedaqoji fakültənin dekanı vəzifəsində çalışmışdır. 
Ə. Seyidov 1939-cu ildə Azərbaycan Dövlət Universitetində təşkil olunan Elmi Şurada "Abbasqulu ağa Bakıxanovun pedaqoji görüşləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək ilk azərbaycanlı pedaqoq-alim statusunu  qazanmışdır. 
"A. Bakıxanovun pedaqoji görüşləri" namizədlik dissertasiyası onun  ilk tədqiqat işi olmaqla yanaşı, həm də Azərbaycanın pedaqoji fikrinin tədqiqinə həsr olunmuş ilk mükəmməl elmi tədqiqat işi idi.
 Bu dissertasiyada A. Bakıxanovun yaşadığı dövr faktiki material və zəngin sənədlər əsasında şərh olunmuşdur.  Yüksək elmi-nəzəri əhəmiyyəti ilə seçilən bu əsər professor A. O. Makovelski və pedaqoji elmlər namizədi N. T. Ariskin tərəfindən yüksək qiymətləndirilmiş və 1940-cı ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı tərəfindən keçirilən müsabiqədə mükafata layiq görülmüşdür.
____//____
Əhməd Seyidov 1940-cı ildə ADPİ-nin pedaqogika və psixologiya kafedrasının müdiri seçilmişdir. 30 ildən artıq bir müddətdə həmin kafedraya rəhbərlik etmişdir.
O, fəaliyyəti dövründə elmi kadrların yetişdirilməsi məsələsini ön plana çəkmişdir.  1940- cı  ildən vəfatınadək  olan dövr ərzində  100-dən artıq elmlər namizədi və elmlər doktorunun elmi rəhbəri olmuşdur. Onlar arasında akademik Hüseyn Əhmədov və professor, əməkdar elm xadimi Nurəddin Kazımov da var idi.
Professor Əhməd Seyidov  Azərbaycanın tanınmış  alimlərindən Mehdi Mehdizadənin, Bəşir Əhmədovun, Ziyəddin Göyüşovun, Ağamməd Abdullayevin, Şövqi Ağayevin  rəsmi oppenenti olmuşdur. Görkəmli pedaqoqlardan    Şıxəli Qurbanovun, İsmayıl Şıxlının  müəllimi idi.
___//___
 Ə. Seyidov Azərbaycanda pedaqoji fikrin inkişafında bilavasitə xidmət göstərməklə yanaşı, SSRİ məkanında, xüsusilə Moskvanın pedaqoq elitasında  Azərbaycanın milli irsini yüksək səviyyədə tanıtdırmışdır. Akademiklərdən Y. M. Medinski, N. K. Qonçarov və D. İ. Konstantinov onun pedaqoji yaradıcılığını yüksək qiymətləndirmişlər.
Əhməd Seyidovun mühitində Mirzə İbrahimov, Mirzə Məmmədov, Yusif Qasımov, Əli Hüseynov (Mehdi Hüseynin atası), Mehdi Mehdizadə, Mehdixan Vəkilov, Mir Cəlal Paşayev və digər sayılı simalar olmuşdur. O,  pedaqoji fikir tarixinin "məktəb"ini yaradan, onu inkişaf etdirən alim idi. O, N.Gəncəvinin və M.Füzulininin  ədəbi irsini orijinaldan araşdırmış, S. Ə. Şirvaninin  və M.Ə. Sabirin,  həmçinin M.Cəlilin  yaradıcılığını  pedaqogika dərsliklərinə gətirmişdir. 
Əhməd Seyidov 1930- cu illərdən etibarən A. A. Bakıxanovun,  M. Ş. Vazehin , H. B. Zərdabinin , M. F. Axundovun  ədəbi  irsinə müraciət etmiş, bununla yanaşı dünya pedaqoqlarından Con Lokk, K. D. Uşinski, S. Disterveq, J. J. Russo, N. Pestalotsi və başqalarını araşdırmışdır.
____//_____
O, ilk sistemli tədqiqat işini o vaxta qədər tədqiqat predmeti olmayan vacib mövzuya – A.Bakıxanovun pedaqoji görüşlərinin tədqiqinə həsr etmişdir. Onun 1939-cu ildə müdafiə etdiyi
"A.Bakıxanovun pedaqoji görüşləri" namizədlik dissertasiyası Azərbaycanın pedaqoji fikrinin tədqiqinə həsr olunmuş ilk mükəmməl elmi tədqiqat işi idi. Bu dissertasiyada A. Bakıxanovun yaşadığı dövr, onun mühiti faktiki material və zəngin sənədlər əsasında şərh olunmuşdur.  Yüksək elmi-nəzəri əhəmiyyəti ilə seçilən bu əsər 1940-cı ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı tərəfindən keçirilən müsabiqədə mükafata layiq görülmüşdür.
____//_____
17 yanvar 1944-cü ildə Azərbaycan SSR Maarif Komissarlığının əmri ilə Əhməd  Seyidov ADPİ-nin elmi işlər üzrə direktor müavini (prorektor) təyin edilir. Çox keçmədən  ona ADPİ-nin rektorluğu təklif edilir. Həmin dövrdə maarif komissarı olan Mirzə İbrahimov Mircəfər Bağırovun bu tapşırığını Seyidova çatdırdıqda ondan - "Mirzə müəllim, mən kommunist deyiləm, bunu MK-da bilirlər" cavabını alır. 
Əhməd Seydiov həmin ilin iyununda ADPİ-nin direktoru (rektoru) vəzifəsinə təyin olunur və 1950-ci ilə qədər bu vəzifədə çalışır.
Əhməd Seyidov 1945-ci ildə akademik Y. M. Medinskinin məsləhətindən sonra "Azərbaycanda pedaqoji fikrin əsas nümayəndələri" mövzusundakı doktorluq işini başa çatdırır və 1947-ci ilin 11 dekabrında RSFSR PEA-nın Pedaqogikanın Nəzəriyyəsi və Tarixi Elmi-Tədqiqat İnstitutunda təşkil olunan elmi şurada doktorluq dissertasiyasını müdafiə edir. 
Dissertasiya Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvləri, professorlar Y. M. Medinski və N. A. Konstantinov və akademik A. O. Makovelski tərəfindən yüksək qiymətləndirilir. Elə həmin ilin iyul ayında Ali Attestasiya Komissiyası Əhməd Seyidovun yazdığı doktorluq dissertasiyasını təsdiq edir və ona professor elmi adı verilir. Bu elmi fakt respublikada pedaqoji elmlərin inkişafında mühüm bir hadisə olmuş və gənc elmi-pedaqoji kadrların yetişməsinə güclü təkan vermişdir.
____//_____
Əhməd Seyidov "Azərbaycanda pedaqoji fikrin əsas nümayəndələri" dissertasiyanın əsas hissəsini "Azərbaycanda pedaqoji fikrin inkişaf tarixindən" adı altında 1958-ci ildə nəşr etdirmişdir. "Azərbaycanda pedaqoji fikrin inkişafı tarixindən" adlı  kitabında Azərbaycan pedaqoji fikrinin inkişaf yolu haqqında,  tarixi pedaqoji və nəzəri planda ayrı-ayrı oçerklər, "A. Bakıxanovun pedaqoji görüşləri", "M. Şəfinin pedaqoji görüşləri", "M. F. Axundovun pedaqoji görüşləri", "S. Ә. Şirvaninin pedaqoji görüşləri", "H. Z. Məlikovun pedaqoji görüşləri" və qısa icmallarda "Azərbaycanda XIX əsrə qədərki dövrün pedaqoji fikrinə dair", "XX əsrin əvvəllərində Azərbaycanda pedaqoji fkrin qısa xülasəsi" təqdim olunmuşdur. 
____//____
Əhməd Seyidov  1940-cı illərdə  "A. Bakıxanovun fəlsəfəsi onun pedaqoji sisteminin əsasıdır", "A. Bakıxanovun yaradıcılığında əxlaq tərbiyəsi və təhsil", "S. Ə. Şirvaninin əsərlərində müəllimin rolu haqqında", "XIX əsrin əvvəllərində Azərbaycanda pedaqoji fikrin inkişafı" əsərlərini çap etdirmişdir.  
Bu dövrdə qonşu respublikaların alimlərini elmi araşdırmaları ilə qabaqlayan professor Ə. Seyidov SSRİ miqyasında tanınmağa başlayır. Məşhur rus akademiki Y. Medinskinin bir fikri bu gün də əhəmiyyətli səslənir:
"Ə.Seyidovun tədqiqatı, şübhəsiz,  bir başlanğıcdır. Bundan sonra SSRİ-nin ayrı-ayrı xalqlarının pedaqoji fikirlərinin inkişafını işıqlandırmaq məqsədini daşıyan dissertasiyalar yazılmalıdır. Bu səpkili elmi işlər pedaqogika tarixini zənginləşdirməkdə böyük töhfələr verir, yeni məsələlər qaldırır, hətta pedaqogika sahəsində çalışan təcrübəli işçilərin görüş dairəsini genişləndirir."
____//_____
1950-ci ildə yenidən ADPİ-nin pedaqogika kafedrasının müdiri vəzifəsinə təyin olunan Ə. Seyidov, 1973-cü ilin 1 sentyabrında öz ərizəsi ilə kafedra müdiri vəzifəsindən azad edilir.
Əhməd Seyidov "Türk əlifbası" (H. Sanılı ilə birlikdə) (1927), "Kitab üzərində necə işləməli"" (1946), "Pedaqogika tarixi" (1959–1960; 1968), "Azərbaycanda pedaqoji fikrin inkişaf tarixindən" (1958),  "Pedaqogika və psixologiya terminləri lüğəti" (1956,1958), Moskvada nəşr olunan 4 cildlik "Pedaqoji ensiklopediya", 2 cildlik "Pedaqoji lüğət" və "SSRİ xalqlarının məktəb və pedaqoji fikir tarixi oçerkləri" adlı çoxcildlik monumental əsərlərin əsas müəlliflərindən biri olmuş, "Sovetskaya pedaqogika'' jumalında müntəzəm çıxışlar etmiş, Azərbaycan xalqının pedaqoji irsinin təbliğində böyük əmək sərf etmişdir. Onun 1958- ci  və 1970-ci illərdə qələmə alınmış çoxcildlik "Pedaqogika tarixi" və "Azərbaycanda pedaqoji fikrin inkişaf tarixindən" monoqrafiyalarından bu gün də dərslik kimi ali məktəblərdə istifadə olunur."
____//____
Professor Ə. Seyidovun elmi-pedaqoji fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirmişdir. O, 1944-cü ildə "Qafqazın müdafiəsinə görə", 1945-ci ildə "1941–45-ci illərdə əməkdə  igidliyə görə" medalı,   1960-cı ildə Azərbaycan SSR və Azərbaycan KP-nin 40 illiyi münasibətilə respublikanın xalq təsərrüfatının və mədəniyyətinin inkişafı sahəsindəki xidmətlərinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı, 1960-cı ildə "Qırmızı Əmək Bayrağı" ordeni, 1964-cü ildə respublika iqtisadiyyatının və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı,  1970-ci ildə V. İ. Leninin anadan olmasının 100 illiyi münasibətilə "Əməkdə  igidliyə görə" medalı, 1976-cı ildə "Əmək veteranı" medalı ilə, 1977-ci ildə "SSRİ maarif əlaçısı" döş nişanı ilə,  1978-ci ildə isə respublikada müəllim kadrların hazırlanmasında səmərəli fəaliyyətinə görə və ADPİ-nin 50 illiyi ilə əlaqədar olaraq Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif olunmuşdur. 


1969-cu ildə Azərbaycan SSR Ali Soveti Rəyasət heyəti tərəfindən Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.


Adı məktəb və pedaqoji fikir tarixinə ilk Azərbaycanlı pedaqoq-alim, Zaqafqaziyada pedaqoji fikir tarixinin tədqiqi sahəsinin pioneri kimi daxil olmuş Əhməd Seyidov 1977-ci ilin 1 oktyabrında dünyasını dəyişmişdir.


O, Qazax rayonunun  Aslanbəyli kəndinin məzarlığında dəfn edilmişdir.


Mənbə; vikipediya

Oxunub: 499
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 12:48 | Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq
    Bu gün, 12:42 | 1655-ci gün: Rusiyanın itkiləri yeniləndi
    Bu gün, 10:31 | Neft bahalaşmaqda davam edir
    Bu gün, 10:30 | Hərbi obyektdə partlayış: 2 ölü, 59 yaralı - Video
    Bu gün, 10:28 | Toydan çıxdı, faciəvi şəkildə öldü
    Bu gün, 10:26 | Ukrayna dörd günlük atəşkəs elan edib
    Bu gün, 08:41 | Yuxusuz qalanlar bunu mütləq bilməlidir
    Bu gün, 08:40 | Polşa müharibəyə hazırlaşır: Vərəqələr göndərildi
    Dünən, 23:23 | Yasamalda qorxulu vəziyyət: "Məktəblər açılana qədər həll edilməsə..." - VİDEO
    Dünən, 23:19 | Rusiya NATO-ya hücum edə bilərmi? - Tramp açıqladı
    Dünən, 23:15 | Pay torpaqları vətəndaşlardan alınacaq?
    Dünən, 22:05 | Misli Premyer Liqası: "Şamaxı" "Kəpəz"ə, “Qəbələ” "İmişli"yə qalib gəldi
    Dünən, 21:31 | Peşə təhsili müəssisələrinə tələbə qəbulu: II mərhələnin nəticələri AÇIQLANDI
    Dünən, 19:19 | BMT-də dünya xəritəsinin dəyişdirilməsi məsələsi səsverməyə çıxarılacaq
    Dünən, 15:00 | Partlayış baş verən Goranboyda vəziyyət necədir? - RƏSMİ
    Dünən, 14:39 | Renat Dadaşovun yeni klubu bəlli oldu
    Dünən, 14:37 | Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Dünən, 12:42 | Temperatur 35 dərəcəyə kimi yüksələcək
    Dünən, 12:39 | Niyaməddin Musayevin 85 illik yubileyinə həsr olunmuş tədbir...
    Dünən, 12:36 | Gömrük Komitəsinin sabiq əməkdaşı Azərbaycana verilir
    Dünən, 12:31 | Azərbaycanlı biznesmen ticarət mərkəzi aldı
    Dünən, 12:27 | Bakıda piyada ölümü – Anbaan video
    Dünən, 12:25 | Kiprdə gəmi qəzasında ölənlərin sayı artdı
    Dünən, 12:16 | Növbəti güzəştli mənzil satışı nə vaxt olacaq?
    Dünən, 11:56 | Xaricdən gətirilən maşınlarla bağlı prosedurlar sadələşdirilir
    Dünən, 11:53 | “Azərsun Holdinq” bu mövzuda təlim keçirdi
    Dünən, 11:50 | İranda silahlı qarşıdurma: ölənlər var
    Dünən, 11:44 | İmtahanlarda PİSA tipli tapşırıqlar tətbiq edilə bilər
    Dünən, 09:44 | Hərbi xidmətdən möhlət alan şəxslər - Qanun nə deyir? - VİDEO
    Dünən, 09:40 | Yusif Dursunov yeniyetmələr arasında ağır çəkidə ilk Avropa çempionu olaraq adını tarixə yazdırdı
    Dünən, 09:07 | Misli Premyer Liqasında IV tur başlayır: "Qəbələ" "İmişli"yə, "Kəpəz" "Şamaxı"ya qarşı
    Dünən, 09:02 | Qayda-qanundan danışan Səidə Bəkirqızı ardıcıl qayda pozdu - VİDEO
    Dünən, 07:58 | Bəzi ərazilərdə işıq olmayacaq
    Dünən, 07:57 | Dərnəgül tikinti bazarı hara köçürüləcək? - VİDEO
    Dünən, 07:55 | Almaniyada bu dəfə hərbi zavod yandırıldı
    3-09-2026, 21:18 | İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTOLAR
    3-09-2026, 21:09 | Gerçək səbəb bu imiş... Şəhərdə otel tapa bilmədilər, millinin oyununu Bakıya “köçürdülər”
    3-09-2026, 21:02 | MOSKVADAN BAKIYA UÇUŞLAR DAYANDI - Reyslər təxirə salınır
    3-09-2026, 21:00 | 3 uşağı olan ailələrə şad xəbər - Müavinət...
    3-09-2026, 20:57 | Ölkəmizə qarşı dezinformasiya kampaniyası aparılır - Bəyanat
    3-09-2026, 20:51 | Ayxan Mirzəzadə Avropa çempionu oldu
    3-09-2026, 17:27 | Şagirdlərin yerdəyişməsi prosesi bu tarixdə dayandırılacaq
    3-09-2026, 17:25 | Bakının 111 küçəsində təmir aparılacaq: işlər nə vaxt yekunlaşacaq? – VİDEO
    3-09-2026, 17:23 | ETSN 156 minlik müqavilə imzaladı
    3-09-2026, 17:22 | Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə neçə nəfər qəbul olub?
    3-09-2026, 16:40 | Ağstafada İcra başçısının sentyabr ayı üzrə vətəndaşlarla keçirilən ilk səyyar görüşü rayonun Düz Qışlaq kəndində olub
    3-09-2026, 16:03 | Direktor məktəbin avadanlıqlarını söküb evinə aparıb? - AÇIQLAMA
    3-09-2026, 12:40 | Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    3-09-2026, 12:35 | "Ağstafa Gəncləri"nin qələbəsindən - VİDEO
    3-09-2026, 12:26 | Daha bir klub ev oyunlarını Şamaxıda keçirəcək
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.