Azərbaycanın mədəniyyət nümayəndələri Romada - “Borghese” Qalereyası ilə tanış oldular
İtaliyanın paytaxtı Romada keçirilən Azərbaycan Mədəniyyət Elçiləri Toplantısı çərçivəsində mədəniyyət naziri Adil Kərimli və bir qrup mədəniyyət və incəsənət xadimi məşhur “Borghese” Qalereyası ilə tanış olublar. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, muzeylə tanışlıq çərçivəsində Azərbaycan nümayəndə heyətinə sənət qalereyasının tarixi və buradakı incəsənət nümunələri barədə məlumat verilib. Bildirilib ki, “Villa Borghese” parkında yerləşən qalereya XVII əsrin əvvəllərində memar Flaminio Ponzio tərəfindən tikilib, burada rəsm, heykəltəraşlıq və qədim əşyalar kolleksiyası var. Məlumat verilib ki, burada məşhur sənətkarlardan Covanni Lorenzo Bernini, Mikelancelo Merisi da Karavaggio, Rafael, Titsian, Piter Paul Rubens, Aqnolo Bronzino və digərlərinin əsərləri sərgilənir. Sənət qalereyası 2014-cü ildən İtaliyanın dövlət muzeyidir.