Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • Fransa Türkiyəni məğlub etdi
  • Bakıda yaşayış binasının zirzəmisi çirkab içindədir: "İllərdir bu vəziyyətdəyik" - Video
  • Niyazi Bayramov YOL ÜSTÜNDƏ - İLK "ATƏŞİ" DEPUTAT AÇDI
  • Ağstafada partlayış nəticəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlandı
  • Küləyin sürəti 27 m/s-ə çatıb - Faktiki hava
  • Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı
  • “Ağstafa Gəncləri” və “Marafon”dan darmadağın - VİDEO
  • Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib - Foto
  • Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
  • Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın - Video
  • Həftənin ilk iş günü qar yağacaq
  • Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
  • Azərbaycanda həkim vəfat etdi
  • Bu dəfə general qızı onu məhkəməyə verdi
  • Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
  • Bu binalara istilik verilməyəcək
  • "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
  • Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
  • Sabahın hava proqnozu açıqlandı
  • Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Qurban Qurbanov ELAN ETDİ: "Savaş hələ ondan sonra başlayacaq" - MÜSAHİBƏ

  • Tarix: 15-12-2024, 01:09

"Komanda.az" saytının jurnalistlər arasında keçirdiyi sorğunun nəticəsində ilin məşqçisi seçilən Qurban Qurbanova mükafat təqdim olunub.

Mediaxeberleri.Az xəbər verir ki, 52 yaşlı mütəxəssis tədbirdən sonra ona ünvanlanan sualları cavablandırıb:

- "Qarabağ"ın bu mövsüm Avropa Liqasındakı çıxışını necə dəyərləndirirsiniz?

- Yanvar ayından götürsək, çox yaxşı başlamışdıq. Hamıya böyük inam verdik. Bununla sanki Avropa komandalarının bizə daha ciddi yanaşmalarına şarait yaratdıq. Bəxtsizlik ifadəsini o qədər də işlətmirəm. Məğlubiyyətlərə işimizin bir hissəsi kimi baxıram. Futbolda belə hallar çox olub. Bir çox komandaları görürük ki, yaxşı oynayırlar, amma məğlub olurlar. İşimi səhvlərimizə, daha diqqətli olmalı olduğumuz məqamlara yönəldəcəm.

- Artıq 14-cü dəfədir ilin məşqçisi mükafatını qazanırsız. Bəlkə mükafatın adını "Qurban Qurbanov mükafatı" qoyaq?

- Bilmirəm, 15-ci dəfə qazanmaq lazımdır (gülür). Belə təkliflərə mənim fikir bildirməyim düzgün olmaz. Amma düzünü desəm, mənim üçün də maraqlı oldu. 15 bəs edər, bilmirəm. Daha çoxunu etmək barədə gələcəkdə düşünmək olar.

- Avropa ölkələrindən geridə qalmağımızı necə aradan qaldırmaq olar?

- Bunu geniş müzakirə etmək lazımdır. Burada o qədər detallar var ki... Vacib şeylər var ki, onları yaxşılaşdırmaq üçün gecikməmək vacibdir. Qısa olaraq bildirərəm ki, bu, həm meydançalardır, həm çempionatın səviyyəsidir, həm də klubların ümumi strukturudur. Futbolçular üçün ən vacib şey şəraitdir. Onlar hansı meydançada məşq edir, nə ilə qidalanır. Xırda elementlər var ki, görünməyən tərəflərdir. Bunları mütləq yaxşılaşdırmaq lazımdır.

- İctimaiyyət arasında belə fikir var ki, "Qarabağ"ın bəzi futbolçuları artıq qələbəyə doyublar. Düşünmürsüz ki, komandanın yenilənməyə ehtiyacı var?

- Futbol təcrübəsində belə bir fikir var. Buna uğurdan doymaq deməzdim. Sadəcə uzun illərin yorğunluğudur. Bu gün hansımızdan soruşsanız, hamımız uğur əldə etmək istəyirik. Bəzən psixoloji amillər insana mane olur. Yenilənməyə gəldikdə, özünüz də görürsüz ki, biz get-gedə komandaya yeni oyunçular cəlb etməyə can atırıq. Biz buna başlamışıq, komandada yeni futbolçular var. Onların uyğunlaşma prosesi gedir. Yaşlı futbolçulara gəldikdə, mən onları həmişə digər oyunçulara nümunə göstərmişəm. Bizdə Ansi Aqolli var idi, neçə il komandada qaldı. Bütün ili eyni səviyyədə keçirirdi. Onu bir dəfə istəksiz, kefsiz məşqə çıxan görməmişəm. Belə oyunçulardan biri Abdulla Zubirdir. 6 ildir komandamızdadır. Elə məşq olmayıb ki, intizamsız addım atsın, aşağı dinamikada məşq etsin. Ona görə də o "Qarabağ"ın əvəzolunmaz futbolçusuna çevrilib. Həmişə Riçard Almeydanı misal gətirmişəm. Yaşlı futbolçular həmişə komanda yoldaşlarına motivasiya verir. Bəzən başqa futbolçular onlara baxıb utanırlar. Bu gün futbolçuların hamısını dəyişmək yanlış addım olar. Hansısa oyunda öz idman formalarından uzaq ola bilərlər. Bu futbolçular əvvəlki illərdə həmişə böyük klublara qarşı çox bacarıqlı, cəsarətli oyunlar göstəriblər. İl boyu 3-4 gündən-bir oyun keçirmək heç də asan deyil. İnsanın il ərzində daim eyni səviyyədə olması qeyri-mümkündür. Təkcə öz çempionatımızda iştirak etsəydik, çox asan olardı. "Sabah"la son matçımızla "Elfsborq"la oyun arasında topun oyunda qalma müddətində 12 dəqiqə fərq olub. Hər oyunun bu səviyyədə keçməsi futbolçunun zədələnməsinə, yorğunluğa gətirib çıxarır, bərpa prosesini ləngidir. Yorğunluq mütləq olacaq. Gizlətmirəm, mənim özümdə də olur. Bəzən komandanı tam istədiyim kimi oyuna motivasiya edə bilmirəm. Məni həmişə təmkinli görmüsüz. Elə olur ki, bəzən mən də səbrimi içimdə saxlaya bilmirəm. Bunlar hamısı yorğunluqdan irəli gələn şeylərdi. Böyümək üçün mütləq bunlara alışmalıyıq. Çünki işimizin bir hissədidir. Hər il böyük uğur əldə edə bilmərik. "Mançester Siti" niyə hər il Çempionlar Liqasını qazana bilmir? O gücdə deyil? Əlbəttə o gücdədir. Futbol elə səviyyəyə çatıb ki, komandanın öz idman formasından uşaqlaşdığı anlar olur. İngiltərə Premyer Liqası ən güclü çempionatdır. Amma görürsən ki, klubları hər il Avropada eyni səviyyəni saxlaya bilmirlər. Azarkeşlər futboldan küsməsinlər. Biz onların inamını həmişə qoruyub-saxlamalıyıq. Uğursuzluqlar həmişə olacaq, buna hazır olmaq lazımdır. Uğursuzluqdan sonra hansı addımı atacağımız daha önəmlidir.

- Qış fasiləsinin müddəti azdır. Bu məqam sizi nə dərəcədə narahat edir?

- Bəli, məni narahat edir. Çünki bizim kimi ölkələrin bu planda çox böyük problemləri var. Futbolçularım nə qışda, nə də yayda normal istirahət edə bilir. Böyük ölkələrin klublarının maydan sonra istirahət üçün 2 ay vaxtı olur. Amma bizdə belə olmur. İyun ayında klublararası dünya çempionatı olacaq. Futbolda savaş hələ ondan sonra başlayacaq. Hamı narazılıq edəcək. Futbolçu robot deyil. Böyük klublardan həmişə böyük uğurlar tələb olunur.

- İcraiyyə Komitəsinin üzvü kimi milli komandamızın DÇ-2026-nın seçmə mərhələsində düşdüyü qrupu necə şərh edirsiz?

- Dəyərləndirmək mənim üçün hələ tez olar. Ümumən hamısı tanış rəqiblərdir. Oyunlar sentyabrda başlayır, hələ xeyli vaxt var. O vaxta kimi problemlərimizi aradan qaldırmaq üçün vaxtımız olacaq. Oynamağa, daha yaxşı olmağa məcburuq. Hansı qrupda olsaq, səviyyə eynidir.

Heybət Məmmədov


Oxunub: 4 612
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 01:53 | Fransa Türkiyəni məğlub etdi
    Bu gün, 00:00 | Bakıda yaşayış binasının zirzəmisi çirkab içindədir: "İllərdir bu vəziyyətdəyik" - Video
    Dünən, 20:43 | Niyazi Bayramov YOL ÜSTÜNDƏ - İLK "ATƏŞİ" DEPUTAT AÇDI
    Dünən, 20:05 | Ağstafada partlayış nəticəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlandı
    Dünən, 18:30 | Küləyin sürəti 27 m/s-ə çatıb - Faktiki hava
    Dünən, 17:50 | Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı
    Dünən, 17:10 | “Ağstafa Gəncləri” və “Marafon”dan darmadağın - VİDEO
    Dünən, 16:37 | Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib - Foto
    Dünən, 15:36 | Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
    Dünən, 14:37 | Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın - Video
    Dünən, 14:02 | Həftənin ilk iş günü qar yağacaq
    Dünən, 14:00 | Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
    Dünən, 13:59 | Azərbaycanda həkim vəfat etdi
    Dünən, 13:42 | Bu dəfə general qızı onu məhkəməyə verdi
    Dünən, 13:39 | Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
    Dünən, 13:38 | Bu binalara istilik verilməyəcək
    Dünən, 12:51 | "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
    Dünən, 12:48 | Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
    Dünən, 12:47 | Sabahın hava proqnozu açıqlandı
    Dünən, 12:38 | Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
    Dünən, 12:28 | Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
    Dünən, 12:26 | "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
    Dünən, 12:25 | Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
    Dünən, 12:22 | Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
    Dünən, 12:18 | "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
    Dünən, 12:15 | Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
    Dünən, 12:11 | Rəşad Məcidə ağır itki
    Dünən, 11:16 | Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
    Dünən, 11:13 | Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
    Dünən, 11:10 | Azərbaycan XİN: Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik
    Dünən, 10:51 | Rəşad Məcidə AĞIR İTKİ
    Dünən, 10:49 | Tikintiyə icazə prosedurları sadələşdirilir - VİDEO
    Dünən, 10:48 | Hüseyn Abdullayevin anası: “Şikayət ərizəmizi geri götürmüşük, cənab Prezidentdən kömək istəyirik”
    Dünən, 10:46 | Tanınmış aparıcı Xəzər TV-dən getdi
    Dünən, 09:55 | Əgər Rusiya bunu işə salarsa, ciddi problem yaranacaq
    Dünən, 09:53 | Millətlər Liqası: Portuqaliya ağır məğlubiyyət aldı
    Dünən, 09:52 | Ət yeməyənlərdə xərçəng riski daha azdır - Diqqət!
    14-11-2026, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    14-11-2026, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    14-11-2026, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    14-11-2026, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    14-11-2026, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    14-11-2026, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    14-11-2026, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    14-11-2026, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    14-11-2026, 18:51 | DOĞUM AZALIR, BOŞANMALAR ARTIR... – Cəmiyyəti hansı problemlər gözləyir?
    14-11-2026, 16:05 | Naxçıvan daş duz yatağında geoloji kəşfiyyat işləri aparılacaq
    14-11-2026, 15:57 | "Azəristiliktəchizat": Sakinlərinin ödəniş etmədiyi binalara istilik verilməyəcək
    14-11-2026, 15:37 | Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb
    14-11-2026, 15:36 | Sumqayıtda beş avtomobil toqquşdu
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.