Sorğu: Rusiyada miqrantlar şəriət qanunları ilə yaşamağa üstünlük verirlər
Demək olar ki, hər ikinci miqrant Rusiya qanunlarına uyğun yaşamaq istəmir. Bunu ölkəyə gələnlər arasında keçirilən sorğu göstərib. Məlumata görə, əcnəbilərin təxminən 43%-i Rusiyada şəriət qanunlarına - Quranda təsbit olunmuş normalara uyğun yaşamaq istədiyini bildirib. Miqrantların 44%-i Rusiyada mövcud sosial normalara məhəl qoymamaq və vətənlərində müəyyən edilmiş qaydalara uyğun yaşamaq istədiklərini qeyd ediblər. Həmçinin, hər dördüncü əcnəbi şəriət qanunlarına uyğun yaşamaq hüququ əldə etmək üçün etiraz aksiyalarında və küçə aksiyalarında iştirak etməyə hazırdır. Mənbə: lenta.ru
Oxunub: 1 085
Xəbəri paylaş
Paylaş: