Mediaxeberleri.az
    
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
  • 
  • Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
    Məktəblərdə geyim: bütün suallara aydınlıq gətirildi - RƏSMİ
  • 
  • Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
    Saleh Məmmədovun yaratdığı idarələr ləğv olunur: Milyonlar...
  • 
  • Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
    Mənimsəmə işi: Etibar Pirverdiyevin maaşı şoka saldı
  • 
  • TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
    TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
  • 
  • PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
    PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI

Son xəbərlər :
  • İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - Siyahı
  • Qazaxda yerli sakin bıçaqlandı
  • Bakı sakini Qazaxda dəm qazından boğularaq ölüb
  • İranla belə bir saziş imzalayacağıq - Tramp
  • Sevinc Maniyeva vəfat etdi
  • İşdən çıxarılan Elçin Babayevlə bağlı sensasion fakt
  • "Qalatasaray" qalib gəldi, baş məşqçisi qırmızı aldı
  • Ağdamın bunkerləri, erməni generalları və 5 müdafiə xətti - Video
  • “Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
  • Ağdamda itlər məktəbli qıza hücum edib - FOTO
  • Azərbaycanda ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatı keçiriləcək
  • Kartdan-karta köçürmələr risk mənbəyi kimi - Yeni təkliflər var...
  • TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı - FOTO
  • Badamdarda evin həyəti ikiyə ayrıldı - VİDEO
  • İnsan orqanizmini qocaldan və ölümə yaxınlaşdıran 3 ən vacib faktor açıqlandı
  • Maşın almaq üçün kredit götürən şəxsin pulu oğurlandı
  • Bu şəxslər 700 manatadək cərimələnəcək
  • Millimiz Bədaviyə görə ilk texniki məğlubiyyətini ala bilər
  • Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü - Foto
  • İsa Qəmbər ölkədən çıxa bilmədi
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Dekabrdan başlayıb fevralda bitəcək – Ölkəmizi nə gözləyir?

  • Tarix: 13-12-2024, 19:49

“Sakit okeanda normal şəraitdə şərq istiqamətindən qərbə doğru ekvator boyunca əsən Passat küləkləri okeanın isti su kütləsinin Cənubi Amerika sektorundan Asiya sektoruna axınına səbəb olur. Okean sularının dərinliklərdən soyuq sular səthə doğru qalxır və bu hidrofiziki prosesə apvellinq (upwelling) deyilir. El Nino və La Nina bu normal şərtləri pozan iki əks iqlim cərəyanlarıdır ki, adətən 9-12 ay arasında davam edir, lakin onlar müntəzəm baş vermir, orta hesabla 2-7 ildən bir baş verir, qlobal miqyasda iqlimə və ekosistemə təsir etməklə mənfi təzahürlərə səbəb ola bilir”.

Mediaxeberleri.Az xəbər verir ki, bu fikirləri “Yeni Sabah”a açıqlayan meteoroloq Cavid Hüseynov Dünya Meteorologiya Təşkilatının La Nina effekti ilə bağlı etdiyi xəbərdarlığa belə şərh verib:

“İqlim mütəxəssisləri bu hadisələri El Nino-Cənub tərəddüdləri (ENSO) dövrü adlandırırlar. El Nino ispan dilində "kiçik oğlan" deməkdir. Cənubi Amerikalı balıqçılar ilk dəfə 1600- cü illərdə Sakit Okeanda qeyri-adi isti su dövrlərini müşahidə etdilər. Onların istifadə etdikləri tam ad El-Nino de-Navidad idi, çünki El Nino adətən dekabrda maksimuma çatır. La Nina ispan dilində "kiçik qız" deməkdir. La Nina bəzən El Viejo, anti-El Nino və ya sadəcə olaraq "soyuq cərəyan" adlanır. El Nino zamanı Passat küləkləri zəifləyir. İsti su şərqdən Amerikanın qərb sahillərinə doğru itələnir. Bu yerdəyişmə ilə ABŞ və Kanadanın şimalındakı ərazilər normaldan daha quru və isti olur. Lakin Körfəz sahili və ABŞ-ın cənub-şərqi boyunca bu dövrlər daha rütubətli olur və daşqınların təkrarlanma tezliyini artır, daha güclü qasırğa mövsümünə səbəb ola bilir. La Nina atmosfer sirkulyasiyasında dəyişikliklərlə müşayiət olunan Sakit okeanda (mərkəzi və şərqi ekvatorial hissədə) səth temperaturunun genişmiqyaslı soyumasıdır. La Nina cərəyanları zamanı passat küləkləri (şərq küləkləri) daha da güclənir və Sakit Okeandakı bu soyuq sular okean cərəyanlarını şimala doğru itələyir. Bu, adətən ABŞ-ın cənubunda quraqlıqla, Sakit okeanın şimal-qərbində və Kanadada isə güclü yağış və daşqınlarla nəticələnir. La Nina ilində qış temperaturu cənubda normadan daha isti, şimalda isə daha soyuq olur. El Nino La Nina ilə müqayisədə daha tez-tez baş verir”.

Ekspert sözügedən hava effektinin ölkəmizə necə təsir edəcəyini də açıqlayıb:

“Ümumdünya Meteorologiya Təşkilatının son məlumatlarına görə, La Nina şəraiti növbəti üç ay ərzində inkişaf edə bilər, lakin nisbətən zəif və qısamüddətli olacağı gözlənilir. La Nina baş versə belə, onun qısamüddətli soyutma effekti atmosferə rekord dərəcədə təsir etməyəcək. Okean və atmosfer üzərində aparılan müşahidə nəticələrinə görə, Sakit okeanın mərkəzi və şərq ekvatorial hissəsində səth temperaturu orta səviyyədən bir qədər aşağıdır. Lakin bu soyutma hələ tipik La Nina hədlərinə çatmayıb. Bu ləng inkişafın mümkün səbəblərindən biri, 2024-cü ilin sentyabr ayı və noyabr ayının əvvəlində müşahidə olunan və La Ninanın inkişafına əlverişli olmayan güclü qərb küləyinin anomaliyalarıdır. Ümumdünya Meteorologiya Təşkilatının Proqnoz Mərkəzləri və digər iştirakçı mərkəzlər tərəfindən 2024-2028-ci illər üçün hazırlanmış qlobal illik və onillik proqnozları ümumiləşdirərək hesabat dərc etmişdir. Son hesabata görə, 2024-2028-ci illər arasında qlobal orta səth temperaturunun 1850- 1900-cü illərdə müşahidə ediləndən 1.1-1.9°C yüksək olacağı proqnozlaşdırılır. Hesabatda qeyd olunur ki, bu illərdən ən azı birinin hazırda ən isti il olan 2023-cü ili geridə qoyaraq yeni temperatur rekordu vurması ehtimalı 86% təşkil edir.

Ölkəmizdə qış fəslinin nisbətən mülayim, bəzi günlərdə isə hava şəraitinin şaxtalı və qarlı keçməsi istisna olunmur. Qış fəslinin iqlim xüsusiyyətlərinə görə, adətən yanvar və fevral aylarında bölgəmiz tez-tez Arktik hava kütlələrinin təsirinə məruz qalır. Belə ki, qış fəslinin ortaları və sonunda temperaturun bəzi günlərdə qısa müddətə normadan aşağı düşəcəyi, yağıntıların isə əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur”.


Oxunub: 856
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 23:02 | İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - Siyahı
    Dünən, 22:30 | Qazaxda yerli sakin bıçaqlandı
    Dünən, 21:50 | Bakı sakini Qazaxda dəm qazından boğularaq ölüb
    Dünən, 21:43 | İranla belə bir saziş imzalayacağıq - Tramp
    Dünən, 21:39 | Sevinc Maniyeva vəfat etdi
    Dünən, 21:38 | İşdən çıxarılan Elçin Babayevlə bağlı sensasion fakt
    Dünən, 21:36 | "Qalatasaray" qalib gəldi, baş məşqçisi qırmızı aldı
    Dünən, 19:34 | Ağdamın bunkerləri, erməni generalları və 5 müdafiə xətti - Video
    Dünən, 19:26 | “Qəbələ” “Şəfa”ya, "Turan Tovuz" "Şamaxı"ya qalib gəldi
    Dünən, 18:35 | Ağdamda itlər məktəbli qıza hücum edib - FOTO
    Dünən, 18:33 | Azərbaycanda ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatı keçiriləcək
    Dünən, 18:32 | Kartdan-karta köçürmələr risk mənbəyi kimi - Yeni təkliflər var...
    Dünən, 12:29 | TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı - FOTO
    Dünən, 12:27 | Badamdarda evin həyəti ikiyə ayrıldı - VİDEO
    Dünən, 12:24 | İnsan orqanizmini qocaldan və ölümə yaxınlaşdıran 3 ən vacib faktor açıqlandı
    Dünən, 12:22 | Maşın almaq üçün kredit götürən şəxsin pulu oğurlandı
    Dünən, 10:50 | Bu şəxslər 700 manatadək cərimələnəcək
    Dünən, 10:49 | Millimiz Bədaviyə görə ilk texniki məğlubiyyətini ala bilər
    Dünən, 10:48 | Sumqayıtın şəhər statusu almasının 77-ci ildönümü - Foto
    Dünən, 10:10 | İsa Qəmbər ölkədən çıxa bilmədi
    Dünən, 10:09 | Sumqayıtda bu yol yenə çökdü - Foto
    Dünən, 10:07 | Neft həftəni bu qiymətlə yekunlaşdırdı
    Dünən, 09:33 | Bu ölkədə 6,7 bal gücündə zəlzələ oldu
    Dünən, 09:32 | İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi
    Dünən, 09:31 | İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər
    Dünən, 00:01 | Ölkənin ana təhsil ocağı da belə rüsvay oldu...
    20-11-2026, 22:19 | "Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
    20-11-2026, 22:11 | “İdman Paytaxtı” Qazax şəhərində V İdman Festivalının açılış mərasimi keçirilib
    20-11-2026, 19:44 | "Qələbələr Partiyası – 34 illik Zəfər və İnkişaf Yolu” - FOTOLAR
    20-11-2026, 19:39 | "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirildi
    20-11-2026, 19:26 | Naftalanda 3 məktəblini maşın vurdu
    20-11-2026, 19:25 | Metroda texniki xəta: Qatarların hərəkəti yubandı
    20-11-2026, 18:30 | İşçilər üçün saathesabı maaş: Yeni sistem necə işləyəcək?
    20-11-2026, 18:27 | “Real” Kurtua ilə bağlı qərarını verdi
    20-11-2026, 18:25 | Vüqar Əhmədov Mingəçevirdə vətəndaşları qəbul etdi - Foto
    20-11-2026, 17:56 | Bu cəzaçəkmə müəssisəsində peşə hazırlığı mərkəzi istifadəyə verildi
    20-11-2026, 17:50 | DYP sürücülərə xəbərdarlıq etdi: Bu qaydalara əməl edin
    20-11-2026, 17:46 | Bu iki qidanı birlikdə yemək olar?
    20-11-2026, 17:03 | Evə başqa bir qadını gətirən atasını döyərək qabırğalarını sındırıb
    20-11-2026, 17:00 | Nərimanovda mənzil almaq istəyənlər üçün hansı imkanlar var?
    20-11-2026, 16:56 | Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atıldı
    20-11-2026, 16:46 | Elton qızına toy edir - VİDEO
    20-11-2026, 16:45 | Elçin Babayev dosentin ölümünə görə işdən çıxarılıb?
    20-11-2026, 16:43 | Bakıda yeni avtobus marşrutu yaradılır: Gediş haqqı...
    20-11-2026, 16:42 | Bakıya intensiv yağış yağacaq – Xəbərdarlıq
    20-11-2026, 15:32 | Badamdar sürüşmə: əhaliyə çağırış edildi - Tərk edin!
    20-11-2026, 15:31 | Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşdü
    20-11-2026, 14:42 | Şəmkirdə 41 yaşlı kişi faciəvi şəkildə öldü
    20-11-2026, 14:38 | Xərçəng əleyhinə yeni preparat klinik sınaqlardan keçdi
    20-11-2026, 14:35 | AZAL iki nüfuzlu beynəlxalq mükafata layiq görüldü
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.