Bu yağları çox istehlak etmək olmazmış: elə fəsadlar yaradır ki...
ABŞ-da aparılan yeni araşdırma müəyyən növ yemək yağlarının gənclərdə bağırsaq xərçənginə səbəb olduğunu ortaya çıxarıb. Mediaxeberleri.Az xəbər verir ki, günəbaxan, kanola, qarğıdalı və üzüm toxumu kimi yağların çox miqdarda istehlakı bədəndəki iltihabı daha da ağırlaşdırır. Bağırsaq xərçəngi olan 80-dən çox xəstənin şişləri təhlil edilib. Tədqiqatçılar xəstələrin şişlərində yüksək miqdarda bioaktiv lipidlərin olduğunu müşahidə ediblər ki, bu da orqanizmin toxum yağlarını parçalayan zaman əmələ gətirdiyi mikroskopik yağ birləşmələridir. Bu lipidlər xərçəngin böyüməsinə kömək edən iltihabı artırır və bədənin şişlə mübarizə aparmasına mane olur. Buna görə mütəxəssislər sağlamlıq baxımından zeytun və avokado yağı kimi məhsullara üstünlük verilməsi lazım olduğunu bildirirlər. Digər tərəfdən, tədqiqatçılar balıq yağı kimi işlənməmiş sağlam yağlarla iltihabı qarşı yönəlmiş müalicənin vacibliyini də vurğulayırlar.