İki gündür işıqsız qalan Şəfəq qəsəbəsinin sakinlərinin problemi həll edildi
Abşeron rayonu Şəfəq qəsəbəsində elektrik enerjisinin verilişi bərpa olunub. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib. "Yeraltı kabel xəttində baş vermiş qəza səbəbindən sözügedən ərazidə elektrik enerjisinin verilişində fasilə yaranıb. Ərazidə yağan yağışlardan sonra palçıq və bataqlıq olduğu üçün texnikanın işləməsi çətinləşmişdi. Lakin bununla belə qəza aradan qaldırılıb. Artıq saat 17:00 dan etibarən həmin ünvana elektrik enerjisinin verilişi bərpa edilib".
Oxunub: 175
Xəbəri paylaş
Paylaş: