Yeni il qabağı ərzaq QİYMƏTLƏRİ - VİDEO
Yeni ilə sayılı günlər qalıb. Hər kəs bayram axşamını təmtəraqlı keçirmək və süfrəsinin naz-nemətlərlə dolu olmasını istəyir. Maraqlıdır, bəs bayramqabağı qiymətlər necədir? Mediaxeberleri.Az xəbər verir ki, Baku TV-in əməkdaşları bunu araşdırmaq üçün paytaxtdakı bazarlardan birində olublar. "Fındığın qiyməti 14-15, badamın isə 17-24 manat arasında dəyişir. Kişmiş 22-24 manatadır. Şabalıdı 14-15 manata satırıq. Düyü isə 3 manat 50 qəpikdən 10 manata kimidir", - satıcılardan biri deyib. Satıcılar deyirlər ki, bazarda alıcılıq qabiliyyəti bir qədər zəifdir. Onların sözlərinə görə, adətən bayrama bir neçə gün qalmış bazarlarda sıxlıq müşahidə olunur. İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, ötən illərlə müqayisədə ərzaq məhsullarının qiymətində ciddi artım var. Oktyabr ayına olan məlumata görə, istehlak qiymətləri indeksi son 12 ayda 3,4 faiz bahalaşıb: "Ət və ət məhsulları son 12 ayda 4,4, meyvələr isə 9 faizə qədər bahalaşıb. Kərə yağında 3 faizə qədər bahalaşma müşahidə olunur. 2022-ci ilə nisbətən 2023-cü ildə qiymət artımı daha sürətli idi. Lakin 2023-cü illə müqayisədə qeyd olunan ərzaq məhsulları üst-üstə 5 faizdən çox bahalaşıb. Bu o deməkdir ki, eyni süfrəni əvvəlki ildəki kimi qurmağa çalışsanız, təqribən 100 manatlıq süfrə 105-106 manata başa gələcək". Ətraflı süjetdə: