ABŞ və Türkiyənin Suriya müzakirəsi: Hansı risklər var?
ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin Suriya mövuzunda danışığı ilə bağlı açıqlama verilib. Pentaqonun verdiyi açıqlamada iki nazirin telefon danışığında İŞİD-in yaratdığı risklərin müzakirə edildiyi bildirilib. "Nazir Ostin ABŞ-ın Suriyadakı müxtəlif müxalif qrupların bəyanatlarını və hərəkətlərini yaxından izlədiyini vurğulayıb. Hər iki nazir bu qrupların mülki insanları, xüsusilə etnik və dini azlıqları qorumaq üçün addımlar atmalı və beynəlxalq humanitar normalara riayət etməli olduqlarını bildirib”, - deyə açıqlamada qeyd olunub. Həmçinin nazirlər gərginliyin, ABŞ qüvvələri və tərəfdaşları üçün risklərin qarşısının alınması və İŞİD ilə mübarizə missiyasına dəstək üçün Türkiyə ilə Birləşmiş Ştatlar arasında sıx koordinasiyanın vacibliyini bir daha təsdiqləyiblər: “Ostin Türkiyənin qanuni təhlükəsizlik narahatlıqlarını etiraf edib, İŞİD və bölgədəki digər zərərli aktorların yaratdığı risklərə toxunub”.