Gələn ilin əvvəlindən pensiyaların sığorta hissəsi təxminən 9 faiz artacaq
- 9-12-2024, 14:05
- 867
Gələn ilin əvvəlindən başlayaraq bütün pensiyaçıların pensiyalarının sığorta hissəsi təxminən 9 faiz artacaq.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bugünkü iclasında deyib.
O bildirib ki, pensiyaların minimum məbləği və minimum əməkhaqqı da yüksələcək: “İşsizlikdən Sığorta Fondunun gələn il üçün nəzərdə tutulan büdcəsinin 55 faizi aktiv məşğulluq tədbirlərinə yönəldiləcək”.
Комментарии (0)