Dünyada hər il milyon yarım insan buna görə ölür
Yanğınların səbəb olduğu hava çirklənməsi hər il dünyada milyon yarımdan çox insanın ölümünə gətirib çıxarır. Bu hallarının 90%-dən çoxu aşağı və orta gəlirli ölkələrin payına düşüb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “Lancet” elmi jurnalında dərc olunmuş məqalədə deyilib. Yanğınlarla əlaqəli hava çirklənməsindən ən çox ölüm halları Çin, Konqo Demokratik Respublikası, İndoneziya və Nigeriyada qeydə alınıb. Məqalədə bildirilir ki, iqlim dəyişikliyi tez-tez intensiv meşə yanğınlarına səbəb olduğundan, qarşıdakı illərdə bundan ölümlərin daha da artacağı gözlənilir. Yoxsul ölkələrin iqlim ədalətsizliyi ilə üzləşdiyini vurğulayan tədqiqat müəllifləri sözügedən məsələ ilə bağlı təcili tədbirlər görməyə çağırırlar.
Oxunub: 220
Xəbəri paylaş
Paylaş: