Seymur Orucov hərbçilərin ailələrinə baş sağlığı verdi
27 noyabr 2024-cü il tarixində Bakı-Qazax magistral yolunun Tovuz rayonundan keçən hissəsində baş vermiş ağır qəzada həlak olan hərbçilərimiz, Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsinin Ağstafa rayonunun Aşağı Göycəli kəndindən olan, 44 günlük Vətən müharibəsi iştirakçıları, baş gizir Qurbanov Ruslan Əhliman oğlu və Kolxəlfəli kəndindən olan çavuş Əhmədov Qələndər Mayıl oğlu doğma kəndlərində dəfn olunublar. Hərbiçilərmizlə vida və dəfn mərasimlərində, Ağstafa RİH başçısı Seymur Orucov, rayonun məsul şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bədbəxt hadisə nəticəsində həlak olan hərbçilərimizin ailələrinə, yaxınlarına Allahdan səbr diləyirik. Allah bütün Vətən övladlarına rəhmət eləsin!
Oxunub: 54
Xəbəri paylaş
Paylaş: